İdmanımızın "fatihə"si - Döşəküstü "döyüşlər" və torpaqüstü müharibə

13 avqust, 2021 11:03

Keçən həftə Qarabağda şikəst olan bir nəfər döyüşçünün adından “Qarabağ şikəstəsi” oxuya-oxuya pul, var-dövlət, mənsəb sahibi olan bir müğənniyə məktub yazdım. Ağzındakı dişləri düzəltmək üçün kömək istəyirdi müğənnidən… Bu müğənni uşaq yaşlarında sevdiyi qızlara Baloğlan Əşrəfovun mahnı kasetlərini göndərəndə həmin bu Qarabağda şikəst olan adam hərbi məktəblərdə qan-tər axıdırdı, daha sonra illərini döyüş postlarında xərcləmişdi. İndi birinin Mehdiabadda iki otaqlı yarımtikili evi, o birinin şəhərin ən bahalı yerlərindən mənzilləri, ticarət obyektləri var, dövlətdən təltiflər, mükafatlar da alıb.

Sözümü nəyə gətirirəm? Bir neçə gün əvvəl Tokio-2020 XXXII Yay Olimpiya Oyunlarında medal qazanan idmançılarımıza dövlət tərəfindən pul mükafatları verildi. Gümüş medal qazanan idmançılarımız 300 min, bürünc medal qazananlar isə 150 min manat pul mükafatı qazandı. Ümumilikdə, 7 medala dövlət tərəfindən verilən mükafatın məbləği 2 milyon 500 min manat təşkil edir.

Bir idmançı döşəyin üstündə başqa bir idmançının ayağını qaldırıb o tərəfə qoyur, ya da üzünə bir-iki sillə vurur, yaxud bir fənd işlədib yerə yıxır və olur qəhrəman, qalib! Əvəzində də dövlətdən 300 min manat pul alır. Başqa biri isə Qarabağda həqiqi döyüşdə (idman döşəyi üstündə yox ha) vurur, vurulur, qolunu, gözünü itirir, olur Qazi! Əvəzində 300 min manat alırmı? Döşək üstündə döyüşənlərlə səngərdə döyüşənlər arasındakı bu boyda sosial bərabərsizliyin izahı varmı!?

Bu ölkənin nə qədər başdanxarab iş adamları, məmurları varsa, onların hamısı olimpiya oyunlarında qələbə qazanan idmançılarımıza mənzillər, maşınlar, şirkətlər hədiyyə edirlər.

İdmançılarımızın adlarını çəkmək istəmirəm. Amma bir idmançımıza o qədər bahalı maşınlar hədiyyə ediblər ki, o da gedib özünə avtosalon açıb maşın satır. 

Bəli, idmançılara diqqət lazımdır, onlar hər cür qayğı ilə təmin olunmalıdırlar, onlar da döşək üstündə qalib olmaq üçün tər axıdırlar. Amma onların axıtdıqları tər daha çox şəxsi komfortlarının yaradılmasına xidmət edirsə... Bayrağımızı qaldırırlar? Olsun! Amma Vətən Müharibəsi sübut etdi ki, bir dövlətin bayrağını onun zabiti, əsgəri qaldıranda o dövlətə daha çox şərəf və güc gətirir. Dövlətdən milyonlarla pul alan idmançılardan neçə nəfər Vətən Müharibəsində döyüşüb qazi, şəhid oldu? Axı bunları bəsləməyimizin bir məqsədi də olmalıdır da.

Bir dəfə qızıl medal qazanaraq milyonlarla sahib olan idmançılarımızdan neçə nəfərinin adını çəkmək olar ki, növbəti dəfə yenə qızıl medal qazanıb? Qazanmırlar, qazana bilmirlər! Çünki o idmançı bir dəfə yer tutur, dövlət ona hər şey verir, o da gedib özünə biznes qurur, təm-təraqlı həyat düzəldir, market açır, biznesə girişir. Bu zeyhniyyət sahibi növbəti dəfə nəticə əldə edə bilərmi!? Bu adamları idmanda saxlamaq lazımdır, külli miqdarda pul verməklə onları idmanda saxlamaq mümkünsüz məsələdir. Saxlasaq da, əvvəlki nəticələri ala bilməyəcəyik.

