Daha bir deputatın mandatı ləğv oluna bilər: Biznesi var, ayda 18 min maaş alır - VİDEO/FOTO

19 avqust, 2021 17:55

Milli Məclisin daha bir deputatının qanunları kobud şəkildə pozması ilə bağlı məlumat yayılıb.

Azsiyaset.com xəbər verir ki, 46 saylı Şirvan Seçki Dairəsindən deputat seçilən İltizam Yusifovun böyük biznes fəaliyyəti ilə bağlı faktlar ortaya çıxıb.

Bununla bağlı jurnalist Həbib Müntəzir məlumat paylaşıb:

“İ. Yusifov deputat olana qədər "Shirvan Operating Company ltd" şirkətinin vitse-prezidenti olub və hələ də biznes fəaliyyətini davam etdirir və hər ay 18 min 600 manat maaş alır. Dövlət Sosial Müdafiə Portalından çıxarılan sənəddə qeyd olunur ki, iki neft şirkəti "Shirvan Operating company LTD" və Kayman adalarının "Karasu Operating Company"nin filialı millət vəkilinə hər ay maaş ödəyir. Hər iki şirkətin adı isə mətbuatda dəfələrlə işçilərin maaş problemləri ilə əlaqədar hallanıb. Həmçinin iddia olunur ki, İ. Yusifovun Vircin adalarında ofşor şirkəti də var”.

Bəs qanunvericilikdə əlavə bizneslə məşğul olan deputatları hansısa cəza gözləyir?

Məsələ ilə bağlı saytımıza danışan hüquqşünas Əkrəm Həsənov bildirib ki, bu halda deputatın mandatı ləğv edilməlidir:

"Azərbaycan Konstitusiyasının 85-ci maddəsinə əsasən Milli Məclisin üzvü elmi-pedaqoji və yaradıcılıq istisna olmaqla başqa ödənişli fəaliyyətlə məşğul ola bilməz. Əslində, deputat hansısa şirkətdə səhmə, paya malik olub, divident ala bilər. Çünki bu, fəaliyyət deyil. Hansısa şirkətdə işləmir, fəaliyyət göstərmir, amma birbaşa özü fəaliyyət göstərirsə, məsələn, hansısa şirkətin direktorudursa, buna görə maaş alırsa, bu konstitusiyanın 85-ci maddəsinə ziddir. Bu halda Konstitusiyamızın 89-cu maddəsinə görə o deputat mandatından məhrum edilməlidir”(bakupost.az).

 

07 oktyabr

11:09 - "Neftin qiyməti 200 dollar olacaq" - "Financial Times"11:06 - Azad edilmiş ərazilərimizdə 32 kütləvi məzarlıq tapılıb11:05 - Azərbaycanı təhqir edən hesablar bağlanmalıdır

01 oktyabr

09:52 - Qondarma rejimin "televiziyası" bağlandı09:45 - Sumqayıtda 13 tibb işçisi bir gündə işdən çıxarılıb - Ölkədə ixtisar müəmması davam edir

29 sentyabr

19:07 - Döyüşdə iştirak edən hərbçilərə ikiqat ödəniş müddəası çıxarılır

27 sentyabr

17:24 - "Onun arvadını hamı tanıyır" - Zaxarova17:14 - Azərbaycana qarşı kampaniyaya qoşulan türkiyəli professor üzr istədi17:11 - ABŞ-nin daha bir məxfi silahı İranın əlinə keçdi17:09 - Husilərə görə Ər-Riyadda məktəblər bağlandı

21 sentyabr

13:05 - Veysəloğlu Şirkətlər Qrupu Qarabağda təhsilin inkişafına dəstək verəcək - FOTOLAR11:22 - Təhsildəki mafiya - Bu dəfə 3 milyonluq olimpiada biznesini araşdırdıq11:18 - Azərbaycana yük gətirib, yük aparan ölkələrin siyahısı

14 sentyabr

13:55 - Polşa da müharibəyə cəlb olunur? 13:43 - İranda minlərlə insan ölkənin müdafiəsinə qoşulur13:28 - İrəvan Azərbaycan qazından asılı qalacaq13:25 - Vüsal Şilderin qətli ilə bağlı məhkəmə başladı

09 sentyabr

11:21 - Avropanın yeni sağını kim formalaşdırır: Tramp, Bannon və İsrail detalı gündəmdə - "Milliyet"11:16 - İran F-35-lərin olduğu bazanı vurdu 11:14 - "Paşinyan qorxduğu üçün..." - Zatulindən açıqlama

17 avqust

12:03 - "Türkiyəni satın alaram" deyən iş adamı həbs edildi - Evindən narkotik tapıldı12:00 - Ermənistan Azərbaycana 17 milyon dollar ödədi

13 avqust

17:56 - Avtomobil idxalı kəskin azaldı, qiymətlər isə artdı

10 avqust

19:43 - "Avropa Rusiyadan qaz idxalını artırır" - "Welt am Sonntag"19:37 - "Azərbaycan bizə kömək oldu" - Pezeşkian19:35 - 10 milyon dövriyyəsi olan mərc şəbəkəsi ifşa edildi - VIDEO

03 avqust

11:52 - Kimin evində varsa, varlanacaq - Heç belə qiymətə olmamışdı11:49 - Azərbaycan ən güclü hərbi donanmaya sahib olub - "Forbes"11:46 - Azərbaycan Rusiyadan kibrit idxalını artırıb - Qiymət 21% bahalaşıb

30 iyul

11:35 - Veysəloğlu Şirkətlər Qrupunun sponsorluğu ilə şəhid övladları üçün keçirilən "Zəfər" Amerika Yay Düşərgəsi uğurla başa çadı - FOTOLAR