"YAŞAT"maq istəməyən banklar - Şəhid ailələri və qazilər üçün fonda bir qəpik də ödəməyən banklar var

30 avqust, 2021 18:13

Ölkə vətəndaşlarının və sahibkarların ən çox narazı və şikayətçi olduğu sahələrdən biri kimi bank sektoru təkcə özünün birbaşa funksiyaları sarıdan deyil, ictimai həyatdakı roluna görə dəən çox ”axsayan” istiqamətlərdən biridir. Bir çox banklar yalnız müştəriləri və dövlət büdcəsi yox, ümumilikdə cəmiyyət qarşısındakı məsuliyyətini də dərk etməkdən çox-çox uzaqdırlar.

Məlum olduğu kimi, Vətən Müharibəsində şəhid olanların ailələri və qazilərin sosial təminatını yaxşılaşdırmaq məqsədilə yaradılan “YAŞAT” Fonduna qısa müddət ərzində sıravi vətəndaşlardan tutmuş irili-xırdalı bir çox şirkətlər, eləcə də dövlət müəssisələri və digər təşkilatlar tərəfindən xeyli vəsait köçürülüb. Lakin maraqlıdır ki, fondun rəsmi internet səhifəsinə nəzər yetirdikdə bank sektorunun bu məsələdə bir o qədər də aktiv olmadığını görürük. Belə ki, heç də bütün ölkə bankları “YAŞAT”-a vəsait köçürməyib.

Gəlirləri milyonlarla, on milyonlarlıa ölçülən elə banklar var ki, şəhid ailələri və qazilər üçün nəzərdə tutulan bu fonda cəmi 5-10 min manat köçürüblər. Ancaq elələri də var ki, heç bir qəpik belə ödəməyiblər.

Məsələn, ölkədəki ən populyar və reklam olunan banklardan olan “Bank of Baku” “YAŞAT” Fonduna cəmi 5 min manat köçürüb. “Rabitəbank” da çox böyük əlaçıqlıq göstərməyib və fonda cəmi 15 min manat ödəyib.

“YAŞAT”-a bir qəpik də ödəməyənlər sırasında isə məsələn, Fövqəladə Hallar nazirinin bankı kimi tanınan və səhmlərinin demək olar ki, hamısı rəsmən K.Heydərovun bacanağı Hikmət İsmayılova məxsus olan “AFB” Bank var. Həmçinin, “Unibank”, “Premium bank”, “Azərbaycan Sənaye Bankı”, “VTB”, “BTB”, “Bank Avrasiya” kimi banklar da fonda bir qəpik belə ödəməyiblər. O cümlədən “Accessbank”-ın da adı “YAŞAT” Fondunun rəsmi internet səhifəsindəki siyahıda yoxdur.

Göründüyü kimi, analoqu olmayan yüksək kredit faizləri, korrupsiya, saxtakarlıq, süründürməçilik, keyfiyyətsiz xidmət, xərclərin şişirdilməsi və s. neqativ əməllərilə öndə olan, dövlətin və vətəndaşın cibinə girməkdə ad çıxaran bank sektorumuzun bir çox təmsilçiləri ölkə üçün həyati əhəmiyyət kəsb edən sosial layihələrdə iştirak məsələsinə gəldikdə “axsayırlar”...(azpolitika.info).

07 oktyabr

11:09 - "Neftin qiyməti 200 dollar olacaq" - "Financial Times"11:06 - Azad edilmiş ərazilərimizdə 32 kütləvi məzarlıq tapılıb11:05 - Azərbaycanı təhqir edən hesablar bağlanmalıdır

01 oktyabr

09:52 - Qondarma rejimin "televiziyası" bağlandı09:45 - Sumqayıtda 13 tibb işçisi bir gündə işdən çıxarılıb - Ölkədə ixtisar müəmması davam edir

29 sentyabr

19:07 - Döyüşdə iştirak edən hərbçilərə ikiqat ödəniş müddəası çıxarılır

27 sentyabr

17:24 - "Onun arvadını hamı tanıyır" - Zaxarova17:14 - Azərbaycana qarşı kampaniyaya qoşulan türkiyəli professor üzr istədi17:11 - ABŞ-nin daha bir məxfi silahı İranın əlinə keçdi17:09 - Husilərə görə Ər-Riyadda məktəblər bağlandı

21 sentyabr

13:05 - Veysəloğlu Şirkətlər Qrupu Qarabağda təhsilin inkişafına dəstək verəcək - FOTOLAR11:22 - Təhsildəki mafiya - Bu dəfə 3 milyonluq olimpiada biznesini araşdırdıq11:18 - Azərbaycana yük gətirib, yük aparan ölkələrin siyahısı

14 sentyabr

13:55 - Polşa da müharibəyə cəlb olunur? 13:43 - İranda minlərlə insan ölkənin müdafiəsinə qoşulur13:28 - İrəvan Azərbaycan qazından asılı qalacaq13:25 - Vüsal Şilderin qətli ilə bağlı məhkəmə başladı

09 sentyabr

11:21 - Avropanın yeni sağını kim formalaşdırır: Tramp, Bannon və İsrail detalı gündəmdə - "Milliyet"11:16 - İran F-35-lərin olduğu bazanı vurdu 11:14 - "Paşinyan qorxduğu üçün..." - Zatulindən açıqlama

17 avqust

12:03 - "Türkiyəni satın alaram" deyən iş adamı həbs edildi - Evindən narkotik tapıldı12:00 - Ermənistan Azərbaycana 17 milyon dollar ödədi

13 avqust

17:56 - Avtomobil idxalı kəskin azaldı, qiymətlər isə artdı

10 avqust

19:43 - "Avropa Rusiyadan qaz idxalını artırır" - "Welt am Sonntag"19:37 - "Azərbaycan bizə kömək oldu" - Pezeşkian19:35 - 10 milyon dövriyyəsi olan mərc şəbəkəsi ifşa edildi - VIDEO

03 avqust

11:52 - Kimin evində varsa, varlanacaq - Heç belə qiymətə olmamışdı11:49 - Azərbaycan ən güclü hərbi donanmaya sahib olub - "Forbes"11:46 - Azərbaycan Rusiyadan kibrit idxalını artırıb - Qiymət 21% bahalaşıb

30 iyul

11:35 - Veysəloğlu Şirkətlər Qrupunun sponsorluğu ilə şəhid övladları üçün keçirilən "Zəfər" Amerika Yay Düşərgəsi uğurla başa çadı - FOTOLAR