Bəs qızıl medal qazanıb ölkəmizə dönən idmançıların çiyinlərinə ulduz-rütbə yapışdırıb hüquq-mühafizə orqanlarında vəzifəyə təyin etmək nə deməkdir? Onları məmurlaşdırmaqla nəyə nail oluruq? Bu idmançılar niyə özlərindən sonra yeni məktəb epoxası aça bilmirlər?

Ən dəhşətlisi odur ki, dövlətdən külli mqdarda pul alan idmançılarımızın bir çoxu haqqında əcaib xəbərlər eşitməkdəyik. Onların bir hissəsi:

- Sosial şəbəkələrdə dollar yandırıb xalqa göz dağı verir

- Narkomaniyaya qurşanıb cəmiyyətə daha pis nümunə olurlar

- “Razborşik” kimi küçə davalarına meyllənir, özlərini kriminal aləmin lazımsız, “döşəküstü” bir parçasına çevirirlər…

Və bütün bu hallarda itirən təkcə o idmançı olmur, dövlət itirir, büdcə itirir, xalq itirir, idman aləmi itirir və s. Hamısının da kökü bu idmançılara verilən sərhədsiz imtiyazlara gedib dayanır.

Bir həqiqəti anlamaq istəmirik ki, Azərbaycanda futbolun da “fatihəsi” çoxdan oxunub, ölü adama sərmayə yatırarlarmı!? Dəhşətdir, məşqçi 70-80 min, futbolçular 20-30 min manat maaş alır. Nəyə görə? Nəyin müqabilində? Baxırsan ki, hansısa idman növü üzrə komandamız yarışa çıxıb, amma heç birisinin adını bilmirik, hamısı əcnəbilərdir. Ay başbilənlər, futbolda, elə digər idman növlərində də nə vaxt ağıllı şəkildə milliləşdirmə siyasəti aparılacaq?

Futbul siyasətin ayrılmaz və ən vacib tərkib hissələrindən biridir. Əgər futbolu dövlət siyasətinin bir elementinə çevirib beynəlxalq aləmdə dividend götürə bilmiriksə, milyonları niyə küçəyə tökürük?

İndi mən sual edirəm: sabah mən pomidorla işləyən maşın, yaxud xiyarla uçan təyyarə ixtira eləsəm, dövlət mənə o boyda mükafat verəcəkmi? Yaxud adi su ilə işləyən traktor icad eləsəm, mənə neçə manat pul verəcəklər? Gözümü basıb çıxarmasınlar, mükafat da istəmirəm.

İndi Azərbaycanda heç kəs övladının alim, həkim, müəllim, zabit olmasını istəmir. Asan yolla pul qazanmağın yolunu hər kəs tapıb: övladını uşaq yaşlarından idmana qoyursan, gedib bir medal gətirir və nəticədə bütün ailə kasıblığın daşını atır. Ardı da gəlmir...

Axı ölkənin idman sahəsi də başsız qalıb, aylardır ölkədə Gənclər və İdman naziri yoxdur. Savaş gedir. Vəzifəyə də, idmana da baxış, münasibət dəyişməlidir. Nə qədər idmançılarımız var ki, gedib xaricdə ciddi nəticə əldə edəndən sonra ölkəmizə qayıtmaq istəmirlər. Axı bunun da səbəbləri araşdırılmalıdır.

İdman naziri olmaq həm də ölkənin gənclərinin naziri olmaq deməkdir. Təsəvvür edin, ölkə əhalisinin 23,6%-ni gənclər təşkil edir.

Heç bir dini-siyasi təriqətin üzvü olmayan, milli, milli maraqları şəxsi maraqlardan üstün tutan, idman sahəsini və idman siyasətinin ideologiyasını mükəmməl bilən bir nəfər yoxdur ki, onu tapıb nazir qoysunlar? Yoxdursa, o zaman illərlə bu qədər pul niyə idman siyasəti sahəsinə yatırılıb?!

