Ölkədə vaksin xaosu: "Kənd Təsərrüfatı Nazirliyi nəzarət etməlidir?" - Deputatdan etiraz

01 sentyabr, 2021 19:27

Bu gündən etibarən Nazirlər Kabinetinin müəyyən etdiyi qərarla insanların bəzi məkanlara yalnız COVID-19 pasportu əsasında girişinə icazə verildiyi üçün vətəndaşlar vaksin olunmaq üçün tibb müəssisələrinə axın edir. Belə olduğu halda, poliklinikalar qarşısında uzun növbələr yaranır. Əhali arasında vaksinasiya prosesi və ona nəzarət mexanizmi ilə bağlı ciddi narazılıqlar, etirazlar baş qaldırıb. Hər gün sosial şəbəkələrdə sözügedən problemi əks etdirən müxtəlif tibb müəssisələri qarşısından görüntülər paylaşılır.

Bu görüntülər onu deməyə əsas verir ki, vaksin vurdurmaq üçün gələn şəxs elə həmin sıxlıqda, uzun növbələrdə koronavirusa yoluxa bilər. Belə ki, vətəndaşlar onlayn növbə əsasında peyvənd məntəqələrinə yaxınlaşsalar da, vaksin olunmaq üçün səhərdən axşamadək insanların sıx toplaşdığı uzun sıralarda gözləməli olurlar.

Bəs bu problemin həlli ilə bağlı aidiyyəti qurumlar hansısa tədbirlər həyata keçirəcəkmi?

Məsələ ilə bağlı Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi (TƏBİB) ilə əlaqə saxladıq.

Qurumdan bakupost.az-ın sorğusuna cavab olaraq bildirilib ki, Nazirlər Kabinetinin qərarına əsasən, TƏBİB yalnız regionlarda peyvəndlənmə prosesi ilə məşğuldur:

“Eyni zamanda qurumların müraciəti əsasında səyyar vaksinasiyaları həyata keçirir. Bakı şəhəri üzrə peyvəndlənmə prosesi və onlayn növbə sistemi ilə bağlı aidiyyəti üzrə müraciət edə bilərsiniz”.

İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi də məsələnin onlara aidiyyəti olmadığını qeyd edib:

““Azərbaycan Respublikasında COVID-19 xəstəliyi əleyhinə 2021-2022-ci illər üçün Vaksinasiya Strategiyası”nın həyata keçirilməsi prosesi çərçivəsində İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi (Agentlik) tərəfindən “COVID-19 vaksin randevu” adlı elektron xidmət istifadəyə verilib. Peyvənd olunmaq üçün vətəndaşlar sözügedən elektron xidmətdən istifadə etməklə koronavirus xəstəliyi əleyhinə vaksinasiya üçün onlayn qaydada növbə götürməlidir.

Nəzərinizə çatdırırıq ki, Bakı şəhəri üzrə vaksinasiya prosesini Səhiyyə Nazirliyi, digər şəhər və rayonlarda isə Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi həyata keçirir. Peyvənd məntəqəsindəki vəziyyətlə bağlı aidiyyəti üzrə müraciət etməyiniz tövsiyə olunur”.

Səhiyyə Nazirliyi hələ avqustun 24-də açıqladığı rəsmi məlumatda sıxlıqların tənzimlənə bilməməsini belə izah edib:

“Tibbi personalın əsasən qadınlardan ibarət olmasını nəzərə alsaq, poliklinikaların həyətində yaranan növbənin onlar tərəfindən tənzimlənməsi çox çətindir. Bu işdə yardım üçün tibb müəssisələri yerli icra orqanlarına müraciət edəcək”.

