Hamı bu gənci axtarır: O, Kərəm Həsənovun bacısı oğludur? - Cəlilabad polisi susur...

20 avqust, 2021 17:55

Cəlilabad rayon sakini Heydər Əhədov vətəndaşlara qarşı saysız-hesabsız dələduzluq əməlləri törədib. O, insanların etimadından istifadə edərək borc adı ilə onların pulunu alır və geri qaytarmır.

Azsiyaset.com xəbər verir ki, bu barədə vətəndaşların KİV-lərə göndərdiyi məktubda bildirilir.

Məktubda yazılır ki, özünü Prezidentin köməkçisi Kərəm Həsəvovun bacısı oğlu kimi qələmə verən Heydər Əhədov Bakıda və Cəlilabadda vətəndaşlardan pul alaraq aldadır.

"İndiyə qədər də çoxlu dələduzluqlar edib,  insanların etimadından istifadə edərək borc adı altında pul alır və insanları aldadır. Sonda isə telefonlarını söndürür, başqa nömrələr işlədir. Özünün dediyinə görə, Prezidentin köməkçisi Kərəm Həsənovun bacısı oğludur. H.Əhədovun dələduz əməllərinin qurbanı olan insanlar Daxili İşlər Nazirliyinə, Cəlilabad Rayon Polis Şöbəsinə xeyli şikayətlər edib. Amma nəticə yoxdur. Cəlilabad Polis şöbəsinin əməkdaşı Heydər Kərimov deyir ki, onu tapa bildiyimizə görə və şikayətlər mülki məsələ olduğuna görə, işə xitam vermişik". 

Daha sonra bildirilir:

"Polis orqanlarının mövqeyindən belə çıxır ki, pul alıb insanları aldatmaq mülki məsələ olduğuna görə, hər kəs bu üsulla dələduzluqlar edə bilər. Və heç kəs də onu həbs etməyəcək. 

Məsələn, mart ayından bəri bir vətəndaşın davamlı şikayətlərinə baxmayaraq, Cəlilabad Polis şöbəsi heç bir addım atmır. 

Vətəndaşlar diqqətli olsunlar, Heydərin qurbanına çevrilməsinlər. Əks halda, polis də bu dələduzu həbs etməyəcək, cəzasız qalacaq. İtirən yenə də insanlar olacaq. Bu dələduzlar isə öz əməllərini davam etdirəcəklər".

07 oktyabr

11:09 - "Neftin qiyməti 200 dollar olacaq" - "Financial Times"11:06 - Azad edilmiş ərazilərimizdə 32 kütləvi məzarlıq tapılıb11:05 - Azərbaycanı təhqir edən hesablar bağlanmalıdır

01 oktyabr

09:52 - Qondarma rejimin "televiziyası" bağlandı09:45 - Sumqayıtda 13 tibb işçisi bir gündə işdən çıxarılıb - Ölkədə ixtisar müəmması davam edir

29 sentyabr

19:07 - Döyüşdə iştirak edən hərbçilərə ikiqat ödəniş müddəası çıxarılır

27 sentyabr

17:24 - "Onun arvadını hamı tanıyır" - Zaxarova17:14 - Azərbaycana qarşı kampaniyaya qoşulan türkiyəli professor üzr istədi17:11 - ABŞ-nin daha bir məxfi silahı İranın əlinə keçdi17:09 - Husilərə görə Ər-Riyadda məktəblər bağlandı

21 sentyabr

13:05 - Veysəloğlu Şirkətlər Qrupu Qarabağda təhsilin inkişafına dəstək verəcək - FOTOLAR11:22 - Təhsildəki mafiya - Bu dəfə 3 milyonluq olimpiada biznesini araşdırdıq11:18 - Azərbaycana yük gətirib, yük aparan ölkələrin siyahısı

14 sentyabr

13:55 - Polşa da müharibəyə cəlb olunur? 13:43 - İranda minlərlə insan ölkənin müdafiəsinə qoşulur13:28 - İrəvan Azərbaycan qazından asılı qalacaq13:25 - Vüsal Şilderin qətli ilə bağlı məhkəmə başladı

09 sentyabr

11:21 - Avropanın yeni sağını kim formalaşdırır: Tramp, Bannon və İsrail detalı gündəmdə - "Milliyet"11:16 - İran F-35-lərin olduğu bazanı vurdu 11:14 - "Paşinyan qorxduğu üçün..." - Zatulindən açıqlama

17 avqust

12:03 - "Türkiyəni satın alaram" deyən iş adamı həbs edildi - Evindən narkotik tapıldı12:00 - Ermənistan Azərbaycana 17 milyon dollar ödədi

13 avqust

17:56 - Avtomobil idxalı kəskin azaldı, qiymətlər isə artdı

10 avqust

19:43 - "Avropa Rusiyadan qaz idxalını artırır" - "Welt am Sonntag"19:37 - "Azərbaycan bizə kömək oldu" - Pezeşkian19:35 - 10 milyon dövriyyəsi olan mərc şəbəkəsi ifşa edildi - VIDEO

03 avqust

11:52 - Kimin evində varsa, varlanacaq - Heç belə qiymətə olmamışdı11:49 - Azərbaycan ən güclü hərbi donanmaya sahib olub - "Forbes"11:46 - Azərbaycan Rusiyadan kibrit idxalını artırıb - Qiymət 21% bahalaşıb

30 iyul

11:35 - Veysəloğlu Şirkətlər Qrupunun sponsorluğu ilə şəhid övladları üçün keçirilən "Zəfər" Amerika Yay Düşərgəsi uğurla başa çadı - FOTOLAR