Diplomu "qurama" diplomlu deputat - Salahzadənin qeyri-adi "uğurlarının" sirri...

10 avqust, 2021 08:38

Deputat Eldəniz Səlimovun ətrafında baş verən olaylardan sonra mətbuatda və sosial şəbəkələrdə xüsusilə 2020-ci ilin növbədənkənar parlament seçkilərində ilk dəfə seçilən millət vəkillərinin bioqrafiyası və aldıqları təhsil geniş araşdırma predmetinə çevrilib. Bu zaman məlum olub ki, bir çox deputatlar ya Rusiyanın, ya Gürcüstanın və digər bu tip ölkələrin pulla diplom satan ali məktəblərini, ya da barəsində müxtəlif maddələrlə cinayət işi qaldırılmış Elşad Abdullayevin “Azərbaycan Beynəlxalq Universiteti”nin “məzunları” olublar.

Azsiyaset.com azpolitika.info-ya istinadla xəbər verir ki, bu cür “mükəmməl” ali təhsil ocağını bitirmiş deputatlardan biri də parlamentdəki “Paşazadə fraksiyasının” (Deyilənə görə bu “fraksiyada” 8 deputat var. Onlar sırf QMİ rəhbərinin siyahısı əsasında mandat əldə edə biliblər -red.) üzvü Əliabbas Salahzadədir. Belə ki, Allahşükür Paşazadənin qudası, bir neçə çağırış Milli Məclisin üzvü olmuş Hacı Qalib Salahzadənin oğlu Əliabbas Salahzadə də Elşad Abdullayevin “Beynəlxalq Universitet”ini bitirib. 1995-ci ildə, yəni Elşad Abdullayevin “at oynatdığı” illərdə testdənkənar yolla (Həmin vaxt 200-300 dollara bu universitetin tələbə biletini əldə etmək mümkün idi-red.) “ali təhsilə” bu universitetdə qədəm qoyan və 1999-cu ildə oranı bitirən Q.Salahzadə, sonradan Azərbaycan reallıqlarının yaratdığı məlum imkanlar sayəsində yenə də testdənkənar yolla Azərbaycan Respublikası Milli Aviasiya Akademiyasının Beynəlxalq Hüquq fakultəsində qəbul olunub, 2002-ci ildə təhsilini başa vuraraq hüquqşünas ixtisasına yiyələnib. 2009-cu ildə isə, hətta “hüquq elmləri üzrə fəlsəfə doktoru” elmi dərəcəsinə qədər yüksələ bilib. Yəni test yolu ilə heç olmasa 150-200 bal toplayıb, hansısa sınıq-salxaq bir fakültəyə daxil ola bilməyən bu gənc, necə olubsa, sonradan qeyri-adi savad və qabiliyyət qazanaraq, hətta alimlik dərəcəsi də ala bilib.

Bu deputatın təhsili kimi deputatlığa qədərki karyerası da maraqlıdır. Belə ki, 27 saylı Sabunçu ikinci Seçki Dairəsindən YAP tərəfindən namizədliyi irəli sürülən və təbii ki, mandat alan Ə.Salahzadə, 10 ilə yaxın müddətdə Sabunçu Rayon İcra Hakimiyyətində ortabab vəzifələrdə işləyib. Ancaq onun karyerasının ən maraqlı tərəflərindən biri hələ cəmi 21 yaşında Bilgəh Bələdiyyəsinin sədri vəzifəsini tutmasıdır. Sual yaranır ki, 21 yaşlı gənc Bilgəh kimi böyük yaşayış məntəqəsində qısa zamanda hansı işlər görüb, necə tanınıb ki, camaat bu cavan oğlanı bələdiyyə sədri seçib? Cavab çox sadədir – Ə.Salahzadə sadəcə, “varislik prinsipi” əsasında bu vəzifəni atası Qalib Salahzadədən (həmin vaxt deputat seçildiyi üçün) təhvil alıb. Ümumiyyətlə, belə görünür ki, Ə.Salahzadə istər bələdiyyə sədrliyinə, istərsə də deputatlıq mandatına məhz “varislik prinsipi” sayəsində yiyələnib.

