Azərbaycandakı əcnəbilərə vaksin vurulmur: pasportu necə alsınlar? - PROBLEM

27 avqust, 2021 13:45

Sentyabrın 1-dən pandemiya ilə bağlı Azərbaycanda tətbiq ediləcək yeni qadağalara görə poliklinikalar qarşısında vaksin vurdurmaq istəyənlərin axını müşahidə olunur. Lakin ölkə ərazisində yaşayan əcnəbilər vaksinasiya prosesindən kənarda saxlanılır. Belə ki, tələb olunan qaydaya əsasən Azərbaycanda yalnız müvəqqəti və ya daimi yaşama icazəsi olan şəxslər vaksin vurdura bilərlər. Digər miqrantlar üçün isə belə bir qayda nəzərdə tutulmayıb. Bununla bağlı narazılıqlarını ifadə edən əcnəbilər bildirirlər ki, onlar hansı tibb məntəqəsinə yaxınlaşsalar da, peyvənd vurdura bilmirlər. Bu baxımdan özlərini təhlükədə hiss edirlər və növbəti mərhələdə tətbiq olunacaq qadağaları (restoran, mehmanxana, ictimai iaşə obyektlərinə və digər yerlərə yalnız COVID-19 pasportu əsasında giriş-çıxış) necə dəf edəcəklərini düşünürlər.

Sözügedən problem yoluxmanın sürətlə artdığı bu günlərdə həm əcnəbilərin özü, həm də ətrafdakı insanlar üçün ciddi təhlükə mənbəyidir.

Bəs sərhədlər bağlı olduğu üçün ölkədə qalan digər əcnəbilər nə etməlidirlər? Nə üçün bütün miqrantların vaksinasiya olunmasına icazə verilmir?

Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyindən (TƏBİB) Bakupost.az -a bildirildi ki, yalnız Azərbaycanda yaşamaq üçün 5 illik və ya işləmək üçün 1 illik icazəsi olan şəxslər vaksinasiyadan keçə bilərlər:

“Bu qaydalar Nazirlər Kabineti tərəfindən qəbul edilir. Onlarla dəqiqləşdirmək lazımdır”.

İcbari Tibbi Sığorta Agentliyi məsələnin onlarla əlaqəli olmadığını qeyd edib:

“İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi “COVID-19 vaksin randevu” adlı elektron xidmətin istifadəsi ilə bağlı olan məsələlərə cavabdehdir. Bakı şəhəri üzrə vaksinasiya prosesini Səhiyyə Nazirliyi, digər şəhər və rayonlarda isə Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi həyata keçirir”.

Səhiyyə Nazirliyinin məlumatında isə qeyd edilir ki, bu gün ölkəmizdə rəsmi qeydiyyatda olan əcnəbilər Azərbaycanda “COVID-19 xəstəliyi əleyhinə 2021-2022-ci illər üçün Vaksinasiya Strategiyası”nda nəzərdə tutulan kateqoriyaya aid olduqları halda onların peyvənd olunmasında heç bir problem yoxdur:

"Azərbaycanda iş icazəsi əsasında, eləcə də müvəqqəti və daimi yaşama əsasında icazəsi olanlar ərazi üzrə qeydiyyatda olduqları poliklinikalara müraciət edərək vaksin edilə bilərlər. Bunun üçün xarici ölkə vətəndaşı kimliyini təsdiq edən və Azərbaycanda müvəqqəti yaşama icazəsi olduğu sənədi poliklinikaya təqdim etməklə COVID-19 əleyhinə peyvənd edilə bilərlər".

Göründüyü kimi, açıqlamaların heç birində icazəsiz yaşayan əcnəbilərin vaksinasiyası ilə bağlı məlumat yoxdur.

Məsələ ilə bağlı Bakupost.az -a danışan Dövlət Miqrasiya Xidməti (DMX) yanında İctimai Şuranın sədri Azər Allahverənov hazırda bu istiqamətdə müzakirələrin aparıldığını deyib:

“Onsuz da dövlətlər peyvədlərin azlığından əziyyət çəkirlər və öz vətəndaşlarına çatdıra bilmirlər. Yalnız bir sıra inkişaf etmiş dövlətlərin vaksin sayları ilə bağlı problemləri yoxdur. Amma böyük əksəriyyətində yerli əhaliyə peyvənd çatmadığına görə bu kimi hallar yaşanılır. Bu prinsipdən irəli gələrək daha çox üstünlük yerli əhaliyə, ölkə ərazisində qalan müvəqqəti və ya daimi yaşama icazəsi olan əcnəbilərə verilir. Bu artıq dünyada qəbul olunmuş bir qaydadır”.

