"Patı" çəkəni müəyyən edən 12 əlamət

08 avqust, 2021 00:09

Hazırda ən ucuz sintetik narkotik növü kimi bazarda tələbat olan və çox dövriyyə olunan"şüşə -patı" demək olar ki, əksər ölkələri cənginə alıb. Hər gün polis onlarla narkotik aludəçisi və satıcısını aşkarlayıb tutur. Lakin yenə də bu yolun yolçuları "məslək"iərindən əl çəkmirlər...

Şüşə, patı deyilən maddə heroin, nəşədən çox fərqlənir. Hazırda yeniyetmələr, 14-17 yaş, hətta qızlar arasında geniş yayılıb.

Bəs ata-ana övladının bu narkotik maddəsinə qurşandığını xaricən, simasından hansı əlamətlərlə bilə bilər?

Azsiyaset.com lent.az-a istinadən xəbər verir ki, bu barədə həkim psixiatr, narkomaniyanın müalicəsi ilə də məşğul olan Abdulla Şıxlınski cəmiyyət üçün lazımlı məlumatları verib:

"El arasında şüşə, patı adı ilə məlum olan, əslinfə tibbi adı metamfetamin olan narkotik maddədir. Çox təhlükəli sintetik narkotikdir. Bu maddənin birinci dozasını qəbul edən kimi öyrəşmə, asılılıq yaradır. Metamfetamin ilk dəfə Yapon alimləri tərəfindən müharibə dövründə sintez olunub. Yaponiya ordusunun əsgərləri heç vaxt yorğunluq hiss etməsinlər, aktiv və daha aqressiv olsunlar, müharibə dəhşətlərindən qorxmasınlar.

Nəyə görə şüşə adlandırılır: çünki bu maddə kristal formasındadır, şəffafdır, sınmış şüşənin qəlpələrinə bənzəyir.

Bu maddə psixostimulyatorlar qrupuna aiddir. Onun təsirinin əsasında biokimyəvi proseslər durur: bu maddə bədənə daxil olandan sonra adrenalin, serotonin, dofaminin maddələrin miqdarını sürətlə həddən artıq təhlükəli miqdarda artırır. Stimulyasiya olunmuş psixika bundan sonra dayana bilmir.

Aşağıdakı əlamətlərə görə uşağın şüşə qəbul etdiyini bilmək olar:

- Göz bəbəkləri daralır, birinci qəbuldan sonra bu baş verir

- Sifət qızarmış olur

- Gözlər şüşəyə bənzəyir, donuq olur. Elə bu narkotikin şüşə adlandırılmasının bir səbəbi də budur

- Baxışları bir nöqtəyə dikilir

- İnsan yerində sakit otura bilmir, əl-ayaqlarını boş yerə tərpədir, ovuşdurur

- Hamının sözünü kəsir, özü durmadan danışır

- Ətrafdakıların onun sözünə reaksiyasına əhəmiyyət vermir

- Dəridə qaşınma çoxalır, uşaq özünü tez-tez qaşıyır

- Uzun müddət qəbul edirsə, bədəndə müəyyən yaralar əmələ gəlir. Xəstələrin çiynində, kürəyində irinli yaralar olur. Bu yaralar burun və ağız içində də ola bilər

- Ucadan qışqırararaq danışırlar, fikirləri bir-birinə bağlı olmur, təfəkkür qırıqlığı olur. Bir fikri bitirməmiş o birinə keçir. Nə danışdığı bilinmir. Danışıq tezləşir.

- Qarşısı alınmaz, səbəbsiz aqressiya, davaya meyillik, digərlərinə hücum etmə

- Tənəffüs səthi və fasiləli olur

- Nəbz çox tezləşmiş, sürətlidir

- Güclü yuxusuzluq başlayır, xəstədə həyəcan, təşviş, təlaş halları olur

Bu əlamətlərə görə övladınızdan şübhələnə bilərsiniz.

Bütün sintetik narkotiklər - "şüşə", "kokos", "spayz" hamısı oxşar əlamətlər verir. Xəstənin bu narkotiklərdən hansını və neçə müddətdir qəbul etməsini həkim narkoloq və psixiatr müəyyən edə bilər".

07 oktyabr

11:09 - "Neftin qiyməti 200 dollar olacaq" - "Financial Times"11:06 - Azad edilmiş ərazilərimizdə 32 kütləvi məzarlıq tapılıb11:05 - Azərbaycanı təhqir edən hesablar bağlanmalıdır

01 oktyabr

09:52 - Qondarma rejimin "televiziyası" bağlandı09:45 - Sumqayıtda 13 tibb işçisi bir gündə işdən çıxarılıb - Ölkədə ixtisar müəmması davam edir

29 sentyabr

19:07 - Döyüşdə iştirak edən hərbçilərə ikiqat ödəniş müddəası çıxarılır

27 sentyabr

17:24 - "Onun arvadını hamı tanıyır" - Zaxarova17:14 - Azərbaycana qarşı kampaniyaya qoşulan türkiyəli professor üzr istədi17:11 - ABŞ-nin daha bir məxfi silahı İranın əlinə keçdi17:09 - Husilərə görə Ər-Riyadda məktəblər bağlandı

21 sentyabr

13:05 - Veysəloğlu Şirkətlər Qrupu Qarabağda təhsilin inkişafına dəstək verəcək - FOTOLAR11:22 - Təhsildəki mafiya - Bu dəfə 3 milyonluq olimpiada biznesini araşdırdıq11:18 - Azərbaycana yük gətirib, yük aparan ölkələrin siyahısı

14 sentyabr

13:55 - Polşa da müharibəyə cəlb olunur? 13:43 - İranda minlərlə insan ölkənin müdafiəsinə qoşulur13:28 - İrəvan Azərbaycan qazından asılı qalacaq13:25 - Vüsal Şilderin qətli ilə bağlı məhkəmə başladı

09 sentyabr

11:21 - Avropanın yeni sağını kim formalaşdırır: Tramp, Bannon və İsrail detalı gündəmdə - "Milliyet"11:16 - İran F-35-lərin olduğu bazanı vurdu 11:14 - "Paşinyan qorxduğu üçün..." - Zatulindən açıqlama

17 avqust

12:03 - "Türkiyəni satın alaram" deyən iş adamı həbs edildi - Evindən narkotik tapıldı12:00 - Ermənistan Azərbaycana 17 milyon dollar ödədi

13 avqust

17:56 - Avtomobil idxalı kəskin azaldı, qiymətlər isə artdı

10 avqust

19:43 - "Avropa Rusiyadan qaz idxalını artırır" - "Welt am Sonntag"19:37 - "Azərbaycan bizə kömək oldu" - Pezeşkian19:35 - 10 milyon dövriyyəsi olan mərc şəbəkəsi ifşa edildi - VIDEO

03 avqust

11:52 - Kimin evində varsa, varlanacaq - Heç belə qiymətə olmamışdı11:49 - Azərbaycan ən güclü hərbi donanmaya sahib olub - "Forbes"11:46 - Azərbaycan Rusiyadan kibrit idxalını artırıb - Qiymət 21% bahalaşıb

30 iyul

11:35 - Veysəloğlu Şirkətlər Qrupunun sponsorluğu ilə şəhid övladları üçün keçirilən "Zəfər" Amerika Yay Düşərgəsi uğurla başa çadı - FOTOLAR