Erməni zabit Azərbaycan tərəfə keçib?
24 avqust, 2021 00:45
Bazar günü saat 21:00-a yaxın Ermənistan Silahlı Qüvvələrinin baş leytenantı Artur Borisoviç Davidyan yuxarı komandanlığın icazəsi olmadan daimi dislokasiya yerini tərk edib. Bir müddət sonra onunla əlaqə itib.
İlkin məlumata görə, baş leytenant pis görmə şəraitində azıb və Azərbaycan tərəfinə keçib. Bu barədə Ermənistan Müdafiə Nazirliyinin məlumatında deyilir.
Rusiya tərəfinin vasitəçiliyilə hərbi qulluqçunun Azərbaycan tərəfinə keçməsinin təsdiqlənməsi üçün addımlar atılır, məlumatda bildirilir.
Azərbaycan Müdafiə Nazirliyi hələlik bu məlumatı hələlik şərh etmir.