Ümid edək, inanaq, çünki əlimizdə başqa heç nə yoxdur. Vallah, etiraz etməyə də adam ərinir. Çünki bu cəmiyyətin ipi ilə quyuya düşmək müşkül məsələdir, Yusif peyğəmbər də deyilik ki, quyudan qurtulub illər sonra mayak ola bilək.

Qısa bir haşiyə ilə vidalaşaq: Bir gün Moskvanın küçələrində bir yəhudi dissidenti divarlara ağ kağız yapışdırırmış. Yoldan ötən bir kişi bu yəhudidən nə iş gördüyünü soruşur. Yəhudi cavab verir ki, etiraz edirəm. Bu kişi yəhudiyə yenidən sual verir: “Axı divara yapışdırdığın kağızlarda heç nə yazılmayıb, nəyə etiraz etdiyin də bilinmir…”.

Yəhudi cavab verir: “Onsuz da hamı hər şeyi bilir də…”.

Samir Feyruzov

Azsiyaset.com

07 oktyabr

11:09 - "Neftin qiyməti 200 dollar olacaq" - "Financial Times"11:06 - Azad edilmiş ərazilərimizdə 32 kütləvi məzarlıq tapılıb11:05 - Azərbaycanı təhqir edən hesablar bağlanmalıdır

01 oktyabr

09:52 - Qondarma rejimin "televiziyası" bağlandı09:45 - Sumqayıtda 13 tibb işçisi bir gündə işdən çıxarılıb - Ölkədə ixtisar müəmması davam edir

29 sentyabr

19:07 - Döyüşdə iştirak edən hərbçilərə ikiqat ödəniş müddəası çıxarılır

27 sentyabr

17:24 - "Onun arvadını hamı tanıyır" - Zaxarova17:14 - Azərbaycana qarşı kampaniyaya qoşulan türkiyəli professor üzr istədi17:11 - ABŞ-nin daha bir məxfi silahı İranın əlinə keçdi17:09 - Husilərə görə Ər-Riyadda məktəblər bağlandı

21 sentyabr

13:05 - Veysəloğlu Şirkətlər Qrupu Qarabağda təhsilin inkişafına dəstək verəcək - FOTOLAR11:22 - Təhsildəki mafiya - Bu dəfə 3 milyonluq olimpiada biznesini araşdırdıq11:18 - Azərbaycana yük gətirib, yük aparan ölkələrin siyahısı

14 sentyabr

13:55 - Polşa da müharibəyə cəlb olunur? 13:43 - İranda minlərlə insan ölkənin müdafiəsinə qoşulur13:28 - İrəvan Azərbaycan qazından asılı qalacaq13:25 - Vüsal Şilderin qətli ilə bağlı məhkəmə başladı

09 sentyabr

11:21 - Avropanın yeni sağını kim formalaşdırır: Tramp, Bannon və İsrail detalı gündəmdə - "Milliyet"11:16 - İran F-35-lərin olduğu bazanı vurdu 11:14 - "Paşinyan qorxduğu üçün..." - Zatulindən açıqlama

17 avqust

12:03 - "Türkiyəni satın alaram" deyən iş adamı həbs edildi - Evindən narkotik tapıldı12:00 - Ermənistan Azərbaycana 17 milyon dollar ödədi

13 avqust

17:56 - Avtomobil idxalı kəskin azaldı, qiymətlər isə artdı

10 avqust

19:43 - "Avropa Rusiyadan qaz idxalını artırır" - "Welt am Sonntag"19:37 - "Azərbaycan bizə kömək oldu" - Pezeşkian19:35 - 10 milyon dövriyyəsi olan mərc şəbəkəsi ifşa edildi - VIDEO

03 avqust

11:52 - Kimin evində varsa, varlanacaq - Heç belə qiymətə olmamışdı11:49 - Azərbaycan ən güclü hərbi donanmaya sahib olub - "Forbes"11:46 - Azərbaycan Rusiyadan kibrit idxalını artırıb - Qiymət 21% bahalaşıb

30 iyul

11:35 - Veysəloğlu Şirkətlər Qrupunun sponsorluğu ilə şəhid övladları üçün keçirilən "Zəfər" Amerika Yay Düşərgəsi uğurla başa çadı - FOTOLAR