"Azərbaycandan göndərilən heyət..." - Çavuşoğlu
07 avqust, 2021 00:12
Prezident İlham Əliyevin tapşırığı ilə bu axşam 200 nəfərlik əlavə növbəti yanğın-xilasetmə qrupu təyyarə ilə Türkiyənin Dalaman şəhər hava limanına enəcək.
Azsiyaset.com xəbər verir ki, bu barədə Türkiyə Xarici İşlər Naziri Mövlud Çavuşoğlu Antalya vilayətinin Manavqat rayonunda keçirilən mətbuat konfransında deyib.
Nazir bildirib:
"Azərbaycandan yola düşən 40 yanğınsöndürmə texnikası və 162 nəfərlik yanğın-xilasetmə qrupu Gürcüstandan Türkiyəyə daxil olub".