Mətbuata aid olmayan hər şey - Azərbaycan nəşriyyatı nəyin yuvasına çevrilib?

20 avqust, 2021 19:15

100 ildən artıq yaşı olan və vaxtilə əsas mətbuat orqanlarının toplandığı “Azərbaycan” Nəşriyyatı bu gün media adına aid olmayan hər şeyə ev sahibliyi edir.

Mebel sexləri, avtomobil ustaları, müxtəlif sexlər, xalça yuma şirkətləri, “maklerlər” və xidmət sektoruna aid olan cürbəcür ofislər nəşriyyat binasında özlərinə “isti yuva” qurub. Əgər nəşriyyatın binasından daxil olsanız, dərhal sağ tərəfə boylanın, orada müxtəlif suvenirlərin satıldığı mağaza ilə qarşılaşacaqsınız. Liftə doğru addımlayın, yaxud nərdivanlara tərəf gedin, natəmizlik “göz oxşayacaq”.

Doqquzmərtəbəli binanın bir neçə mərtəbəsində redaksiyalar yerləşir, o da görünür, nəşriyyat adına nəsə göstərmək üçündür. Barmaqla sayılacaq qədər normal media orqanı var, qalanları reket jurnalistlərin yuvasına çevrilib, hətta binada xoşagəlməyən, dilə gətirilməsi mümkün olmayan halların yaşandığı haqda məlumatlar da var.

"Azərbaycan" Nəşriyyatının direktoru Ağabəy Əsgərov binanın böyük əksəriyyətini icarəyə verib. Müxtəlif sexlər, firmalar, “maklerlər”, hətta təkər yamayanlar belə nəşriyyatın binasına “lüks şəraitə” görə yox, ucuzluğa görə axışır. Çünki Ağabəy Əsgərov nəşriyyat binasının otaqlarını ucuz qiymətə kirayə verir.

Burada həm icarədar, yəni Ağabəy Əsgərov qazanır, həm də icarə götürənlər. Görünən budur ki, qarşılıqlı şəkildə Azərbaycan Nəşriyyatının mətbuatımızın məzar yerinə çeviriblər.

Ağabəy Əsgərovun keçmiş köməkçi Əli Həsənovun adamı olduğu sirr deyil, amma nə sirdisə, Həsənov vəzifəsindən getsə də, A.Əsgərov nəşriyyat binasını özünün sahibkarlıq fəaliyyətinin mərkəzinə çevirib.

Hətta binalar tikmək üçün nəşriyyat ərazisini Əli Həsənova verən də A.Əsgərov idi. Doğrudur, Əsgərov “bura mənim dədəmin ərazisi deyil, dedilər ver, mən də verdim” deməklə özünü məsuliyyətdən uzaqlaşdırmağa çalışdı. Bəs necə olur, A.Əsgərov illərdir nəşriyyatın binasını “dədəsinin mülki” kimi icarəyə verə bilir?

Deməli, nəşriyyat ərazisinin zəbt edilməsi də, binanın icarəyə verilməsi də Həsənov-Əsgərov işbirliyinin nəticəsi idi.

Həsənov getdi, qaldı Əsgərov və bu gün nəşriyyatın direktoru 100 ildir mətbuat üçün nəzərdə tutulan binanı mətbuata aid olmayan hər şeyin istifadəsinə verib. 

Yolunuz "Azərbaycan" Nəşriyyatına düşərsə, bütün bunların təsdiqi üçün ətrafa nəzər yetirməyiniz kifayət edəcək.

Zaur Hacılı

Demokrat.az

07 oktyabr

11:09 - "Neftin qiyməti 200 dollar olacaq" - "Financial Times"11:06 - Azad edilmiş ərazilərimizdə 32 kütləvi məzarlıq tapılıb11:05 - Azərbaycanı təhqir edən hesablar bağlanmalıdır

01 oktyabr

09:52 - Qondarma rejimin "televiziyası" bağlandı09:45 - Sumqayıtda 13 tibb işçisi bir gündə işdən çıxarılıb - Ölkədə ixtisar müəmması davam edir

29 sentyabr

19:07 - Döyüşdə iştirak edən hərbçilərə ikiqat ödəniş müddəası çıxarılır

27 sentyabr

17:24 - "Onun arvadını hamı tanıyır" - Zaxarova17:14 - Azərbaycana qarşı kampaniyaya qoşulan türkiyəli professor üzr istədi17:11 - ABŞ-nin daha bir məxfi silahı İranın əlinə keçdi17:09 - Husilərə görə Ər-Riyadda məktəblər bağlandı

21 sentyabr

13:05 - Veysəloğlu Şirkətlər Qrupu Qarabağda təhsilin inkişafına dəstək verəcək - FOTOLAR11:22 - Təhsildəki mafiya - Bu dəfə 3 milyonluq olimpiada biznesini araşdırdıq11:18 - Azərbaycana yük gətirib, yük aparan ölkələrin siyahısı

14 sentyabr

13:55 - Polşa da müharibəyə cəlb olunur? 13:43 - İranda minlərlə insan ölkənin müdafiəsinə qoşulur13:28 - İrəvan Azərbaycan qazından asılı qalacaq13:25 - Vüsal Şilderin qətli ilə bağlı məhkəmə başladı

09 sentyabr

11:21 - Avropanın yeni sağını kim formalaşdırır: Tramp, Bannon və İsrail detalı gündəmdə - "Milliyet"11:16 - İran F-35-lərin olduğu bazanı vurdu 11:14 - "Paşinyan qorxduğu üçün..." - Zatulindən açıqlama

17 avqust

12:03 - "Türkiyəni satın alaram" deyən iş adamı həbs edildi - Evindən narkotik tapıldı12:00 - Ermənistan Azərbaycana 17 milyon dollar ödədi

13 avqust

17:56 - Avtomobil idxalı kəskin azaldı, qiymətlər isə artdı

10 avqust

19:43 - "Avropa Rusiyadan qaz idxalını artırır" - "Welt am Sonntag"19:37 - "Azərbaycan bizə kömək oldu" - Pezeşkian19:35 - 10 milyon dövriyyəsi olan mərc şəbəkəsi ifşa edildi - VIDEO

03 avqust

11:52 - Kimin evində varsa, varlanacaq - Heç belə qiymətə olmamışdı11:49 - Azərbaycan ən güclü hərbi donanmaya sahib olub - "Forbes"11:46 - Azərbaycan Rusiyadan kibrit idxalını artırıb - Qiymət 21% bahalaşıb

30 iyul

11:35 - Veysəloğlu Şirkətlər Qrupunun sponsorluğu ilə şəhid övladları üçün keçirilən "Zəfər" Amerika Yay Düşərgəsi uğurla başa çadı - FOTOLAR