Eldəniz Səlimovun səs yazısında nə var?

08 avqust, 2021 21:15

Barəsində 3 aylıq həbs qətimkan tədbiri seçilmiş və toxunulmazlığı ləğv edilmiş deputat Eldəniz Səlimovun səs yazısı var və həmin audioda "deputata yaraşmayan davranış" nümayiş olunur, BBC Azərbaycancaya danışan deputatlar iddia edirlər.

Milli Məclisin spikeri Sahibə Qafarova çərşənbə axşamı parlamentin növbədənkənar sessiyasında Eldəniz Səlimovun deputat toxunulmazlığının ləğvi müzakirəsində ortada bir səs yazısı olduğundan bəhs edib.

"10 dəqiqəlik səs. Siz orada eşidərsiniz, kim kimi təhqir edib. Deputatın yiyəsi, Milli Məclisin yiyəsi xalqdır. Ancaq bizim deputat, görün, necə hərəkət edib,"- deyə Sahibə Qafarova bildirib.

Eldəniz Səlimov polisə qarşı zorakı davranışda ittiham edilir, onun deputat toxunulmazlığı ləğv olunub, barəsində 3 aylıq həbs-qəti imkan tədbiri seçilib.

Onun vəkili Milli Məclis spikerinin istinad etdiyi səs yazısından xəbərsiz olduğunu deyir. Millət vəkili Tahir Kərimli parlamentdə etdiyi çıxışında Eldəniz Səlimovun deputat immunitetinin ləğv olunmasına qarşı çıxıb.

Buna cavabında Sahibə Qafarova bildirib ki, ortada səs yazısı var və Tahir Kərimliyə bu səs yazısını dinlədəcək. Bu səs yazısında konkret nələrdən bəhs edildiyi, səs yazısının harda yazıldığı məlum deyil.

BBC News Azərbaycanca Sahibə Qafarovanın ofisi ilə əlaqə saxlaya bilməyib. Eldəniz Səlimov ''istintaqa könüllü gedib''

Milli Məclisin deputatı Fazil Mustafa deyib ki, səsi özü dinləməyib, amma onda olan məlumata görə, səs yazısında qeyri-etik ifadələrlə "polis təhqir olunur".

Digər bir millət vəkili - Məlahət İbrahimli isə səs yazısında ''deputata yaraşmayan davranış'' göstərildiyini ''güman'' edir.

Eldəniz Səlimovun vəkili İlqar Əliyev bildirib ki, o, iddia edilən səs yazısını hələ dinləməyib və müvəkkilinin bununla bağlı mövqeyi ona bəlli deyil. Vəkil əlavə edib ki, Eldəniz Səlimov hələ deputat toxunulmazlığı ləğv edilməzdən öncə, "ifadə vermək üçün istintaqa könüllü gedib".

İlqar Əliyev bildirib ki, müvəkili baş vermiş hadisə ilə bağlı üzr istəyib.

Eldəniz Səlimovun deputat toxunulmazlığının ləğvindən əvvəl onun yerli mətbuatda açıqlaması yayılmışdı.

Deputat bu açıqlamada "etdiyi hərəkətin yanlış olduğunun fərqində" olduğunu vurğulamış, əlavə etmişdi ki, "bu səhvə gətirib çıxaran çoxlu səbəblər, təhdid və təzyiqlər də" olub: "İnanmaq istəyirəm ki, istintaq onları da obyektiv araşdıracaq, əməlimlə yanaşı, ona gətirib çıxaran səbəb və səbəbkarlara da obyektiv qiymətini verəcək," - deyə Eldəniz Səlimov qeyd etmişdi.

Baş Prokurorluğun mətbuat xidmətindən bildirilib ki, hazırda istintaq getdiyi üçün istintaq materialları barədə məlumat verə bilməzlər.

07 oktyabr

11:09 - "Neftin qiyməti 200 dollar olacaq" - "Financial Times"11:06 - Azad edilmiş ərazilərimizdə 32 kütləvi məzarlıq tapılıb11:05 - Azərbaycanı təhqir edən hesablar bağlanmalıdır

01 oktyabr

09:52 - Qondarma rejimin "televiziyası" bağlandı09:45 - Sumqayıtda 13 tibb işçisi bir gündə işdən çıxarılıb - Ölkədə ixtisar müəmması davam edir

29 sentyabr

19:07 - Döyüşdə iştirak edən hərbçilərə ikiqat ödəniş müddəası çıxarılır

27 sentyabr

17:24 - "Onun arvadını hamı tanıyır" - Zaxarova17:14 - Azərbaycana qarşı kampaniyaya qoşulan türkiyəli professor üzr istədi17:11 - ABŞ-nin daha bir məxfi silahı İranın əlinə keçdi17:09 - Husilərə görə Ər-Riyadda məktəblər bağlandı

21 sentyabr

13:05 - Veysəloğlu Şirkətlər Qrupu Qarabağda təhsilin inkişafına dəstək verəcək - FOTOLAR11:22 - Təhsildəki mafiya - Bu dəfə 3 milyonluq olimpiada biznesini araşdırdıq11:18 - Azərbaycana yük gətirib, yük aparan ölkələrin siyahısı

14 sentyabr

13:55 - Polşa da müharibəyə cəlb olunur? 13:43 - İranda minlərlə insan ölkənin müdafiəsinə qoşulur13:28 - İrəvan Azərbaycan qazından asılı qalacaq13:25 - Vüsal Şilderin qətli ilə bağlı məhkəmə başladı

09 sentyabr

11:21 - Avropanın yeni sağını kim formalaşdırır: Tramp, Bannon və İsrail detalı gündəmdə - "Milliyet"11:16 - İran F-35-lərin olduğu bazanı vurdu 11:14 - "Paşinyan qorxduğu üçün..." - Zatulindən açıqlama

17 avqust

12:03 - "Türkiyəni satın alaram" deyən iş adamı həbs edildi - Evindən narkotik tapıldı12:00 - Ermənistan Azərbaycana 17 milyon dollar ödədi

13 avqust

17:56 - Avtomobil idxalı kəskin azaldı, qiymətlər isə artdı

10 avqust

19:43 - "Avropa Rusiyadan qaz idxalını artırır" - "Welt am Sonntag"19:37 - "Azərbaycan bizə kömək oldu" - Pezeşkian19:35 - 10 milyon dövriyyəsi olan mərc şəbəkəsi ifşa edildi - VIDEO

03 avqust

11:52 - Kimin evində varsa, varlanacaq - Heç belə qiymətə olmamışdı11:49 - Azərbaycan ən güclü hərbi donanmaya sahib olub - "Forbes"11:46 - Azərbaycan Rusiyadan kibrit idxalını artırıb - Qiymət 21% bahalaşıb

30 iyul

11:35 - Veysəloğlu Şirkətlər Qrupunun sponsorluğu ilə şəhid övladları üçün keçirilən "Zəfər" Amerika Yay Düşərgəsi uğurla başa çadı - FOTOLAR