Azərbaycanda tələbə olmaq istəyənlərin sayı niyə azalır? - Ekspert danışır

02 sentyabr, 2021 10:43

Bu il ali məktəblərə qəbul imtahanlarında iştirak edən abituriyentlərin sayı 52 min 219 nəfər olub. Ötən illə müqayisədə ali məktəblərə imtahan verənlərin sayında azalma müşahidə olunur. Belə ki, 2020-ci ildə ali təhsil müəssisələrinə qəbul imtahanlarında iştirak etmək üçün 84 512 abituriyent ərizə vermişdi. Həmin vaxt sənəd verənlərin sayı 2019-cu illə müqayisədə 12 673 nəfər çox olub.

Abituriyentlərin sayında müşahidə edilən azalmanın səbəbləri sosial şəbəkələrdə və mətbuatda fərqli şəkildə izah edilir. Əksəriyyət bu tendensiyanın koronovirus pandemiyası ilə əlaqədar olduğunu, Azərbaycan təhsilin gerilədiyini iddia edir.

Bu barədə modern.az-a danışan təhsil eksperti Elçin Süleymanov bildirib ki, V ixtisas qrupu üzrə sənəd verənlər göstərilən statistikaya daxil olmur. Ona görə də statistikada abituriyentlərin sayında azalma kimi görünür:

“2020-ci ildə 81 min, 2021-ci ildə isə 50 min abituriyent göstərilir. Amma bu iki il arasında 1500-2000 fərq var. Bu isə 1 faizdən daha azdır. Amma 2020-ci ildə abituriyent sayında 2019-cu ilə nisbətən ciddi artım (12 min abituriyent) qeydə alınmışdı.

2021-ci ildə ali məktəblərə sənəd verənlərin az olması, 2020-ci ildə plan yerlərinin sayının çoxluğu ilə də əlaqədardır. Ötən il demək olar ki, giriş balını keçən hər kəs qəbul olmuşdu və onlar içərisində cari ilin məzunları daha çox idi. 2020-ci ildə imtahanlardan kəsilənlərin az olması 2021-ci ildə sənəd verənlərin də azalmasına gətirib çıxardı”.

Ekspert ümumilikdə bu il qəbul imtahanlarında vəziyyətin kritik olduğunu düşünmür:

“Çünki əhali sayı hər il əvvəlki ilə nisbətdə artır. Əhalinin sayı artıq 10 milyon 200 mini ötmək üzrədir. Eyni zamanda, orta məktəblərdə də buraxılış imtahanları verən məzunların sayında artım var. Pandemiyadan sonra xaricdə təhsilə valideynlər bir qədər mühafizəkar yanaşırlar. Əvvəl Ukrayna, Türkiyə və Gürcüstan kimi qonşu ölkələrə, Avropaya təhsil dalınca gedənlər çox idi. Pandemiya ilə bağlı bu tendensiya bir qədər azdır. Reallıqda ciddi azalma müşahidə edilmir.

Bundan əlavə subbakalavrlar da bakalavr keçidində bu siyahıya daxil olmurlar. Bütün bunları nəzərə aldıqda ali məktəbə qəbul olanların sayında ciddi dəyişiklik olduğunu iddia edə bilmərik”.

2021-ci ilin qəbul statistikasında ixtisas qruplarına görə fərqli rəqəmlərin müşahidə olunduğunu vurğulayan ekspert abituriyentlərə məsləhətlərini çatdırıb:

“Keçən ilə görə keçid balını toplayanlar, qəbul olanlar II qrupda daha azdır. Dolayısı ilə bu il həmin qrupa imtahan verən abituriyentlərin şansı çoxdur. Üçüncü qrupdan imtahan verənlər isə əksinə, şansı ən az olanlardır. Çünki keçid balını toplayanlar çox, müqayisədə plan yerləri daha azdır. Bu iki qrup arasında keçən ilə görə böyük dəyişiklik var”.

07 oktyabr

11:09 - "Neftin qiyməti 200 dollar olacaq" - "Financial Times"11:06 - Azad edilmiş ərazilərimizdə 32 kütləvi məzarlıq tapılıb11:05 - Azərbaycanı təhqir edən hesablar bağlanmalıdır

01 oktyabr

09:52 - Qondarma rejimin "televiziyası" bağlandı09:45 - Sumqayıtda 13 tibb işçisi bir gündə işdən çıxarılıb - Ölkədə ixtisar müəmması davam edir

29 sentyabr

19:07 - Döyüşdə iştirak edən hərbçilərə ikiqat ödəniş müddəası çıxarılır

27 sentyabr

17:24 - "Onun arvadını hamı tanıyır" - Zaxarova17:14 - Azərbaycana qarşı kampaniyaya qoşulan türkiyəli professor üzr istədi17:11 - ABŞ-nin daha bir məxfi silahı İranın əlinə keçdi17:09 - Husilərə görə Ər-Riyadda məktəblər bağlandı

21 sentyabr

13:05 - Veysəloğlu Şirkətlər Qrupu Qarabağda təhsilin inkişafına dəstək verəcək - FOTOLAR11:22 - Təhsildəki mafiya - Bu dəfə 3 milyonluq olimpiada biznesini araşdırdıq11:18 - Azərbaycana yük gətirib, yük aparan ölkələrin siyahısı

14 sentyabr

13:55 - Polşa da müharibəyə cəlb olunur? 13:43 - İranda minlərlə insan ölkənin müdafiəsinə qoşulur13:28 - İrəvan Azərbaycan qazından asılı qalacaq13:25 - Vüsal Şilderin qətli ilə bağlı məhkəmə başladı

09 sentyabr

11:21 - Avropanın yeni sağını kim formalaşdırır: Tramp, Bannon və İsrail detalı gündəmdə - "Milliyet"11:16 - İran F-35-lərin olduğu bazanı vurdu 11:14 - "Paşinyan qorxduğu üçün..." - Zatulindən açıqlama

17 avqust

12:03 - "Türkiyəni satın alaram" deyən iş adamı həbs edildi - Evindən narkotik tapıldı12:00 - Ermənistan Azərbaycana 17 milyon dollar ödədi

13 avqust

17:56 - Avtomobil idxalı kəskin azaldı, qiymətlər isə artdı

10 avqust

19:43 - "Avropa Rusiyadan qaz idxalını artırır" - "Welt am Sonntag"19:37 - "Azərbaycan bizə kömək oldu" - Pezeşkian19:35 - 10 milyon dövriyyəsi olan mərc şəbəkəsi ifşa edildi - VIDEO

03 avqust

11:52 - Kimin evində varsa, varlanacaq - Heç belə qiymətə olmamışdı11:49 - Azərbaycan ən güclü hərbi donanmaya sahib olub - "Forbes"11:46 - Azərbaycan Rusiyadan kibrit idxalını artırıb - Qiymət 21% bahalaşıb

30 iyul

11:35 - Veysəloğlu Şirkətlər Qrupunun sponsorluğu ilə şəhid övladları üçün keçirilən "Zəfər" Amerika Yay Düşərgəsi uğurla başa çadı - FOTOLAR