Qadınları "patı" satmağa kim məcbur edir? - AÇIQLAMA

25 avqust, 2021 18:41

Son zamanlar narkotik istifadəçilərinin sayı artmaqda davam edir. Hətta sosial şəbəkələrdə bu vasitələrdən istifadənin açıq şəkildə təbliğ olunduğunu müşahidə edirik. Polis narkotacirlərə qarşı mübarizənin genişləndirsə də, onların əl-qolunu tamamilə bağlamaq mümkün olmayıb. Təəssüf doğuran başqa bir məqam isə narkotacirlərin arasında həm də qadınların olmasıdır.

Qadınları "patı" satmağa kim məcbur edir?

Onlar məcburiyyətdən, bu yola düşüblər, yoxsa diqqəti yayındırmaq üçün qadınları bu işə cəlb ediblər?

“Təmiz Dünya” Qadınlara Yardım İctimai Birliyinin sədri Mehriban Zeynalova yenisabah.az-a açıqlamasında deyib ki, qadınlar həyatlarını yaxşılaşdırmaq üçün tələyə düşürlər:

“Ümumiyyətlə cəmiyyətdə, dünyada rifah halı, imkanlar, yeniliklər çoxaldıqca qadınların bunlara marağı daha da artır. Onların bir çoxunun övladı var, bəzilərinin isə yoxdur. Onlar övladlarının və ya özlərinin həyatını yaxşılaşdırmaq üçün bunu asan yol hesab edirlər. Bir növ sanki onlar tələyə düşürlər”.

M.Zeynalovanın fikrincə, onlar öz ehtiyaclarını ödəmək üçün "patı" satış ilə məşğul olurlar:

“Onların özləri asılı vəziyyətinə düşürlər. Ona görə də satışla məşğul olurlar ki, öz ehtiyaclarını ödəsinlər. Bu həm də sosial-psixoloji vəziyyətdir. Təkcə cinayət məsələsi deyil”.

Mehriban Zeynalovanın sözlərinə görə, onlar aldatma, cəlbetmə mexanizmlərinə inanaraq bu işə başlayırlar:

“Qadınları müxtəlif yollarla satışa cəlb edə bilirlər. Cəmiyyətdə cəlbetmə, aldatma, təsir altına almaq, şantaj etmək mexanizmlərindən istifadə edilir. Kiminsə asılılığı varsa, şantaj edərək satışa məcbur edirlər.

Bu dərman arıqlama adıyla da satılır. Ola bilər ki, onların özləri də arıqlamaq eşqi ilə bu dərmandan istifadə ediblər. Daha sonra asılılıq yaranıb. Bununla yanaşı kimlərsə rifahını düzəltmək, problemlərini həll etmək üçün bu yola əl atıb”.

07 oktyabr

11:09 - "Neftin qiyməti 200 dollar olacaq" - "Financial Times"11:06 - Azad edilmiş ərazilərimizdə 32 kütləvi məzarlıq tapılıb11:05 - Azərbaycanı təhqir edən hesablar bağlanmalıdır

01 oktyabr

09:52 - Qondarma rejimin "televiziyası" bağlandı09:45 - Sumqayıtda 13 tibb işçisi bir gündə işdən çıxarılıb - Ölkədə ixtisar müəmması davam edir

29 sentyabr

19:07 - Döyüşdə iştirak edən hərbçilərə ikiqat ödəniş müddəası çıxarılır

27 sentyabr

17:24 - "Onun arvadını hamı tanıyır" - Zaxarova17:14 - Azərbaycana qarşı kampaniyaya qoşulan türkiyəli professor üzr istədi17:11 - ABŞ-nin daha bir məxfi silahı İranın əlinə keçdi17:09 - Husilərə görə Ər-Riyadda məktəblər bağlandı

21 sentyabr

13:05 - Veysəloğlu Şirkətlər Qrupu Qarabağda təhsilin inkişafına dəstək verəcək - FOTOLAR11:22 - Təhsildəki mafiya - Bu dəfə 3 milyonluq olimpiada biznesini araşdırdıq11:18 - Azərbaycana yük gətirib, yük aparan ölkələrin siyahısı

14 sentyabr

13:55 - Polşa da müharibəyə cəlb olunur? 13:43 - İranda minlərlə insan ölkənin müdafiəsinə qoşulur13:28 - İrəvan Azərbaycan qazından asılı qalacaq13:25 - Vüsal Şilderin qətli ilə bağlı məhkəmə başladı

09 sentyabr

11:21 - Avropanın yeni sağını kim formalaşdırır: Tramp, Bannon və İsrail detalı gündəmdə - "Milliyet"11:16 - İran F-35-lərin olduğu bazanı vurdu 11:14 - "Paşinyan qorxduğu üçün..." - Zatulindən açıqlama

17 avqust

12:03 - "Türkiyəni satın alaram" deyən iş adamı həbs edildi - Evindən narkotik tapıldı12:00 - Ermənistan Azərbaycana 17 milyon dollar ödədi

13 avqust

17:56 - Avtomobil idxalı kəskin azaldı, qiymətlər isə artdı

10 avqust

19:43 - "Avropa Rusiyadan qaz idxalını artırır" - "Welt am Sonntag"19:37 - "Azərbaycan bizə kömək oldu" - Pezeşkian19:35 - 10 milyon dövriyyəsi olan mərc şəbəkəsi ifşa edildi - VIDEO

03 avqust

11:52 - Kimin evində varsa, varlanacaq - Heç belə qiymətə olmamışdı11:49 - Azərbaycan ən güclü hərbi donanmaya sahib olub - "Forbes"11:46 - Azərbaycan Rusiyadan kibrit idxalını artırıb - Qiymət 21% bahalaşıb

30 iyul

11:35 - Veysəloğlu Şirkətlər Qrupunun sponsorluğu ilə şəhid övladları üçün keçirilən "Zəfər" Amerika Yay Düşərgəsi uğurla başa çadı - FOTOLAR