Daha sonra hərbi xidmətdə olduğu üçün vəzifəsindən uzaqlaşmalı olan Ə.Salahzadə xidmət müddəti bitən kimi yenidən Bilgəh Bələdiyyəsinə sədr seçilib. Onun istər bələdiyyə sədrliyinə, istərsə də parlamentə necə seçildiyini ətraflı müzakirə etməyə, yəqin ki, dəyməz. Bunun ən yaxşı izahını 28 dəfə Həccə getmiş Hacı Qalib Salahzadə özü deputat olarkən Milli Məclisdə səsləndirmişdi: “Nə qədər ki, icra hakimiyyətləri bələdiyyələrə nəzarət edirlər, o bələdiyyələr yalandandır. Bu dəqiqə, elə bizim Sabunçu rayonunda bələdiyyələr hamısı seçilib, kim olacağı indidən bilinir, bu camaata da deyirlər ki, gəlin səs verin. Bunu deməyə mənim cürətim çatır. Bunu bütün deputatlar bilirlər...”

07 oktyabr

11:09 - "Neftin qiyməti 200 dollar olacaq" - "Financial Times"11:06 - Azad edilmiş ərazilərimizdə 32 kütləvi məzarlıq tapılıb11:05 - Azərbaycanı təhqir edən hesablar bağlanmalıdır

01 oktyabr

09:52 - Qondarma rejimin "televiziyası" bağlandı09:45 - Sumqayıtda 13 tibb işçisi bir gündə işdən çıxarılıb - Ölkədə ixtisar müəmması davam edir

29 sentyabr

19:07 - Döyüşdə iştirak edən hərbçilərə ikiqat ödəniş müddəası çıxarılır

27 sentyabr

17:24 - "Onun arvadını hamı tanıyır" - Zaxarova17:14 - Azərbaycana qarşı kampaniyaya qoşulan türkiyəli professor üzr istədi17:11 - ABŞ-nin daha bir məxfi silahı İranın əlinə keçdi17:09 - Husilərə görə Ər-Riyadda məktəblər bağlandı

21 sentyabr

13:05 - Veysəloğlu Şirkətlər Qrupu Qarabağda təhsilin inkişafına dəstək verəcək - FOTOLAR11:22 - Təhsildəki mafiya - Bu dəfə 3 milyonluq olimpiada biznesini araşdırdıq11:18 - Azərbaycana yük gətirib, yük aparan ölkələrin siyahısı

14 sentyabr

13:55 - Polşa da müharibəyə cəlb olunur? 13:43 - İranda minlərlə insan ölkənin müdafiəsinə qoşulur13:28 - İrəvan Azərbaycan qazından asılı qalacaq13:25 - Vüsal Şilderin qətli ilə bağlı məhkəmə başladı

09 sentyabr

11:21 - Avropanın yeni sağını kim formalaşdırır: Tramp, Bannon və İsrail detalı gündəmdə - "Milliyet"11:16 - İran F-35-lərin olduğu bazanı vurdu 11:14 - "Paşinyan qorxduğu üçün..." - Zatulindən açıqlama

17 avqust

12:03 - "Türkiyəni satın alaram" deyən iş adamı həbs edildi - Evindən narkotik tapıldı12:00 - Ermənistan Azərbaycana 17 milyon dollar ödədi

13 avqust

17:56 - Avtomobil idxalı kəskin azaldı, qiymətlər isə artdı

10 avqust

19:43 - "Avropa Rusiyadan qaz idxalını artırır" - "Welt am Sonntag"19:37 - "Azərbaycan bizə kömək oldu" - Pezeşkian19:35 - 10 milyon dövriyyəsi olan mərc şəbəkəsi ifşa edildi - VIDEO

03 avqust

11:52 - Kimin evində varsa, varlanacaq - Heç belə qiymətə olmamışdı11:49 - Azərbaycan ən güclü hərbi donanmaya sahib olub - "Forbes"11:46 - Azərbaycan Rusiyadan kibrit idxalını artırıb - Qiymət 21% bahalaşıb

30 iyul

11:35 - Veysəloğlu Şirkətlər Qrupunun sponsorluğu ilə şəhid övladları üçün keçirilən "Zəfər" Amerika Yay Düşərgəsi uğurla başa çadı - FOTOLAR