A. Allahverənov vurğulayıb ki, problemin həlli ilə bağlı beynəlxalq praktikada 2 yol var:

“Birincisi, həmin ölkənin səfirliyi vasitəsi ilə peyvəndlənmə həyata keçirilə bilər. Yəni konkret olaraq, söhbət Gürcüstan vətəndaşlarından gedirsə, səfirlik həmin şəxslərin peyvəndlənmə işini həyata keçirə, prosesə başlaya bilər. Təbii ki, öz dövləti bu kimi məsələlərdə səfirliyə dəstək göstərməlidir.

İkincisi, daha geniş şəkildə başqa ölkələrdə tətbiq olunur. Məsələn, diaspor təşkilatları vasitəsi ilə peyvəndlənmə həyata keçirilə bilər. Bu isə nisbətən imkanı geniş olan diaspor təşkilatları vasitəsi ilə baş verən prosesdir. Nəzərə alsaq ki, bu gün Gürcüstanın diaspor təşkilatları yoxdur, ən yaxşı halda səfirlik vasitəsi ilə onlara dəstək oluna bilər.

DMX-ə gəldikdə isə, Miqrasiya xidməti yalnız müvəqqəti və daimi yaşama icazəsi olan şəxslərin peyvəndlənməsi ilə bağlı zəruri tədbirlər həyata keçirir. Təəssüflər olsun ki, digər qisimdə olan insanların peyvəndlənməsində DMX müvafiq dəstək göstərə bilmir. Amma bununla belə, aidiyyəti üzrə müəyyən danışıqlar aparılır. Biz də ictimai şura olaraq aidiyyəti strukturlar qarşısında bu məsələni qaldırmışıq. Təəssüflər olsun ki, ölkədə yaranan peyvənd azlığı və s. məsələlər tək Azərbaycanda deyil, digər ölkələrdə də bu kimi problemlərin həll olunmamasına səbəb olur.

Məsələn, bu yaxınlarda Türkiyədə olarkən çalışdım ki, orada vaksin olunam. Amma alınmadı. Çünki oturum iznim yox idi. Təbii ki, belə bir vəziyyətdə müvafiq qurumları günahlandırmaq olmaz.

Azərbaycanda vaksin müxtəlif ölkələrdən mərhələli şəkildə gətirilir. Hələlik onun sayı imkan vermir ki, sərhədlərin bağlanması nəticəsində ölkə ərazisində ilişib qalan onminlərlə miqrant da müvafiq qayda da peyvəndlənsin. Amma ümumi olaraq, məsələ tam nəzarətdədir. Beynəlxalq təşkilatlarla danışıqlar aparılır, müzakirələr edilir. Mən özüm də bu məsələni dəfələrlə çıxışlarımda bildirmişəm. Çalışmışam ki bu məsələyə diqqət çəkim. Amma hələlik həmin şəxslərlə bağlı müsbət qərar verilməyib”.

Millət vəkili Fazil Mustafa isə qeyd edib ki, bununla bağlı ciddi işlər görülməlidir:

“Bu məsələni aidiyyəti qurumlar qarşısında dəfələrlə qaldırmışam. Elələri var, yol bağlanıb, geri qayıda bilmirlər. Bunların siyahısı çıxarılıb, tibb məntəqəsində vaksinasiyası olunmasını təmin etmək lazımdır. Birinci növbədə statistika baxımından problem həll edilməlidir. Yəni, dəqiq müəyyən olunsun ki, kimlər qeydiyyatdan keçə bilər. Bununla bağlı insanlara geniş, əlçatan formada informasiya verilməlidir. Çünki çox adam bundan xəbərsizdir. İnsanlar müraciət etdikdə isə onları get-gələ salırlar.

Bu məsələdə əsas əziyyət çəkənlər Gürcüstandan olan soydaşlarımızdır. Azərbaycan əsilli qardaşlarımızın, soydaşlarımızın problemini Azərbaycan dövləti həll etməyə çalışmalıdır. Bu həm də bizim borcumuzdur. Onlara sırf əcnəbi statusu ilə yanaşmağımız doğru deyil, kömək etməliyik.

