Keçmiş prezident Moskvadakı 13 milyonluq mənzilini müğənniyə satsı - Azərbaycanın keçmiş səfiri ilə qonşu imiş...

25 avqust, 2021 11:18

Qırğızıstanın keçmiş prezidenti Əsgər Akayev bu yaxınlarda ölkəsinə dönməzdən əvvəl Moskvadakı elit mənzilini müğənni Filip Kirkorova satıb.

“Novıy vek” nəşri xəbər verir ki, Akayev Moskvanın mərkəzindəki “Filippovsk” kompleksində yaşayıb. Burada o, ümumi sahəsi 537 kvadratmetr olan ikimərtəbəli penthasu offşor şirkət üzərindən alıb.

Elit yaşayış kompleksi Qoqol bulvarının yaxınlığında, Arbat rayonunda yerləşir. Əsgər Akayevin penthausunun bazar dəyəri təxminən 1 milyard rubldur. Rusiyanın daşınmaz əmlak vahid reyestrində (“Rosreyestr”) göstərilir ki, Filip Kirkorov mənzili 2020-ci il dekabrın 31-də Əsgər Akayevdən alıb. Müğənninin bundan əvvəl həmin yaşayış kompleksində sahəsi 190 və 209 kvadratmetr olmaqla iki mənzili də olub.

Əsgər Akayev “tülpan inqilabı” nəticəsində 2005-ci ildə devriləndən sonra Moskvaya qaçıb və indiyədək orada yaşayırdı. Barəsində axtarış elan edilsə də Rusiya onu ölkənin yeni hakimiyyətinə təhvil verməmişdi. Lakin bu ilin avqustunda Əsgər Akayev gözlənilmədən Bişkekə gedib və Qırğızıstanda Kumtor qızıl yatağı ilə bağlı korrupsiya ittihamları üzrə dindirilib. Əsgər Akayev korrupsiya ittihamlarını rədd edir, amma hər halda Moskvada 13 milyon dollara penthaus almağa pul tapmışdı.

İndiki hakimiyyət Akayevin təhlükəsizliyinə və məhkəmə təqiblərindən immunitetinə təminat verib. İfadə verəndən sonra o, Moskvaya qayıdıb, amma müstəntiqlər tələb etsə yenidən Bişkekə qayıda bilər.

Əsgər Akayevin mənzilini satması ilə bağlı bəzi versiyalar irəli sürülür. İddia edilir ki, Akayev ola bilsin təhlükəsizlik təminatına tam inanmayıb və aktivlərini uşaqlarının adına keçirib. Yaxud Kirkorov ola bilsin mənzilin nominal sahibidir. Digər versiyaya görə Akayev Bişkekə uçub tez də geri qayıtdığına görə, ola bilsin mənzilin satışından əldə etdiyi pulu təhlükəsizlik təminatına görə ödəyib. Əsgər Akayev Filip Kirkorovla daha əvvəldən tanış idi. Rusiyalı müğənni vaxtilə onun oğlu ilə Qazaxıstan prezidenti Nursultan Nazarbayevin qızının toyunda oxumuşdu.

“Filippovsk” kompleksində müğənninin keçmiş arvadı Alla Puqaçovanın da mənzili var. Habelə orada Azərbaycanın Rusiyadakı keçmiş səfiri Ramiz Rzayevin, keçmiş sənaye nazirinin müavini Andrey Reusun, təbii ehtiyatlar nazirinin keçmiş müavini Vladimir Enqelsberqin və Federasiya Şurasının sədrinin oğlu Sergey Matviyenkonun  da mənzillərinin olduğu bildirilir.

Azərbaycanın Rusiyadakı keçmiş səfiri Ramiz Rizayev 1939-cu il noyabrın 2-də Naxçıvan şəhərində anadan olub. O, Azərbaycan Dövlət Universitetinin kimya fakültəsini bitirib. R.Rizayev “Neft və neft-kimya sintezi” ixtisası üzrə doktorluq dissertasiyasını müdafiə edib. 1983-cü ildə AMEA-nın müxbir üzvü seçilib. 2001-ci ildən AMEA-nın həqiqi üzvüdür. 1993-cü il iyulun 3-də Ramiz Rizayev Rusiyada  səfir təyin edilib. 2005-ci ildə vəzifəsindən geri cağırılıb(virtualaz.org).

07 oktyabr

11:09 - "Neftin qiyməti 200 dollar olacaq" - "Financial Times"11:06 - Azad edilmiş ərazilərimizdə 32 kütləvi məzarlıq tapılıb11:05 - Azərbaycanı təhqir edən hesablar bağlanmalıdır

01 oktyabr

09:52 - Qondarma rejimin "televiziyası" bağlandı09:45 - Sumqayıtda 13 tibb işçisi bir gündə işdən çıxarılıb - Ölkədə ixtisar müəmması davam edir

29 sentyabr

19:07 - Döyüşdə iştirak edən hərbçilərə ikiqat ödəniş müddəası çıxarılır

27 sentyabr

17:24 - "Onun arvadını hamı tanıyır" - Zaxarova17:14 - Azərbaycana qarşı kampaniyaya qoşulan türkiyəli professor üzr istədi17:11 - ABŞ-nin daha bir məxfi silahı İranın əlinə keçdi17:09 - Husilərə görə Ər-Riyadda məktəblər bağlandı

21 sentyabr

13:05 - Veysəloğlu Şirkətlər Qrupu Qarabağda təhsilin inkişafına dəstək verəcək - FOTOLAR11:22 - Təhsildəki mafiya - Bu dəfə 3 milyonluq olimpiada biznesini araşdırdıq11:18 - Azərbaycana yük gətirib, yük aparan ölkələrin siyahısı

14 sentyabr

13:55 - Polşa da müharibəyə cəlb olunur? 13:43 - İranda minlərlə insan ölkənin müdafiəsinə qoşulur13:28 - İrəvan Azərbaycan qazından asılı qalacaq13:25 - Vüsal Şilderin qətli ilə bağlı məhkəmə başladı

09 sentyabr

11:21 - Avropanın yeni sağını kim formalaşdırır: Tramp, Bannon və İsrail detalı gündəmdə - "Milliyet"11:16 - İran F-35-lərin olduğu bazanı vurdu 11:14 - "Paşinyan qorxduğu üçün..." - Zatulindən açıqlama

17 avqust

12:03 - "Türkiyəni satın alaram" deyən iş adamı həbs edildi - Evindən narkotik tapıldı12:00 - Ermənistan Azərbaycana 17 milyon dollar ödədi

13 avqust

17:56 - Avtomobil idxalı kəskin azaldı, qiymətlər isə artdı

10 avqust

19:43 - "Avropa Rusiyadan qaz idxalını artırır" - "Welt am Sonntag"19:37 - "Azərbaycan bizə kömək oldu" - Pezeşkian19:35 - 10 milyon dövriyyəsi olan mərc şəbəkəsi ifşa edildi - VIDEO

03 avqust

11:52 - Kimin evində varsa, varlanacaq - Heç belə qiymətə olmamışdı11:49 - Azərbaycan ən güclü hərbi donanmaya sahib olub - "Forbes"11:46 - Azərbaycan Rusiyadan kibrit idxalını artırıb - Qiymət 21% bahalaşıb

30 iyul

11:35 - Veysəloğlu Şirkətlər Qrupunun sponsorluğu ilə şəhid övladları üçün keçirilən "Zəfər" Amerika Yay Düşərgəsi uğurla başa çadı - FOTOLAR