Cavanşir Feyziyevin oğlunun udduğu tenderlə bağlı - Rəsmi açıqlama

19 avqust, 2021 13:42

İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi iqtisadçı ekspert Natiq Cəfərlinin qurumun Buzovna qəsəbəsində 1 mln. 176 min manata 1 illiyə ofis və anbar icarəyə götürməsi ilə bağlı səsləndirdiyi fikirlərə münasibət bildirib.

Azsiyaset.com-a daxil olan məlumatda deyilir ki, Agentlik tərəfindən Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin tabeliyindəki 230 tibb müəssisəsinin dərman, tibbi sərfiyyat, laboratoriya malları, avadanlıq və cihazlara olan ehtiyacı müəyyənləşdirilib:

"Həmin tibb müəssisələrini sözügedən vasitələrlə təmin etmək və onların düzgün şəraitdə saxlanılmasını təşkil etmək məqsədilə müvafiq məkanın seçilməsi zərurəti yarandığından Agentlik 07.07.2021-ci il tarixində etender.gov.az saytında “Ofis və anbar kompleksinin icarəsi xidmətlərinin satın alınması” üzrə təkliflər sorğusu üsulu ilə satın alınmaya dair elan yerləşdirib.

“Dövlət satınalmaları haqqında” Qanuna əsasən tenderin həyata keçirilməsi məqsədi ilə tender komissiyası yaradılıb və tenderin aşkarlıq, şəffaflıq, bərabərlik və rəqabətlilik prinsipləri əsasında təşkili təmin edilib.

Komissiya tərəfindən tenderdə təkliflər sorğusunun formal tələblərini tam təmin edən və ehtimal olunan qiymətdən aşağı qiymət təklifi verən fiziki şəxs Orxan Cavanşir “Ofis və anbar kompleksinin icarəsi xidmətlərinin satın alınması” məqsədilə keçirilmiş təkliflər sorğusunun qalibi elan edilib. 

Məlumat üçün bildirək ki,  4,3 ha ərazidə yerləşən, ümumi sahəsi 12 553,3 kv. km olan ofis və anbar kompleksi dərman preparatlarının qəbulu, saxlanılması, daşınması üçün hər cür imkana malikdir.

Eyni zamanda Agentliyin fəaliyyəti ilə bağlı səsləndirilən fikirlərə cavab olaraq bildirmək istərdik ki, qurum fəaliyyətə başladığı dövrdən etibarən icbari tibbi sığorta sistemi ilə bağlı ictimaiyyəti məlumatlandırmaq məqsədilə davamlı tədbirlər görməkdədir. 2016-cı ildən başlayaraq qurumun rəsmi internet səhifəsi (https://its.gov.az/) və altı sosial media hesabı (“Facebook”, “Twitter”, “Linkedln”, “Instagram”, “YouTube” və “Telegram”) fəaliyyət göstərir.

İcbari tibbi sığorta ilə bağlı xəbərlər, Agentliyin illər üzrə fəaliyyətinə dair hesabatları, icbari tibbi sığorta çərçivəsində göstərilən tibbi xidmətlər barədə aylar üzrə statistik göstəricilər barədə məlumatlar və s. qurumun saytında və sosial şəbəkələrdəki səhifələrində mütəmadi olaraq yerləşdirilir. Kütləvi informasiya vasitələrindən və sosial şəbəkələrdən daxil olan bütün sorğular cavablandırılır. İcbari tibbi sığorta sistemi barədə ictimaiyyətin məlumatlandırılması məqsədilə bu mövzuda xəbərlər mediada işıqlandırılır, Agentliyin əməkdaşlarının televiziya və radiolarda çıxışları təmin edilir, qurumun “Facebook” səhifəsində vətəndaşları icbari tibbi sığorta sistemi ilə bağlı maraqlandıran mövzularda canlı yayımlar təşkil edilir".

Qeyd edək ki, N. Cəfərli həmin tenderin qalibinin Milli Məclisin deputatı Cavanşir Feyziyevin oğlu Orxan Feyziyev olduğunu vurğulamışdı.

07 oktyabr

11:09 - "Neftin qiyməti 200 dollar olacaq" - "Financial Times"11:06 - Azad edilmiş ərazilərimizdə 32 kütləvi məzarlıq tapılıb11:05 - Azərbaycanı təhqir edən hesablar bağlanmalıdır

01 oktyabr

09:52 - Qondarma rejimin "televiziyası" bağlandı09:45 - Sumqayıtda 13 tibb işçisi bir gündə işdən çıxarılıb - Ölkədə ixtisar müəmması davam edir

29 sentyabr

19:07 - Döyüşdə iştirak edən hərbçilərə ikiqat ödəniş müddəası çıxarılır

27 sentyabr

17:24 - "Onun arvadını hamı tanıyır" - Zaxarova17:14 - Azərbaycana qarşı kampaniyaya qoşulan türkiyəli professor üzr istədi17:11 - ABŞ-nin daha bir məxfi silahı İranın əlinə keçdi17:09 - Husilərə görə Ər-Riyadda məktəblər bağlandı

21 sentyabr

13:05 - Veysəloğlu Şirkətlər Qrupu Qarabağda təhsilin inkişafına dəstək verəcək - FOTOLAR11:22 - Təhsildəki mafiya - Bu dəfə 3 milyonluq olimpiada biznesini araşdırdıq11:18 - Azərbaycana yük gətirib, yük aparan ölkələrin siyahısı

14 sentyabr

13:55 - Polşa da müharibəyə cəlb olunur? 13:43 - İranda minlərlə insan ölkənin müdafiəsinə qoşulur13:28 - İrəvan Azərbaycan qazından asılı qalacaq13:25 - Vüsal Şilderin qətli ilə bağlı məhkəmə başladı

09 sentyabr

11:21 - Avropanın yeni sağını kim formalaşdırır: Tramp, Bannon və İsrail detalı gündəmdə - "Milliyet"11:16 - İran F-35-lərin olduğu bazanı vurdu 11:14 - "Paşinyan qorxduğu üçün..." - Zatulindən açıqlama

17 avqust

12:03 - "Türkiyəni satın alaram" deyən iş adamı həbs edildi - Evindən narkotik tapıldı12:00 - Ermənistan Azərbaycana 17 milyon dollar ödədi

13 avqust

17:56 - Avtomobil idxalı kəskin azaldı, qiymətlər isə artdı

10 avqust

19:43 - "Avropa Rusiyadan qaz idxalını artırır" - "Welt am Sonntag"19:37 - "Azərbaycan bizə kömək oldu" - Pezeşkian19:35 - 10 milyon dövriyyəsi olan mərc şəbəkəsi ifşa edildi - VIDEO

03 avqust

11:52 - Kimin evində varsa, varlanacaq - Heç belə qiymətə olmamışdı11:49 - Azərbaycan ən güclü hərbi donanmaya sahib olub - "Forbes"11:46 - Azərbaycan Rusiyadan kibrit idxalını artırıb - Qiymət 21% bahalaşıb

30 iyul

11:35 - Veysəloğlu Şirkətlər Qrupunun sponsorluğu ilə şəhid övladları üçün keçirilən "Zəfər" Amerika Yay Düşərgəsi uğurla başa çadı - FOTOLAR