Nazim İbrahimov generalın üzünə durdu - "Rövşən Əkbərov mənə dedi ki, Elçin Əliyevi öldürüb..."

09 avqust, 2021 17:43

20 il əvvəl Ukraynada azərbaycanlı iş adamını öldürməkdə ittiham olunan Azərbaycanın Milli Qəhrəmanı, general-leytenant Rövşən Əkbərov Bakı Hərbi Məhkəməsində hakim önünə çıxarılıb və hazırda onun işi üzrə məhkəmə prosesi gedir.

Azsiyaset.com xəbər verir ki, cinayət işi üzrə istintaq zamanı şahid qismində dindirilən şəxslərdən biri də Diasporla İş üzrə Dövlət Komitəsinin sabiq rəhbəri Nazim İbrahimovdur. İş üzrə hələ 2003-cü ildə dindirilən N.İbrahimov ifadəsində E.Əliyevin kim tərəfindən bıçaqlanması barədə məlumatı olmadığını deyib. Lakin sonradan istintaqa verdiyi ifadəsində iş adamı, mərhum Elçin Əliyevi 1994-cü ildən tanıdığını, həmin vaxtlar özü də Kiyevdə sahibkarlıqla məşğul olduğunu göstərib. Bildirib ki, Elçin Əliyevlə münasibətləri yaxşı olub, ailəvi dostluq ediblər.

N.İbrahimov ifadəsində göstərib ki, 1997-ci ildə Ukraynaya səfir vəzifəsinə təyin ediləndən sonra E.Əliyev həm yaxın dostu, həm də azərbaycanlı kimi səfirliyin texniki təminatında iştirak edib, hətta özünə məxsus “Ford Mustang” markalı avtomobilini də müvəqqəti səfirliyin istifadəsinə verib. Səfirliyin təminatla bağlı olan problemləri qısa müddət ərzində həll olunduqdan sonra Elçinin avtomobili özünə geri qaytarılıb. Bununla yanaşı Kiyev şəhəri, Qluboçiskaya küçəsi 24 ünvanında yerləşən, N.İbrahimov və E.Əliyevin  ofis kimi icarəyə götürdükləri ikimərtəbəli bina səfirlik tərəfindən rəsmi qaydada Ukrayna dövlətindən alınıb. 2000-ci ilin avqust ayında Milli Məclisə keçirilən seçkilərilə bağlı Bakıya qayıdıb və 1 iyun 2001-ci ilədək Kiyev şəhərinə getməyib. (Virtualaz.org)

N.İbrahimovun ifadəsinə görə, R.Əkbərovla şəxsi tanışlığı olmayıb, onu yalnız Azərbaycanın Milli Qəhrəmanı və Müdafiə Nazirliyinin generalı kimi qiyabi olaraq mətbuatdan tanıyıb.

Dostu E.Əliyevin öldürüldüyünü ona mərhumun biznes ortağı Səməd Novruzov zəng vurub deyib. Təyyarəyə bilet alıb birlikdə Kiyevə yola düşüblər, birbaşa morqa gediblər. Ekspert həkim onlara Elçinin ürəyindən bıçaqlandığını söyləyib: “Oradan çıxıb milis idarəsinə getdik. Elçinlə əlaqəsi olan şəxsləri dindirirdilər. Səfirliyin komendantı Qüdrət Əhmədov Rövşən Əkbərovun mənimlə görüşmək istədiyini dedi. Mən də razılaşdım. Həmin vaxt “Dnepr” otelində qalırdım. Rövşən Əkbərov qaldığım otelin foyesinə gəldi”.

Şahidin ifadəsinə görə, dostunun general tərəfindən qətlə yetirildiyini R.Əkbərovun şəxsən özündən eşidib. Hətta tək özü deyil,  onların yanında olan Q.Əhmədov da bu deyilənləri eşidib. İfadəsində R.Əkbərovla təklikdə görüşmədiyini, Q.Əhmədovun da onların yanında olduğunu bildirib. R.Əkbərov görüş zamanı N.İbrahimova hadisə baş verən gecə səfirlikdə keçirilmiş qonaqlıqdan sonra adını xatırlamadığı bir nəfərlə “Sikora” kafesinə getdiyini, Elçin Əliyevlə və Məzahir Şıxaliyevlə bir stolda oturduqlarını, aralarında hansısa kobud rəftara görə mübahisə yarandığını, Məzahiri yumruqla, Elçini isə bıçaqla vurduğunu danışıb.

