Daha bir deputat qarşı saxta diplom iddiası - Elnur Allahverdiyevin testdənkənar təhsili

06 avqust, 2021 16:36

Milli Məclisin deputatlarının bəzilərinin həqiqi olmayan, yəni saxta yollarla diplom alması son günlər müzakirə obyektinə çevrilib. Yaxın günlərdə polisin döyülməsi ilə gündəmə gələn deputat Eldəniz Səlimovun Dağıstan Respublikasında oxuması deyilirdi. Onun oxuduğu universitetin isə verdiyi diplom Azərbaycanda tanınmır. Bu günlərdə daha bir deputatın saxta yolla diplom alması ilə bağlı tanınmış iqtisadçı Qulu İbrahimli öz sosial hesabında paylaşım edib.

Azsiyaset.com bakupost.az-a iatinadla xəbər verir ki, iqtisadçı iddia edir ki, Yasamal rayonundan seçilmiş deputat Elnur Allahverdiyev 1995-ci ildə TQDK-dan kənar olaraq pulla universitetə daxil olub.

Qulu İbrahimli deputatın paylaşımında ona sual ünvanlayıb.

“Bir sosial şəbəkə fəalı və deputatlığa keçmiş namizəd olaraq sual verirəm sizə: 1995-cil ildə Elşad Abdullayevin o vaxtkı San-Marino Universitetinin (sonra ABU) hüquq fakültəsinə TQDK xətti ilə qəbul olunmağınızı xalqa sübut edə bilərsizmi? Necə həqiqi deputat seçilməyinizi bundan sonra biləcəyik”.

Məsələyə münasibət gecikməyib.

Deputat Elnur Allahverdiyev iqtisadçının sualına fikir bildirib. Sözügedən cavabı təqdim edirik:

“Acizlik bizə yaraşmaz, heç nə qarşısında aciz qalmarıq. Ancaq mən bu adama nə cavab verim? Bu adam profilində yazır ki, Milli Məclisdə işləyir, amma işləmir. Öz profilindən də status paylaşıb, oradakı yazışmalara baxa bilərsiniz. Qeyri-ciddi iddialara mən nə cavab verməliyəm, yaxud niyə vaxt sərf etməliyəm? Bu şəxsi tanımıram, niyə belə yazdığının səbəbini də bilmirəm.

Mənim 30 min seçicim var, onların qayğılarının, problemlərinin həllində yardımçı olmağa çalışıram, profilimə baxa bilərsiniz. Vaxtım çox məhduddur, durum yalandan Milli Məclisdə işlədiyini deyən biri ilə mübahisəyə girim?

Mən iş adamı olmuşam, qurduğum şirkətdə indi 2750 nəfər işləyir, yəni ortalama 10 minə yaxın insan bu işdən dolanır. Bu adam nə edib? Kimə gəldi çamur atan birinə mən nə cavab verim? Yazır yazsın, başı qarışır yəqin.

Bu adamın savadı olsa, bilər ki, deputatlığa namizədliyim irəli sürüləndə MSK-ya təqdim edilən sənədlərim bir-bir yoxlanılıb. O cümlədən malik olduğum hər iki diplomum. Bilməlidir ki, diplom dövlət sənədidir, universitetin rəhbərliyində kimin olmasından asılı olmayaraq.

Hər iki universitetin diplomu var. Qısası, belə boş-bekar adamdırsa, MSK-ya müraciət etsin, gedib nə var, hamısına baxsın. Ancaq MSK-da özünü dediyi kimi "saxta yollarla Milli Məclisə işə düzələn" birinə bu sənədləri verəcəklərinə inanmıram. Başqa sözlə, mən fikir vermirəm, sizə də məsləhət görmürəm”.

07 oktyabr

11:09 - "Neftin qiyməti 200 dollar olacaq" - "Financial Times"11:06 - Azad edilmiş ərazilərimizdə 32 kütləvi məzarlıq tapılıb11:05 - Azərbaycanı təhqir edən hesablar bağlanmalıdır

01 oktyabr

09:52 - Qondarma rejimin "televiziyası" bağlandı09:45 - Sumqayıtda 13 tibb işçisi bir gündə işdən çıxarılıb - Ölkədə ixtisar müəmması davam edir

29 sentyabr

19:07 - Döyüşdə iştirak edən hərbçilərə ikiqat ödəniş müddəası çıxarılır

27 sentyabr

17:24 - "Onun arvadını hamı tanıyır" - Zaxarova17:14 - Azərbaycana qarşı kampaniyaya qoşulan türkiyəli professor üzr istədi17:11 - ABŞ-nin daha bir məxfi silahı İranın əlinə keçdi17:09 - Husilərə görə Ər-Riyadda məktəblər bağlandı

21 sentyabr

13:05 - Veysəloğlu Şirkətlər Qrupu Qarabağda təhsilin inkişafına dəstək verəcək - FOTOLAR11:22 - Təhsildəki mafiya - Bu dəfə 3 milyonluq olimpiada biznesini araşdırdıq11:18 - Azərbaycana yük gətirib, yük aparan ölkələrin siyahısı

14 sentyabr

13:55 - Polşa da müharibəyə cəlb olunur? 13:43 - İranda minlərlə insan ölkənin müdafiəsinə qoşulur13:28 - İrəvan Azərbaycan qazından asılı qalacaq13:25 - Vüsal Şilderin qətli ilə bağlı məhkəmə başladı

09 sentyabr

11:21 - Avropanın yeni sağını kim formalaşdırır: Tramp, Bannon və İsrail detalı gündəmdə - "Milliyet"11:16 - İran F-35-lərin olduğu bazanı vurdu 11:14 - "Paşinyan qorxduğu üçün..." - Zatulindən açıqlama

17 avqust

12:03 - "Türkiyəni satın alaram" deyən iş adamı həbs edildi - Evindən narkotik tapıldı12:00 - Ermənistan Azərbaycana 17 milyon dollar ödədi

13 avqust

17:56 - Avtomobil idxalı kəskin azaldı, qiymətlər isə artdı

10 avqust

19:43 - "Avropa Rusiyadan qaz idxalını artırır" - "Welt am Sonntag"19:37 - "Azərbaycan bizə kömək oldu" - Pezeşkian19:35 - 10 milyon dövriyyəsi olan mərc şəbəkəsi ifşa edildi - VIDEO

03 avqust

11:52 - Kimin evində varsa, varlanacaq - Heç belə qiymətə olmamışdı11:49 - Azərbaycan ən güclü hərbi donanmaya sahib olub - "Forbes"11:46 - Azərbaycan Rusiyadan kibrit idxalını artırıb - Qiymət 21% bahalaşıb

30 iyul

11:35 - Veysəloğlu Şirkətlər Qrupunun sponsorluğu ilə şəhid övladları üçün keçirilən "Zəfər" Amerika Yay Düşərgəsi uğurla başa çadı - FOTOLAR