Milli Məclisin Əmək və sosial siyasət komitəsinin sədri Musa Quliyev isə Bakupost.az -a açıqlamasında bunun TƏBİB-in vəzifəsi olduğunu deyib:

“Növbələri azaltmaqdan ötrü bütün resurslar oraya cəlb edilməlidir. Həm tibbi personal resursları, həm otaqlar, həm də gərək olarsa özəl klinikalarla müqavilə bağlayıb, onları da cəlb etmək lazımdır. Belə çıxır ki, vətəndaşlar gəlir, amma səhiyyə orqanları onların vaksinasiya prosesini vaxtında həyata keçirmir. Əlbəttə, bu doğru bir şey deyil. Həm Operativ Qərargahın, həm TƏBİB-in borcudur ki, vaxtında vətəndaşın lazımi xidmətini təşkil etsin. Necə yəni bizlik deyil, bu nə deməkdir? Deməli, bizlik deyil deyənlər aid olduqları yerdə deyillər. Onlar gecə-gündüz yatmalı deyillər. TƏBİB-in bütün personalı poliklinikaların, tibb müəssisələrinin qarşısında olmalıdır. Hamısı orada olmalıdır ki, o iş düzgün tənzimlənsin. Ölkədə karantin fövqəladə bir vəziyyətdir. Fövqəladə vəziyyətin həvalə edilməsi, idarəsi TƏBİB-ə, İTS-yə, Səhiyyə Nazirliyinə verilir. Əgər bunlarlıq deyilsə, o zaman kim etməlidir? Kənd Təsərrüfatı Nazirliyi gəlib etməyəcək ki?”.

07 oktyabr

11:09 - "Neftin qiyməti 200 dollar olacaq" - "Financial Times"11:06 - Azad edilmiş ərazilərimizdə 32 kütləvi məzarlıq tapılıb11:05 - Azərbaycanı təhqir edən hesablar bağlanmalıdır

01 oktyabr

09:52 - Qondarma rejimin "televiziyası" bağlandı09:45 - Sumqayıtda 13 tibb işçisi bir gündə işdən çıxarılıb - Ölkədə ixtisar müəmması davam edir

29 sentyabr

19:07 - Döyüşdə iştirak edən hərbçilərə ikiqat ödəniş müddəası çıxarılır

27 sentyabr

17:24 - "Onun arvadını hamı tanıyır" - Zaxarova17:14 - Azərbaycana qarşı kampaniyaya qoşulan türkiyəli professor üzr istədi17:11 - ABŞ-nin daha bir məxfi silahı İranın əlinə keçdi17:09 - Husilərə görə Ər-Riyadda məktəblər bağlandı

21 sentyabr

13:05 - Veysəloğlu Şirkətlər Qrupu Qarabağda təhsilin inkişafına dəstək verəcək - FOTOLAR11:22 - Təhsildəki mafiya - Bu dəfə 3 milyonluq olimpiada biznesini araşdırdıq11:18 - Azərbaycana yük gətirib, yük aparan ölkələrin siyahısı

14 sentyabr

13:55 - Polşa da müharibəyə cəlb olunur? 13:43 - İranda minlərlə insan ölkənin müdafiəsinə qoşulur13:28 - İrəvan Azərbaycan qazından asılı qalacaq13:25 - Vüsal Şilderin qətli ilə bağlı məhkəmə başladı

09 sentyabr

11:21 - Avropanın yeni sağını kim formalaşdırır: Tramp, Bannon və İsrail detalı gündəmdə - "Milliyet"11:16 - İran F-35-lərin olduğu bazanı vurdu 11:14 - "Paşinyan qorxduğu üçün..." - Zatulindən açıqlama

17 avqust

12:03 - "Türkiyəni satın alaram" deyən iş adamı həbs edildi - Evindən narkotik tapıldı12:00 - Ermənistan Azərbaycana 17 milyon dollar ödədi

13 avqust

17:56 - Avtomobil idxalı kəskin azaldı, qiymətlər isə artdı

10 avqust

19:43 - "Avropa Rusiyadan qaz idxalını artırır" - "Welt am Sonntag"19:37 - "Azərbaycan bizə kömək oldu" - Pezeşkian19:35 - 10 milyon dövriyyəsi olan mərc şəbəkəsi ifşa edildi - VIDEO

03 avqust

11:52 - Kimin evində varsa, varlanacaq - Heç belə qiymətə olmamışdı11:49 - Azərbaycan ən güclü hərbi donanmaya sahib olub - "Forbes"11:46 - Azərbaycan Rusiyadan kibrit idxalını artırıb - Qiymət 21% bahalaşıb

30 iyul

11:35 - Veysəloğlu Şirkətlər Qrupunun sponsorluğu ilə şəhid övladları üçün keçirilən "Zəfər" Amerika Yay Düşərgəsi uğurla başa çadı - FOTOLAR