Gorus-Qafan yolunun Qubadlıdan keçən hissəsində vəziyyət necədir?

01 sentyabr, 2021 12:40

Ermənistanı İranla birləşdirən Gorus-Qafan yolunun Azərbaycanın Qubadlı rayonunun ərazisindən keçən hissəsində hərəkət elə təşkil olunub ki, ermənilər daha bu yoldan sürətlə keçib gecə bilməyəcəklər. Onlar Azərbaycan sərhədçilərinin postlarının yanında sürəti minimuma endirməli və beton blokların arasından keçib getməlidir.

Xatırladaq ki, yol Azərbaycan sərhədçisinə edilən hücumun ardınca bağlanmışdı və nəticədə Ermənistanla İran arasında əsas quru əlaqəsi də kəsilmişdi. Rusiya tərəfinin iştirakı ilə üç gün davam edən danışıqlardan sonra Azərbaycan tərəfi yenidən yolu açdı, amma sərhədçilərin postlarının yanında hərəkəti beton bloklarla məhdudlaşdırdı.

Azsiyaset.com virtualaz.org-a istinadla xəbər verir ki, Ermənistanda nəşr olunan “Hraparak” qəzeti yolun əslində “qismən açıldığını” yazır. Belə ki, azərbaycanlılar iki-üç yerdə magistrala beton bloklar düzüblər və hərəkəti məhdudlaşdırıblar. Beton bloklar Azərbaycan sərhədçilərinin postlarının qarşısında qoyulub.

“Bizim mənbələrimiz deyirlər ki, yolun bu hissəsini keçərkən maşınların hərəkət sürəti minimuma endirilir, çünki ziqzaqvari beton blokların qoyulması nəticəsində hərəkət üçün ancaq dar zolaq açıq qalıb. Sürət minimuma endirildiyindən Azərbaycan tərəfi yoldan keçənləri çox rahatlıqla identifikasiya edə bilər və bu da əlavə risklər yaradır. İndi adamlar ya bu yoldan keçməməyə çalışacaqlar, xüsusən d ona görə ki, Milli Təhlükəsizlik Xidməti bir neçə ay əvvəl sürücüləri bu yolu dayanmadan, sürətlə keçməyə çağırmışdı”,-qəzet yazır.

Bildirilir ki, ola bilsin Ermənistan rəhbərliyi yolun açılması üçün hansısa öhdəlik də götürüb, amma bunun nədən ibarət olduğu gələcəkdə üzə çıxacaq.

Qeyd edək ki, Gorus-Qafan yolunun bəzi hissələri hələ sovet dövründə Azərbaycan ərazisindən, Qubadlıdan çəkilib. Ötən ilin noyabrında Azərbaycan Qubadlı və Zəngilan istiqamətlərində öz dövlət sərhədlərini bərpa edəndən sonra yol Azərbaycanın nəzarətinə keçib. Amma Bakı xoş məram nümayiş etdirərək alternativ yol çəkilənə qədər yolun bu hissələrindən hərəkətə icazə vermişdi.

İndi yolda hərəkətin beton bloklarla bir neçə hissədə məhdudlaşdırılması Azərbaycan tərəfinə imkan verəcək ki, onun ərazisindən daşınan yüklərə də qismən nəzarət edə bilsin. Çünki aylardır belə məlumatlar və faktlar yayılır ki, İrandan Ermənistana, oradan isə Rusiya sülhməramlılarının nəzarətində olan Azərbaycan ərazilərinə şübhəli yüklərlə dolu TIR-lar hərəkət edir.

07 oktyabr

11:09 - "Neftin qiyməti 200 dollar olacaq" - "Financial Times"11:06 - Azad edilmiş ərazilərimizdə 32 kütləvi məzarlıq tapılıb11:05 - Azərbaycanı təhqir edən hesablar bağlanmalıdır

01 oktyabr

09:52 - Qondarma rejimin "televiziyası" bağlandı09:45 - Sumqayıtda 13 tibb işçisi bir gündə işdən çıxarılıb - Ölkədə ixtisar müəmması davam edir

29 sentyabr

19:07 - Döyüşdə iştirak edən hərbçilərə ikiqat ödəniş müddəası çıxarılır

27 sentyabr

17:24 - "Onun arvadını hamı tanıyır" - Zaxarova17:14 - Azərbaycana qarşı kampaniyaya qoşulan türkiyəli professor üzr istədi17:11 - ABŞ-nin daha bir məxfi silahı İranın əlinə keçdi17:09 - Husilərə görə Ər-Riyadda məktəblər bağlandı

21 sentyabr

13:05 - Veysəloğlu Şirkətlər Qrupu Qarabağda təhsilin inkişafına dəstək verəcək - FOTOLAR11:22 - Təhsildəki mafiya - Bu dəfə 3 milyonluq olimpiada biznesini araşdırdıq11:18 - Azərbaycana yük gətirib, yük aparan ölkələrin siyahısı

14 sentyabr

13:55 - Polşa da müharibəyə cəlb olunur? 13:43 - İranda minlərlə insan ölkənin müdafiəsinə qoşulur13:28 - İrəvan Azərbaycan qazından asılı qalacaq13:25 - Vüsal Şilderin qətli ilə bağlı məhkəmə başladı

09 sentyabr

11:21 - Avropanın yeni sağını kim formalaşdırır: Tramp, Bannon və İsrail detalı gündəmdə - "Milliyet"11:16 - İran F-35-lərin olduğu bazanı vurdu 11:14 - "Paşinyan qorxduğu üçün..." - Zatulindən açıqlama

17 avqust

12:03 - "Türkiyəni satın alaram" deyən iş adamı həbs edildi - Evindən narkotik tapıldı12:00 - Ermənistan Azərbaycana 17 milyon dollar ödədi

13 avqust

17:56 - Avtomobil idxalı kəskin azaldı, qiymətlər isə artdı

10 avqust

19:43 - "Avropa Rusiyadan qaz idxalını artırır" - "Welt am Sonntag"19:37 - "Azərbaycan bizə kömək oldu" - Pezeşkian19:35 - 10 milyon dövriyyəsi olan mərc şəbəkəsi ifşa edildi - VIDEO

03 avqust

11:52 - Kimin evində varsa, varlanacaq - Heç belə qiymətə olmamışdı11:49 - Azərbaycan ən güclü hərbi donanmaya sahib olub - "Forbes"11:46 - Azərbaycan Rusiyadan kibrit idxalını artırıb - Qiymət 21% bahalaşıb

30 iyul

11:35 - Veysəloğlu Şirkətlər Qrupunun sponsorluğu ilə şəhid övladları üçün keçirilən "Zəfər" Amerika Yay Düşərgəsi uğurla başa çadı - FOTOLAR