Transformator monopolistinin fantastik vergi borcu - Şirkət rəhbəri Səfər Mehdiyevə yaxın şəxsdir

26 avqust, 2021 13:11

“ATEF” Şirkətlər Qrupunun 5.5 milyonluq vergi borcu nədən yaranıb?

Azərbaycanın ən böyük transformatorlar zavodu və ölkənin transformator monopolisti kimi tanınan “ATEF Şirkətlər Qrupu” MMC-nin dövlətə külli miqdarda vergi borcu yaranıb.

Azsiyaset.com azpolitika.info-ya istinadla xəbər verir ki, bu barədə qtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin məlumat bazasındakı məlumatlar yer alıb. Bildirilir ki, sözügedən şirkətin 5 milyon 574 min 603 manat vergi borcu var. 

Qeyd edək ki, “ATEF Şirkətlər Qrupu” MMC-nin nizamnamə kapitalı 33 milyon 892 min 585 manatdır.

Azərbaycanın iqtisadi reallıqları nəzərə alındıqda, bu məbləğdə vergi borcunun yaranması təsadüfi, yaxud təsərrüfat fəaliyyəti çərçivəsindəki maliyyə-uçot münasibətlərinin adi nəticəsi ola bilməz.

Belə ki, 5.5 milyon manatlıq vergi borcunun əsasən vergi orqanının apardığı kameral vergi yoxlaması nəticəsində hesablandığı bildirilir. Bu da şirkətin fəaliyyətindəki maliyyə pozuntularından və böyük məbləğdə vergidən yayınma cəhdindən xəbər verir.

Onu da qeyd edək ki, bundan əvvəl də ölkənin ən böyük transformator istehsalçısının dövlət qurumları ilə ciddi maliyyə problemləri olub. Belə ki, son illərdə Maliyyə Bazarlarına Nəzarət Palatası “ATEF Şirkətlər Qrupu” MMC-ni dəfələrlə cərimələyib. 

Şirkətlər qrupu İnzibati Xətalar Məcəlləsinin 430.4-cü (Avans yolu ilə ödənilmiş valyuta vəsaitinin müqabilində müəyyən edilmiş müddətlərdə müvafiq mallar idxal edilmədikdə, işlər görülmədikdə və ya xidmətlər göstərilmədikdə ödənilmiş valyuta vəsaitinin xaricdən geri qaytarılmaması) maddəsi ilə nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinib. 

Bu isə o deməkdir ki, avans yolu ilə ölkədən çıxarılmış valyutanın əvəzində ölkəyə heç nə idxal olunmayıb və bu hallara “ATEF” tərəfindən tez-tez yol verilib. Bu “əməliyyat” adətən ölkədən valyuta çıxarılması üsullarından biri kimi qəbul olunur.

Onu da qeyd edək ki, sözügedən şirkət tez-tez dövlət qurumlarının keçirdikləri satınalmaların, tenderlərin qalibi olur və hətta onun Qarbağın işğal olunmuş ərazilərinin bərpası işlərinə də cəlb olunduğu bildirilir.

Məlumat üçün bildirək ki, “ATEF” 1961-ci ildən fəaliyyət göstərən Bakı Mayesiz Transformatorlar Zavodunun bazasında yaradılıb. Şirkət 1998-ci ildə özəlləşdirilib. Şirkətin Əmircan qəsəbəsində Bakı Yağ Transformatorları Zavodu var.

2005-ci ildə Qaraçuxur qəsəbəsində şirkətə aid olan bir transformatorlar və elektrotexniki avadanlıqlar zavodu, 2011-ci ildə isə Hövsan qəsəbəsində Metal Konstruksiya Zavodu açılıb.

“ATEF Şirkətlər Qrupu”nun Müşahidə Şurasının sədri Əlixanbəyov Talıb Həsən oğludur. Bəzi mətbu orqanlar tərəfindən Dövlət Gömrük Komitəsinin sədri Səfər Mehdiyevə yaxın şəxs kimi qələmə verilən bu iş adamı eyni zamanda hakim Yeni Azərbaycan Partiyasının Suraxanı rayon təşkilatınının İdarə Heyətinin üzvüdür. Talıb Əlixanbəyovun oğlu Azər Əlixanbəyov isə sonuncu parlament seçkisində 32 saylı Suraxanı Üçüncü Seçki Dairəsindən deputatlığa namizədliyini irəli sürmüşdü.

07 oktyabr

11:09 - "Neftin qiyməti 200 dollar olacaq" - "Financial Times"11:06 - Azad edilmiş ərazilərimizdə 32 kütləvi məzarlıq tapılıb11:05 - Azərbaycanı təhqir edən hesablar bağlanmalıdır

01 oktyabr

09:52 - Qondarma rejimin "televiziyası" bağlandı09:45 - Sumqayıtda 13 tibb işçisi bir gündə işdən çıxarılıb - Ölkədə ixtisar müəmması davam edir

29 sentyabr

19:07 - Döyüşdə iştirak edən hərbçilərə ikiqat ödəniş müddəası çıxarılır

27 sentyabr

17:24 - "Onun arvadını hamı tanıyır" - Zaxarova17:14 - Azərbaycana qarşı kampaniyaya qoşulan türkiyəli professor üzr istədi17:11 - ABŞ-nin daha bir məxfi silahı İranın əlinə keçdi17:09 - Husilərə görə Ər-Riyadda məktəblər bağlandı

21 sentyabr

13:05 - Veysəloğlu Şirkətlər Qrupu Qarabağda təhsilin inkişafına dəstək verəcək - FOTOLAR11:22 - Təhsildəki mafiya - Bu dəfə 3 milyonluq olimpiada biznesini araşdırdıq11:18 - Azərbaycana yük gətirib, yük aparan ölkələrin siyahısı

14 sentyabr

13:55 - Polşa da müharibəyə cəlb olunur? 13:43 - İranda minlərlə insan ölkənin müdafiəsinə qoşulur13:28 - İrəvan Azərbaycan qazından asılı qalacaq13:25 - Vüsal Şilderin qətli ilə bağlı məhkəmə başladı

09 sentyabr

11:21 - Avropanın yeni sağını kim formalaşdırır: Tramp, Bannon və İsrail detalı gündəmdə - "Milliyet"11:16 - İran F-35-lərin olduğu bazanı vurdu 11:14 - "Paşinyan qorxduğu üçün..." - Zatulindən açıqlama

17 avqust

12:03 - "Türkiyəni satın alaram" deyən iş adamı həbs edildi - Evindən narkotik tapıldı12:00 - Ermənistan Azərbaycana 17 milyon dollar ödədi

13 avqust

17:56 - Avtomobil idxalı kəskin azaldı, qiymətlər isə artdı

10 avqust

19:43 - "Avropa Rusiyadan qaz idxalını artırır" - "Welt am Sonntag"19:37 - "Azərbaycan bizə kömək oldu" - Pezeşkian19:35 - 10 milyon dövriyyəsi olan mərc şəbəkəsi ifşa edildi - VIDEO

03 avqust

11:52 - Kimin evində varsa, varlanacaq - Heç belə qiymətə olmamışdı11:49 - Azərbaycan ən güclü hərbi donanmaya sahib olub - "Forbes"11:46 - Azərbaycan Rusiyadan kibrit idxalını artırıb - Qiymət 21% bahalaşıb

30 iyul

11:35 - Veysəloğlu Şirkətlər Qrupunun sponsorluğu ilə şəhid övladları üçün keçirilən "Zəfər" Amerika Yay Düşərgəsi uğurla başa çadı - FOTOLAR