Xatırladaq ki, ordu korpusunun komandanı olmuş  56 yaşlı R.Əkbərov 2002-ci ildən general-leytenant rütbəsi daşıyır. 2020-ci ildə vəzifəsindən azad olunaraq ehtiyata buraxılıb. 1995-cü ilin oktyabrında prezidentin sərəncamı ilə ona Milli Qəhrəman adı verilib.

07 oktyabr

11:09 - "Neftin qiyməti 200 dollar olacaq" - "Financial Times"11:06 - Azad edilmiş ərazilərimizdə 32 kütləvi məzarlıq tapılıb11:05 - Azərbaycanı təhqir edən hesablar bağlanmalıdır

01 oktyabr

09:52 - Qondarma rejimin "televiziyası" bağlandı09:45 - Sumqayıtda 13 tibb işçisi bir gündə işdən çıxarılıb - Ölkədə ixtisar müəmması davam edir

29 sentyabr

19:07 - Döyüşdə iştirak edən hərbçilərə ikiqat ödəniş müddəası çıxarılır

27 sentyabr

17:24 - "Onun arvadını hamı tanıyır" - Zaxarova17:14 - Azərbaycana qarşı kampaniyaya qoşulan türkiyəli professor üzr istədi17:11 - ABŞ-nin daha bir məxfi silahı İranın əlinə keçdi17:09 - Husilərə görə Ər-Riyadda məktəblər bağlandı

21 sentyabr

13:05 - Veysəloğlu Şirkətlər Qrupu Qarabağda təhsilin inkişafına dəstək verəcək - FOTOLAR11:22 - Təhsildəki mafiya - Bu dəfə 3 milyonluq olimpiada biznesini araşdırdıq11:18 - Azərbaycana yük gətirib, yük aparan ölkələrin siyahısı

14 sentyabr

13:55 - Polşa da müharibəyə cəlb olunur? 13:43 - İranda minlərlə insan ölkənin müdafiəsinə qoşulur13:28 - İrəvan Azərbaycan qazından asılı qalacaq13:25 - Vüsal Şilderin qətli ilə bağlı məhkəmə başladı

09 sentyabr

11:21 - Avropanın yeni sağını kim formalaşdırır: Tramp, Bannon və İsrail detalı gündəmdə - "Milliyet"11:16 - İran F-35-lərin olduğu bazanı vurdu 11:14 - "Paşinyan qorxduğu üçün..." - Zatulindən açıqlama

17 avqust

12:03 - "Türkiyəni satın alaram" deyən iş adamı həbs edildi - Evindən narkotik tapıldı12:00 - Ermənistan Azərbaycana 17 milyon dollar ödədi

13 avqust

17:56 - Avtomobil idxalı kəskin azaldı, qiymətlər isə artdı

10 avqust

19:43 - "Avropa Rusiyadan qaz idxalını artırır" - "Welt am Sonntag"19:37 - "Azərbaycan bizə kömək oldu" - Pezeşkian19:35 - 10 milyon dövriyyəsi olan mərc şəbəkəsi ifşa edildi - VIDEO

03 avqust

11:52 - Kimin evində varsa, varlanacaq - Heç belə qiymətə olmamışdı11:49 - Azərbaycan ən güclü hərbi donanmaya sahib olub - "Forbes"11:46 - Azərbaycan Rusiyadan kibrit idxalını artırıb - Qiymət 21% bahalaşıb

30 iyul

11:35 - Veysəloğlu Şirkətlər Qrupunun sponsorluğu ilə şəhid övladları üçün keçirilən "Zəfər" Amerika Yay Düşərgəsi uğurla başa çadı - FOTOLAR