Karantin yenə sərtləşdiriləcək?

10 avqust, 2021 20:31

Azərbaycanda son həftələr həm koronavirusa yoluxmada, həm də bu virus aşkarlananlar arasında ölüm hallarının artdığı bildirilir. Artıq bəzi media orqanlarının iddialarına görə, karantin yenə sərtləşdiriləcək.

Belə iddialar nə dərcədə realdir? Sərtləşdirmə olmalıdır, olmalıdırsa hansı formada olmalıdır?

Milli Məclisin Səhiyyə Komitəsinin üzvü Məlahət İbrahimqızı Turana bildirib ki, dünyada və Azərbaycanda koronavirusla mübarizə davam edir. «Nə qədər beynəlxalq səhiyyə təşkilatları, hökümətlər koronavirusla mübarizə ilə bağlı nə qədər operativ tədbirlər görsələr də, virusun ən müxtəlif ştamları üzə çıxır. Hər yeni ştam yeni müalicə, yeni taktika tələb edir».

Deputat qeyd edib ki, koronavirusla mübarizədə ən əsası peyvəndlənmədir. «Bu gün ölkəmizdə vaksinasiya aparılır, amma çox təəssüf ki, dövlət bu yöndə bütün gücünü, resurslarını səfərbər etsə də, bir qrup insan hələ də vaksinasiya olunmaqdan özlərini kənar tuturlar. Bu da nəyinki özləri üçün, başqa əhali üçün də təhlükəlidir».

Komitə üzvünün sözlərinə görə, bu gün aparılan statistika və təhlillər göstərir ki, xəstəxanada ağır vəziyyətdə olan koronavirus xəstələrin əksəriyyəti peyvənd almayanlardır. «Xəstəliyini yüngül keçirənlər isə vaksinasiyadan keçənlərdir. Hələ də elə ölkələr var ki, orada əhalinin heç 1 faizi peyvənd olunmayıb. Azərbaycanda isə müxtəlif növ vaksinlər var və bu dövlətin vətəndaşlara qayğının göstəricisidir. Mən vətəndaşlara müraciət edirəm, gəlin vaksinasiyadan keçin. Vaksinasiya prosesi nə qədər tez getsə, ölkəmizdə bu xəstəlik o qədər də tez yox olacaq».

İbrahimqızı vurğulayıb ki, Azərbaycanda xəstələnənlərin sayı artıq nəzərəçarpacaq qədər çoxdur. «Aparılan təhlillər də göstərir ki, avqustun axırına bu xəstələnmələrin sayı artacaq. Xəstələnmələrin sayı artdıqca ölüm halların sayı da artacaq. Əgər avqustun axırına qədər yoluxmalarının sayı çox artarsa təbii ki, hökümətimiz karantinin müəyyən sərtləşmələri, məhdudiyyətlər tədbiq etməyə məcbur olacaq».

Tibb üzrə fəlsəfə doktoru Vasif İsmayıl bildirib ki, hazırda karantinin sərtləşdirilməsinə ehtiyac yoxdur. «Əlbəttə ki, yoluxmalar kəskin şəkildə artarsa müəyyən məhdudiyyətlər tədbiq oluna bilər. Məsələn, kafe və restoranlarında insanların sayı ilə bağlı, bir yerə toplaşanların sayı ilə bağlı məhdudiyyətlər tədbiq edilə bilər, amma əvvəlki kimi sərt karantinin tədbiq edilməsinə ehtiyac görmürəm».

07 oktyabr

11:09 - "Neftin qiyməti 200 dollar olacaq" - "Financial Times"11:06 - Azad edilmiş ərazilərimizdə 32 kütləvi məzarlıq tapılıb11:05 - Azərbaycanı təhqir edən hesablar bağlanmalıdır

01 oktyabr

09:52 - Qondarma rejimin "televiziyası" bağlandı09:45 - Sumqayıtda 13 tibb işçisi bir gündə işdən çıxarılıb - Ölkədə ixtisar müəmması davam edir

29 sentyabr

19:07 - Döyüşdə iştirak edən hərbçilərə ikiqat ödəniş müddəası çıxarılır

27 sentyabr

17:24 - "Onun arvadını hamı tanıyır" - Zaxarova17:14 - Azərbaycana qarşı kampaniyaya qoşulan türkiyəli professor üzr istədi17:11 - ABŞ-nin daha bir məxfi silahı İranın əlinə keçdi17:09 - Husilərə görə Ər-Riyadda məktəblər bağlandı

21 sentyabr

13:05 - Veysəloğlu Şirkətlər Qrupu Qarabağda təhsilin inkişafına dəstək verəcək - FOTOLAR11:22 - Təhsildəki mafiya - Bu dəfə 3 milyonluq olimpiada biznesini araşdırdıq11:18 - Azərbaycana yük gətirib, yük aparan ölkələrin siyahısı

14 sentyabr

13:55 - Polşa da müharibəyə cəlb olunur? 13:43 - İranda minlərlə insan ölkənin müdafiəsinə qoşulur13:28 - İrəvan Azərbaycan qazından asılı qalacaq13:25 - Vüsal Şilderin qətli ilə bağlı məhkəmə başladı

09 sentyabr

11:21 - Avropanın yeni sağını kim formalaşdırır: Tramp, Bannon və İsrail detalı gündəmdə - "Milliyet"11:16 - İran F-35-lərin olduğu bazanı vurdu 11:14 - "Paşinyan qorxduğu üçün..." - Zatulindən açıqlama

17 avqust

12:03 - "Türkiyəni satın alaram" deyən iş adamı həbs edildi - Evindən narkotik tapıldı12:00 - Ermənistan Azərbaycana 17 milyon dollar ödədi

13 avqust

17:56 - Avtomobil idxalı kəskin azaldı, qiymətlər isə artdı

10 avqust

19:43 - "Avropa Rusiyadan qaz idxalını artırır" - "Welt am Sonntag"19:37 - "Azərbaycan bizə kömək oldu" - Pezeşkian19:35 - 10 milyon dövriyyəsi olan mərc şəbəkəsi ifşa edildi - VIDEO

03 avqust

11:52 - Kimin evində varsa, varlanacaq - Heç belə qiymətə olmamışdı11:49 - Azərbaycan ən güclü hərbi donanmaya sahib olub - "Forbes"11:46 - Azərbaycan Rusiyadan kibrit idxalını artırıb - Qiymət 21% bahalaşıb

30 iyul

11:35 - Veysəloğlu Şirkətlər Qrupunun sponsorluğu ilə şəhid övladları üçün keçirilən "Zəfər" Amerika Yay Düşərgəsi uğurla başa çadı - FOTOLAR