"Davam" "Gənc Liderlər üçün Yay Universiteti"nə start verdi - FOTOLAR

10 avqust, 2021 19:25

"Davam" Gənclər Hərəkatının təşkilatçılığı, Azərbaycan Respublikasının Gənclər Fondunun dəstəyi ilə 9-13 avqust tarixlərində Gəncə şəhərində baş tutacaq "Gənc Liderlər üçün Yay Universiteti"nə start verilib. 

Azsiyaset.com xəbər verir ki, "Yay Universiteti" üçün ictimai müraciət elanı verildikdən sonra qısa müddət ərzində 1600-dən çox gənc iştirak hüququ qazanmaq üçün onlayn formada qeydiyyatdan keçib. İkimərhələli seçim turunun yekununda 5 komanda olmaqla 64 nəfərlik iştirakçı qrupu formalaşdırılıb. 

Pandemiyanın yaratdığı vəziyyəti nəzərə alaraq gənclərin sağlamlığının qorunması məqsədilə 7 avqust tarixində "Davam" Gənclər Hərəkatının mərkəzi ofisində Təşkilati Komitənin nümayəndələri və seçilən gənc liderlər koronavirus testi veriblər. 

Proqrama əsasən 9 avqust səhər saatlarında gənc liderlər Gəncəyə yollanıb. 

Gəncədə layihə iştirakçılarını Azərbaycan Dövlət Aqrar Universitetinin rektoru İbrahim Cəfərov qarşılayıb. Səmimi söhbət əsnasında İbrahim Cəfərov onları layihəyə seçildiklərinə görə təbrik edərək gələcək fəaliyyətlərində uğurlar arzulayıb. 

"Yay Universiteti"nin ilk günündə müxtəlif panel müzakirələr baş tutub. Millət vəkilləri Naqif Həmzəyev "Sağlam həyat tərzi ilə uğura gedən yol", Müşfiq Cəfərov isə "Gənclərin dayanıqlı məşğulluğu" mövzusunda layihə iştirakçıları ilə fikir mübadiləsi aparıb. 

Günün sonunda isə "Yay Universiteti"nin açılışı münasibəti ilə "Welcome Party" baş tutub. Gənclərin zövqünü oxşayan mahnıların sədası altında əyləncəli anlar yaşanıb. 

Qeyd edək ki, "Gənc Liderlər üçün Yay Universiteti" "Davam" Gənclər Hərəkatı və Azərbaycan Respublikasının Gənclər Fondunun birgə təşkilatçılığı ilə həyata keçirilən "Gənclərin Davamlı İnkişaf Proqramı" çərçivəsində icra edilir.

07 oktyabr

11:09 - "Neftin qiyməti 200 dollar olacaq" - "Financial Times"11:06 - Azad edilmiş ərazilərimizdə 32 kütləvi məzarlıq tapılıb11:05 - Azərbaycanı təhqir edən hesablar bağlanmalıdır

01 oktyabr

09:52 - Qondarma rejimin "televiziyası" bağlandı09:45 - Sumqayıtda 13 tibb işçisi bir gündə işdən çıxarılıb - Ölkədə ixtisar müəmması davam edir

29 sentyabr

19:07 - Döyüşdə iştirak edən hərbçilərə ikiqat ödəniş müddəası çıxarılır

27 sentyabr

17:24 - "Onun arvadını hamı tanıyır" - Zaxarova17:14 - Azərbaycana qarşı kampaniyaya qoşulan türkiyəli professor üzr istədi17:11 - ABŞ-nin daha bir məxfi silahı İranın əlinə keçdi17:09 - Husilərə görə Ər-Riyadda məktəblər bağlandı

21 sentyabr

13:05 - Veysəloğlu Şirkətlər Qrupu Qarabağda təhsilin inkişafına dəstək verəcək - FOTOLAR11:22 - Təhsildəki mafiya - Bu dəfə 3 milyonluq olimpiada biznesini araşdırdıq11:18 - Azərbaycana yük gətirib, yük aparan ölkələrin siyahısı

14 sentyabr

13:55 - Polşa da müharibəyə cəlb olunur? 13:43 - İranda minlərlə insan ölkənin müdafiəsinə qoşulur13:28 - İrəvan Azərbaycan qazından asılı qalacaq13:25 - Vüsal Şilderin qətli ilə bağlı məhkəmə başladı

09 sentyabr

11:21 - Avropanın yeni sağını kim formalaşdırır: Tramp, Bannon və İsrail detalı gündəmdə - "Milliyet"11:16 - İran F-35-lərin olduğu bazanı vurdu 11:14 - "Paşinyan qorxduğu üçün..." - Zatulindən açıqlama

17 avqust

12:03 - "Türkiyəni satın alaram" deyən iş adamı həbs edildi - Evindən narkotik tapıldı12:00 - Ermənistan Azərbaycana 17 milyon dollar ödədi

13 avqust

17:56 - Avtomobil idxalı kəskin azaldı, qiymətlər isə artdı

10 avqust

19:43 - "Avropa Rusiyadan qaz idxalını artırır" - "Welt am Sonntag"19:37 - "Azərbaycan bizə kömək oldu" - Pezeşkian19:35 - 10 milyon dövriyyəsi olan mərc şəbəkəsi ifşa edildi - VIDEO

03 avqust

11:52 - Kimin evində varsa, varlanacaq - Heç belə qiymətə olmamışdı11:49 - Azərbaycan ən güclü hərbi donanmaya sahib olub - "Forbes"11:46 - Azərbaycan Rusiyadan kibrit idxalını artırıb - Qiymət 21% bahalaşıb

30 iyul

11:35 - Veysəloğlu Şirkətlər Qrupunun sponsorluğu ilə şəhid övladları üçün keçirilən "Zəfər" Amerika Yay Düşərgəsi uğurla başa çadı - FOTOLAR