Bəziləri ümumiyyətlə, Gürcüstan vətəndaşı olsalar da, faktiki olaraq Azərbaycanda yaşayırlar və Azərbaycan vətəndaşı kimi fəaliyyət göstərirlər. Onlar nə etsinlər? Artıq illərdir, evləri-eşikləri buradadır, onlara vaksin vurulmur ki, bəs portalda adınız çıxmır. Müvəqqəti yaşamaq hüququ barədə sənəd tələb edirlər. Çoxunda da bu sənəd yoxdur. Faktiki Azərbaycanda yaşayan Gürcüstan vətəndaşı olan soydaşlarımıza vaksin vurulmalıdır. Onlar bizim qanımızdan, canımızdan deyilmi? Bəlkə, onları xəstəxanaya müalicəyə də götürməyək? Bu nə duyarsızlıqdır? Düşünürəm ki, çox ciddi bir məsələdir. Müvafiq qurumlar dərhal reaksiya verməli, tədbir görməlidirlər”(bakupost.az).

25 iyun

19:16 - "ABŞ memorandumun iki bəndini pozub" - İran

19 iyun

11:29 - "Veysəloğlu" nümayəndə heyəti "Şölen"in Qaziantepdəki yeni zavodunun açılışında iştirak edib

16 iyun

17:17 - Veysəloğlu Şirkətlər Qrupu "Süni Zəka Dövründə Liderlik" mövzusunda forum keçirib - FOTOLAR

12 iyun

14:14 - Veysəloğlu Şirkətlər Qrupu AYİB-in 35-ci İllik Toplantısı və Biznes Forumunda təmsil olunub - FOTO

06 iyun

19:24 - "Ermənistan Rusiyasız mövcud ola bilməz" - Samvel Ayvazyan19:20 - "Azərbaycanda sülh sazişi imazalanmalı, Türkiyə ilə sərhəd açılmalıdır"19:17 - Azərbaycanda bank rəhbərləri nə qədər qazanır: İllik 20 milyonu keçir - SİYAHI19:15 - Paşinyanın partiyası seçkilərdə qalib gəldi

30 may

13:27 - Neft bazarında kəskin eniş - Bakı neftinin qiyməti belə dəyişdi13:23 - İranın Trampdan tələb etdiyi şərt..13:20 - Rusiyanın Ermənistandakı səfiri Moskvaya çağırıldı

18 may

19:12 - "Araz" supermarketlər şəbəkəsi yeni nəsil Tədarükçü Əməkdaşlıq Platformasını təqdim edib - FOTOLAR

16 may

18:42 - Azərbaycanın neft ixrac etdiyi ölkələr - SİYAHI18:37 - Avropa texnologiyaları gizli yollarla Rusiyaya ötürülüb?18:31 - Prezident WUF13-də çıxış edir - VİDEO/FOTOLAR

12 may

14:15 - "Azərbaycanla zəifləyən mədəni əlaqələri yenidən canlandırmağın vaxtıdır" - Rusiya XİN14:13 - Anklavlarla bağlı bir neçə variant nəzərdən keçirilir14:12 - Azərbaycan iqtisadiyyatı cüzi böyüdü14:10 - Veysəloğlu Şirkətlər Qrupunun rəhbər heyəti Fəxri xiyabanda Ümummilli Liderin xatirəsini anıb - FOTOLAR

28 aprel

15:04 - Ölkə başçısı Bəxtiyar Allahverdini "Tərəqqi" medalı ilə təltif edib14:56 - Prezidentdən 5 dövlət qurumuna tapşırıq - SİYAHI14:54 - Ermənistan bu kəndi Gürcüstana verib?14:47 - Zelenski İsraili sanksiyalarla hədələyib14:28 - "Senior Talks" layihəsinin davamı: Aydın Veysəloğlu ADA tələbələri ilə yenidən görüşdü - FOTOLAR

27 aprel

13:10 - İranın gizli gücü - Rusiya sabitliyin əsas səbəbini açıqladı13:05 - Pakistan və İrandan mühüm iqtisadi addım - Yeni tranzit dəhlizi açıldı13:01 - Azərbaycanla sərhədin delimitasiyası tezliklə davam etdiriləcək - Paşinyan

13 aprel

12:22 - Azərbaycana gəlmiş ermənilərlə görüşdən nə əldə edildi? 12:18 - 300 milyonluq uyğunsuzluq12:12 - Paşinyan və Qarabağ ermənisinin söhbəti - "Belə də davam edin"