Qarabağa gedən İran maşınlarına dair daha bir fakt

12 avqust, 2021 10:13

Ermənistanın 5TV telekanılında İrandan gələn yük maşınları ilə bağlı süjet efirə gedib.

Azsiyaset.com xəbər verir ki, Qafan-Goris (Gorus) avtomobil yolunda çəkildiyi bəlli olan süjetidə Azərbaycan mənşəli iranlı sürücü iddia edir ki, onun yük maşınını daşla vurublar.

"Ağayi Həmid" kimi təqdim olunan sürücü ilə söhbət zamanı (yeri gəlmişkən, erməni müxbir onunla Azərbaycan türkcəsində danışır) 5TV əməkdaşı əlinin işarəsi ilə Azərbaycan və Ermənistan ərazilərini  göstərərək maşını məhz azərbaycanlıların daşqalaq etdiyini iddia edir.

Son dərəcə absurd olan bu iddianı hələlik bir kənara qoyaraq qeyd edək ki, İranın Ermənistanla ticarət dövriyyəsində İslam Respublikasının 2 əyaləti ilk sıranı tutur: Şərqi Azərbaycan və Qərbi Azərbaycan.

Bu iki vilayətdən daşınan mal-əmtəə, o cümlədən yanacaq Dağlıq Qarabağ ərazisinə də qanunsuz olaraq daşınır.

İranda milli təəssübkeşliyi ticari mənfəətə qurban verən azərbaycanlılar kimi, istər milli təəssübkeşlik, istərsə də dini həmrəyliyi əsas götürərək bu halı pisləyən iranlılar da azlıqda deyil. 

44 günlük İkinci Qarabağ müharibəsi zamanı İran-Ermənistan sərhədindəki Nurduz sərhəd-keçid məntəqəsində Rusiyadan göndərilmiş hərbi təyinatlı "Kamaz" maşınlarını daşlayan, sonra da bir neçəsini odlayan, Azərbaycan Respublikası silahlı qüvvələrinin sərhədyanı ərazilərdəki döyüşlərini izləyən və əsgərlərimizi "Yaşasın Azərbaycan!" sədası ilə alqışlayan cənub soydaşlarımız yaddaşlardan heç vaxt silinməyəcək.

5TV-nin süjetində Ermənistana yük daşıyan maşınları daşlayan da məhz həmin azərbaycanlılardır.

Avqustun 11-də Azərbaycan XİN İran dövlətinə nota verib. Bununla da İslam Respublikasına bir daha başa salınıb ki, rəsmi Bakı öz ərazisinə, yəni Dağlıq Qarabağa qanun yük daşınmaları ilə barışmaq, bu faktlara barmaqarası baxmaq niyyətində deyil.

Ümid edək ki, İran azərbaycanlıları da bu nəticəyə gələcək ki, bir gün həqiqətən Azərbaycan Respublikası ərazisində Azərbaycan vətəndaşları tərəfindən daşqalaq edilə bilərlər. Hətta bundan betəri də ola bilər.

07 oktyabr

11:09 - "Neftin qiyməti 200 dollar olacaq" - "Financial Times"11:06 - Azad edilmiş ərazilərimizdə 32 kütləvi məzarlıq tapılıb11:05 - Azərbaycanı təhqir edən hesablar bağlanmalıdır

01 oktyabr

09:52 - Qondarma rejimin "televiziyası" bağlandı09:45 - Sumqayıtda 13 tibb işçisi bir gündə işdən çıxarılıb - Ölkədə ixtisar müəmması davam edir

29 sentyabr

19:07 - Döyüşdə iştirak edən hərbçilərə ikiqat ödəniş müddəası çıxarılır

27 sentyabr

17:24 - "Onun arvadını hamı tanıyır" - Zaxarova17:14 - Azərbaycana qarşı kampaniyaya qoşulan türkiyəli professor üzr istədi17:11 - ABŞ-nin daha bir məxfi silahı İranın əlinə keçdi17:09 - Husilərə görə Ər-Riyadda məktəblər bağlandı

21 sentyabr

13:05 - Veysəloğlu Şirkətlər Qrupu Qarabağda təhsilin inkişafına dəstək verəcək - FOTOLAR11:22 - Təhsildəki mafiya - Bu dəfə 3 milyonluq olimpiada biznesini araşdırdıq11:18 - Azərbaycana yük gətirib, yük aparan ölkələrin siyahısı

14 sentyabr

13:55 - Polşa da müharibəyə cəlb olunur? 13:43 - İranda minlərlə insan ölkənin müdafiəsinə qoşulur13:28 - İrəvan Azərbaycan qazından asılı qalacaq13:25 - Vüsal Şilderin qətli ilə bağlı məhkəmə başladı

09 sentyabr

11:21 - Avropanın yeni sağını kim formalaşdırır: Tramp, Bannon və İsrail detalı gündəmdə - "Milliyet"11:16 - İran F-35-lərin olduğu bazanı vurdu 11:14 - "Paşinyan qorxduğu üçün..." - Zatulindən açıqlama

17 avqust

12:03 - "Türkiyəni satın alaram" deyən iş adamı həbs edildi - Evindən narkotik tapıldı12:00 - Ermənistan Azərbaycana 17 milyon dollar ödədi

13 avqust

17:56 - Avtomobil idxalı kəskin azaldı, qiymətlər isə artdı

10 avqust

19:43 - "Avropa Rusiyadan qaz idxalını artırır" - "Welt am Sonntag"19:37 - "Azərbaycan bizə kömək oldu" - Pezeşkian19:35 - 10 milyon dövriyyəsi olan mərc şəbəkəsi ifşa edildi - VIDEO

03 avqust

11:52 - Kimin evində varsa, varlanacaq - Heç belə qiymətə olmamışdı11:49 - Azərbaycan ən güclü hərbi donanmaya sahib olub - "Forbes"11:46 - Azərbaycan Rusiyadan kibrit idxalını artırıb - Qiymət 21% bahalaşıb

30 iyul

11:35 - Veysəloğlu Şirkətlər Qrupunun sponsorluğu ilə şəhid övladları üçün keçirilən "Zəfər" Amerika Yay Düşərgəsi uğurla başa çadı - FOTOLAR