Etibar Məmmədovdan şok açıqlama - "Jirinovski zorlanmış adamdır, LGTB-nin üzvü olmalı idi"

13 avqust, 2021 15:36

“Düşünmürəm ki, Jirinovskiyə Rusiya Federasiyasının mövqeyini bildirmək səlahiyyəti verilsin. Lakin ona bu cür açıqlamalar vermək imkanı verilirsə, demək hakimiyyətdə olan müəyyən qüvvələr də onun bu çıxışlarında maraqlıdırlar. Bütövlükdə Jirinovskinin mövqeyi Rusiyanın fikirləri olmasa da, onun bu mövqeyini müdafiə edən və qızışdıran qüvvələrin mövcudluğu dəqiqdir”. 

Bu sözləri Demokrat.az-a Azərbaycan Milli İstiqlal Partiyasının (AMİP) fəxri lideri Etibar Məmmədov bildirib.

O, Rusiya Liberal Demokrat Partiyasının sədri Vladimir Jirinovskinin Azərbaycanla bağlı səsləndirdiyi ifadələr və İsfəndiyar Vahabzadənin ona cavab verməsi barədə danışıb:

"Jirinovski ilk dəfə deyil ki, bu cür açıqlamalar verir. O, təkcə Azərbaycanla bağlı deyil, həm də başqa dövlətlər və millətlər haqda da bu cür çıxışlar edib, təhqiramiz ifadələr səsləndirib. Jirinovski bu cür çıxışları səbəbilə mənəvi və fiziki təzyiqə məruz qalıb, Dumada döyülüb, lakin öz tərbiyəsizliyini davam etdirir. Ona görə də, ona cavab verilməli idi. Jirinovski Vahabzadənin haqqında işlətdiyi “donuz” adına da layiq idi, ancaq onunla birlikdə hansısa milləti təhqir etmək doğru addım deyildi. Ona cavab verilməsi, təhqir edilməsi düzgündür, mən də bunu müdafiə edirəm”.

Etibar Məmmədov Jirinovskinin bu cür hərəkətlərinin ilk olmadığını, hər kəsin onun həyat və fəaliyyətindən xəbərdar olduğunu da qeyd edib:

"Mən Jirinovskinin həyatını bilirəm, Türkiyədə hansı vəziyyətdə həbs olunub, onu da bilirəm. Jirinovski zorlanmış adamdır, gərək LGBT-nin üzvü olmalı idi. Onu həbs edən zabitlə də söhbət etmişəm, necə ittiham olunduğunu eşitmişəm. Onun türklərə qarşı nifrəti də zorlanmasından qaynaqlanır, amma yaxşılığı da unutmamalıdır. Onu həbsdən Arif Heydərov azad elətdirdi. Ən azından bunu unutmamalı idi. Mən də vaxtilə Jirinovskiyə, onun təhqirlərinə cavab vermişəm. Amma o, elə bir insandır ki, sonradan məktub yazıb məni qurultaya dəvət etdi. Mən də cavab məktubundan bildirdim ki, nə qədər ki o ordadır, öz mövqeyini dəyişməyib, üzr istəməyib, heç bir dialoqa girmərəm”. 
Demokrat.az

07 oktyabr

11:09 - "Neftin qiyməti 200 dollar olacaq" - "Financial Times"11:06 - Azad edilmiş ərazilərimizdə 32 kütləvi məzarlıq tapılıb11:05 - Azərbaycanı təhqir edən hesablar bağlanmalıdır

01 oktyabr

09:52 - Qondarma rejimin "televiziyası" bağlandı09:45 - Sumqayıtda 13 tibb işçisi bir gündə işdən çıxarılıb - Ölkədə ixtisar müəmması davam edir

29 sentyabr

19:07 - Döyüşdə iştirak edən hərbçilərə ikiqat ödəniş müddəası çıxarılır

27 sentyabr

17:24 - "Onun arvadını hamı tanıyır" - Zaxarova17:14 - Azərbaycana qarşı kampaniyaya qoşulan türkiyəli professor üzr istədi17:11 - ABŞ-nin daha bir məxfi silahı İranın əlinə keçdi17:09 - Husilərə görə Ər-Riyadda məktəblər bağlandı

21 sentyabr

13:05 - Veysəloğlu Şirkətlər Qrupu Qarabağda təhsilin inkişafına dəstək verəcək - FOTOLAR11:22 - Təhsildəki mafiya - Bu dəfə 3 milyonluq olimpiada biznesini araşdırdıq11:18 - Azərbaycana yük gətirib, yük aparan ölkələrin siyahısı

14 sentyabr

13:55 - Polşa da müharibəyə cəlb olunur? 13:43 - İranda minlərlə insan ölkənin müdafiəsinə qoşulur13:28 - İrəvan Azərbaycan qazından asılı qalacaq13:25 - Vüsal Şilderin qətli ilə bağlı məhkəmə başladı

09 sentyabr

11:21 - Avropanın yeni sağını kim formalaşdırır: Tramp, Bannon və İsrail detalı gündəmdə - "Milliyet"11:16 - İran F-35-lərin olduğu bazanı vurdu 11:14 - "Paşinyan qorxduğu üçün..." - Zatulindən açıqlama

17 avqust

12:03 - "Türkiyəni satın alaram" deyən iş adamı həbs edildi - Evindən narkotik tapıldı12:00 - Ermənistan Azərbaycana 17 milyon dollar ödədi

13 avqust

17:56 - Avtomobil idxalı kəskin azaldı, qiymətlər isə artdı

10 avqust

19:43 - "Avropa Rusiyadan qaz idxalını artırır" - "Welt am Sonntag"19:37 - "Azərbaycan bizə kömək oldu" - Pezeşkian19:35 - 10 milyon dövriyyəsi olan mərc şəbəkəsi ifşa edildi - VIDEO

03 avqust

11:52 - Kimin evində varsa, varlanacaq - Heç belə qiymətə olmamışdı11:49 - Azərbaycan ən güclü hərbi donanmaya sahib olub - "Forbes"11:46 - Azərbaycan Rusiyadan kibrit idxalını artırıb - Qiymət 21% bahalaşıb

30 iyul

11:35 - Veysəloğlu Şirkətlər Qrupunun sponsorluğu ilə şəhid övladları üçün keçirilən "Zəfər" Amerika Yay Düşərgəsi uğurla başa çadı - FOTOLAR