"Bu, qatillikdən başqa bir şey deyil" - Prezidentin köməkçisi
20 avqust, 2021 11:55
“46 899 nəfərin COVID pasport olmadan toylara girişi qadağan olunub”.
“Azsiyaset” xəbər verir ki, bunu Prezidentin köməkçisi Şahmar Mövsümov deyib.
“Hansısa aktiv xəstə harasa gedir. Öz qohumunu, yaxınını yoluxdurur. Bu, qatillikdən başqa bir şey deyil. 4000 yoluxanın olmasına baxmayaraq, hazırda ciddi təzyiqimiz yoxdur. Buna səbəb peyvəndlənmədir. Bir daha özünüzü və əzizlərinizi peyvəndlənməyə çağırırıq”, - deyə Ş. Mövsümov vurğulayıb.