Məhərrəmliyə qarşı çıxanlara əxlaq dərsi - Hacı Şahindən sərrast cavablar

23 avqust, 2021 00:27

Hacı Şahin Həsənli son günlər Məhərrəm ayı ilə bağlı yaranan mübahisəli məqamlara aydınlıq gətirib.

Azsiyaset.com xəbər verir ki, din xadimi bildirib ki, Kərbala hadisəsi soyqırımdır, Peyğəmbər və onun ailəsinin yer üzündən silinməsini istəyənlərin törətdiyi əməldir:

"Deyirlər ki, min il bundan qabaq iki ərəb döyüşüb, bunun bizə nə dəxli var. Vay-şüvən salmaq nəyə lazımdır? Bəsdir də yaslandıq, qəmləndik bizə sevinc lazımdır. Bəsdir qaragünlüyü təbliğ edib ağlaşma qurdunuz. Bir qrup insanlar bunu deyir. Çox görünsələr də, sayları azdır.

Mən qısa-qısa bunlara cavab verirəm. Əvvəla sən bunun adını niyə vay-şüvən qoyursan, yaxına gəl, oturaq, müzakirə edək. 

İmam Hüseynin əzasında mahnı oxumayacaqsan ki? Dində də buyurulub ki, Hüseynə əza saxla, Peyğəmbər deyib. Necə yəni bu dində yoxdur? Sən zorla deyəcəksən, mən də qəbul edəcəyəm?! Din deyir, hər xalqın öz adət-ənənəsi var. Məsələn, qədim ağılarımız var, onlarda da sinə vurma var. Azərbaycan xalqının əzadarlıq ənənəsidir. Bunu bu şəkildə edir, çox gözəl. Narahat edici nə var? Bu həm də bir həmahənglikdir. Sən buna estetik yöndən bax. Deyir, orduda inancın olması, və yaxud İmam Hüseyn eşqinin bəyan edilməsi təhlükəlidir. Əksinə təhlükələrdən qoruyur. Xüsusi təyinatlı hərbçimiz özü mənə danışırdı ki, biz Şuşa ətrafında 300 nəfər mühasirəyə düşmüşdük, təkbir deyən kimi hamısı qaçdılar. Deyir, Allah rəhmət eləsin Sabirə. Sabirin tənqid elədiyi İslamı mən də tənqid edirəm. Neçə ildir minbərdən deyirəm ki, bunu eləmək olmaz. İmam Hüseyn əzaları ilə bağlı internetdə axtarış verəndə üzü qana bulanmış şəkillər çıxır. Bu məqsədli şəkildə belə edilir. Qurandan da sui istifadə var. Onda Qurandan imtina edək?!".

"İmam Hüseynin şüarlarına baxın, orda bir dənə də olsun ərəbə aid söz yoxdur. İmam Hüseynin sözləri insanlığa, bəşərə aiddir. O deyib ki, öz haqqın üçün yox, gərək haqqın özü üçün çalışasan. Öz haqqından da haqqa görə keçəsən. Bu artıq daha mütərəqqidir. Aşura cinayətkarlığa, zorakılığa qarşı olan bir hadisədir. Pis bir şeydir?! Bizim xalqımız İmam Hüseyn sevgisinə xəyanət etməyib, onu hətta sovet dövründə də yaşadıb və bunun bəhrəsini də görüb", deyə Hacı Şahin Həsənli qeyd edib.

Daha ətraflı videodan izləyə bilərsiniz:

 

07 oktyabr

11:09 - "Neftin qiyməti 200 dollar olacaq" - "Financial Times"11:06 - Azad edilmiş ərazilərimizdə 32 kütləvi məzarlıq tapılıb11:05 - Azərbaycanı təhqir edən hesablar bağlanmalıdır

01 oktyabr

09:52 - Qondarma rejimin "televiziyası" bağlandı09:45 - Sumqayıtda 13 tibb işçisi bir gündə işdən çıxarılıb - Ölkədə ixtisar müəmması davam edir

29 sentyabr

19:07 - Döyüşdə iştirak edən hərbçilərə ikiqat ödəniş müddəası çıxarılır

27 sentyabr

17:24 - "Onun arvadını hamı tanıyır" - Zaxarova17:14 - Azərbaycana qarşı kampaniyaya qoşulan türkiyəli professor üzr istədi17:11 - ABŞ-nin daha bir məxfi silahı İranın əlinə keçdi17:09 - Husilərə görə Ər-Riyadda məktəblər bağlandı

21 sentyabr

13:05 - Veysəloğlu Şirkətlər Qrupu Qarabağda təhsilin inkişafına dəstək verəcək - FOTOLAR11:22 - Təhsildəki mafiya - Bu dəfə 3 milyonluq olimpiada biznesini araşdırdıq11:18 - Azərbaycana yük gətirib, yük aparan ölkələrin siyahısı

14 sentyabr

13:55 - Polşa da müharibəyə cəlb olunur? 13:43 - İranda minlərlə insan ölkənin müdafiəsinə qoşulur13:28 - İrəvan Azərbaycan qazından asılı qalacaq13:25 - Vüsal Şilderin qətli ilə bağlı məhkəmə başladı

09 sentyabr

11:21 - Avropanın yeni sağını kim formalaşdırır: Tramp, Bannon və İsrail detalı gündəmdə - "Milliyet"11:16 - İran F-35-lərin olduğu bazanı vurdu 11:14 - "Paşinyan qorxduğu üçün..." - Zatulindən açıqlama

17 avqust

12:03 - "Türkiyəni satın alaram" deyən iş adamı həbs edildi - Evindən narkotik tapıldı12:00 - Ermənistan Azərbaycana 17 milyon dollar ödədi

13 avqust

17:56 - Avtomobil idxalı kəskin azaldı, qiymətlər isə artdı

10 avqust

19:43 - "Avropa Rusiyadan qaz idxalını artırır" - "Welt am Sonntag"19:37 - "Azərbaycan bizə kömək oldu" - Pezeşkian19:35 - 10 milyon dövriyyəsi olan mərc şəbəkəsi ifşa edildi - VIDEO

03 avqust

11:52 - Kimin evində varsa, varlanacaq - Heç belə qiymətə olmamışdı11:49 - Azərbaycan ən güclü hərbi donanmaya sahib olub - "Forbes"11:46 - Azərbaycan Rusiyadan kibrit idxalını artırıb - Qiymət 21% bahalaşıb

30 iyul

11:35 - Veysəloğlu Şirkətlər Qrupunun sponsorluğu ilə şəhid övladları üçün keçirilən "Zəfər" Amerika Yay Düşərgəsi uğurla başa çadı - FOTOLAR