Fərhad Mollazadə dövlətə vurduğu ziyanın 2,3 milyonunu ödədi, evə buraxıldı

25 avqust, 2021 18:44

Azərbaycan Xarici İşlər Nazirliyinin (XİN) İşlər idarəsinin sabiq müdiri Fərhad Mollazadə və İşlər idarəsinin Təsərrüfat şöbəsinin müdiri Səlim Əlizadənin cinayət işi üzrə məhkəmə iclası keçirilib.

"Azsiyaset" xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Əfqan Hacıyevin sədrliyi ilə baş tutan prosesdə şahidlər dindirilib.

Şahid Alim Babayev bildirib ki, təqsirləndirilən şəxsləri tanımır:

"Tanışlarım Şəmsi və Rzanın göstərişləri ilə "Günay Bank"dan müəyyən məbləğdə pulları çıxarıb "Amrahbank"a apararaq Rövşən adlı şəxsə verirdim. Ümumilikdə 2-3 min manat pulu Rövşənə vermişəm və bu məbləğdən özümə heç nə götürməmişəm".

Daha sonra hal şahidi kimi Rəhman Aslanov dindirilib. O qeyd edib ki, Fərhad Mollazadəni tanıyır: "Əməliyyat zamanı F.Mollazadənin cibindən və otağındakı seyfdən pullar çıxdı. Cibindən təxminən 2 min dollar, seyfdən isə 10 min manata yaxın pul götürüldü. Axtarış zamanı otaqdan ev sənədləri də çıxdı".

Daha sonra şahid Elgün İsmayılov dindirilib. O, Fərhad Mollazadə və Səlim Əlizadəni tanımadığını bildirib:

"Mən Vüqar adlı şəxsin yanında avtoservisdə usta köməkçisi işləyirdim. O dedi ki, təzə bir avtoservis açıb səni ora usta qoyacağıq. Bildirdi ki, avtoservis açmaq üçün əvvəlcə mənim adıma iki MMC açılmalıdır. Mən də razılaşdım. Lakin nə tenderlərdən, nə də pullardan xəbərim olmayıb. Sonra da Vüqar usta vəfat etdi".

Şahidlər dindirildikdən sonra hakim XİN-in nümayəndəsinə söz verib. Nümayəndə qeyd edib ki, XİN-in tələbi dəymiş ziyanın ödənilməsidir: "Dəymiş ziyanın ümumi məbləği 2 543 173 manatdır. Bu məbləğin 2 300 000 manatı Fərhad Mollazadə tərəfindən ödənilib. Hazırda 243 173 manat ödənilməmiş olaraq qalır".

Hakim Əfqan Hacıyev təklif edib ki, yerdə qalan məbləği Səlim Əlizadə ödəsin.

Məhkəmə prosesi avqustun 31-də davam etdiriləcək.

Qeyd edək ki, ittihama görə, F.Mollazadə S.Əlizadə və digərləri ilə əlbir olub çoxsaylı şirkətlər vasitəsi ilə nazirlik üçün hədiyyələr, dəftərxana ləvazimatları, suvenirlər və s. alınması məqsədi ilə ümumilikdə 2 543 173 manat vəsaiti mənimsəyiblər. Bu mənimsəmə tenderlərdə süni şəkildə qalib olma yolu ilə həyata keçirilib.

Prokuror təqsirləndirilən şəxslər barəsində Cinayət Məcəlləsinin 179.4 (xüsusilə külli miqdarda mənimsəmə), 308-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə etmə) maddələri ilə ittiham elan edib.
İş üzrə zərərçəkmiş qismində Xarici İşlər Nazirliyi də tanınıb.

Xatırladaq ki, XİN-in sabiq işçiləri Dövlət Təhlükəsizliyi Xidməti (DTX) tərəfindən aparılan cinayət işi üzrə saxlanılıblar. Keçirilən əməliyyat nəticəsində XİN-in İşlər idarəsinin müdiri, Nazirliyin Tender Komissiyasının sədri Fərhad Mollazadə, İşlər idarəsinin Təsərrüfat şöbəsinin müdiri Səlim Əlizadə tərəfindən çoxsaylı qanunsuz əməllərə yol vermələrinə əsaslı şübhələr müəyyən edilərək həbs olunublar.

26 dekabr 2020-ci ildə hər iki şəxs barəsində həbs qətimkan tədbiri ləğv olunub və onlar ev dustaqlığına buraxılıblar.

07 oktyabr

11:09 - "Neftin qiyməti 200 dollar olacaq" - "Financial Times"11:06 - Azad edilmiş ərazilərimizdə 32 kütləvi məzarlıq tapılıb11:05 - Azərbaycanı təhqir edən hesablar bağlanmalıdır

01 oktyabr

09:52 - Qondarma rejimin "televiziyası" bağlandı09:45 - Sumqayıtda 13 tibb işçisi bir gündə işdən çıxarılıb - Ölkədə ixtisar müəmması davam edir

29 sentyabr

19:07 - Döyüşdə iştirak edən hərbçilərə ikiqat ödəniş müddəası çıxarılır

27 sentyabr

17:24 - "Onun arvadını hamı tanıyır" - Zaxarova17:14 - Azərbaycana qarşı kampaniyaya qoşulan türkiyəli professor üzr istədi17:11 - ABŞ-nin daha bir məxfi silahı İranın əlinə keçdi17:09 - Husilərə görə Ər-Riyadda məktəblər bağlandı

21 sentyabr

13:05 - Veysəloğlu Şirkətlər Qrupu Qarabağda təhsilin inkişafına dəstək verəcək - FOTOLAR11:22 - Təhsildəki mafiya - Bu dəfə 3 milyonluq olimpiada biznesini araşdırdıq11:18 - Azərbaycana yük gətirib, yük aparan ölkələrin siyahısı

14 sentyabr

13:55 - Polşa da müharibəyə cəlb olunur? 13:43 - İranda minlərlə insan ölkənin müdafiəsinə qoşulur13:28 - İrəvan Azərbaycan qazından asılı qalacaq13:25 - Vüsal Şilderin qətli ilə bağlı məhkəmə başladı

09 sentyabr

11:21 - Avropanın yeni sağını kim formalaşdırır: Tramp, Bannon və İsrail detalı gündəmdə - "Milliyet"11:16 - İran F-35-lərin olduğu bazanı vurdu 11:14 - "Paşinyan qorxduğu üçün..." - Zatulindən açıqlama

17 avqust

12:03 - "Türkiyəni satın alaram" deyən iş adamı həbs edildi - Evindən narkotik tapıldı12:00 - Ermənistan Azərbaycana 17 milyon dollar ödədi

13 avqust

17:56 - Avtomobil idxalı kəskin azaldı, qiymətlər isə artdı

10 avqust

19:43 - "Avropa Rusiyadan qaz idxalını artırır" - "Welt am Sonntag"19:37 - "Azərbaycan bizə kömək oldu" - Pezeşkian19:35 - 10 milyon dövriyyəsi olan mərc şəbəkəsi ifşa edildi - VIDEO

03 avqust

11:52 - Kimin evində varsa, varlanacaq - Heç belə qiymətə olmamışdı11:49 - Azərbaycan ən güclü hərbi donanmaya sahib olub - "Forbes"11:46 - Azərbaycan Rusiyadan kibrit idxalını artırıb - Qiymət 21% bahalaşıb

30 iyul

11:35 - Veysəloğlu Şirkətlər Qrupunun sponsorluğu ilə şəhid övladları üçün keçirilən "Zəfər" Amerika Yay Düşərgəsi uğurla başa çadı - FOTOLAR