Məktəblərin açılma qərarı dəyişəcək? - "Elə situasiya yarana bilər ki…"

11 sentyabr, 2021 14:15

Azərbaycanda yaxın günlərdə təhsil müəssisələrinin açılacağı tarix bəlli olsa da, bir sıra valideynlər hələ də buna inanmırlar. Onlar yenidən karantin qaydalarının tətbiq olunacağını düşünürlər. Bu üzdən hətta valideynlər uşaqlarına məktəb ləvazimatları da almırlar. Yəni tədris mövsümünə hazırlıq hər il olduğu kimi deyil. Bu qeyri-müəyyən vəziyyətdə olanlar nə etməlidir?

Təhsil Nazirliyi yanında İctimai Şuranın sədri, professor Şahlar Əsgərov yenisabah.az-a açıqlamasında situasiyanın virusdan asılı olduğunu söyləyib:

“Nə valideynləri, nə də Təhsil Nazirliyini günahlandırmaq olar. Bu valideyndən, Təhsil Nazirliyindən daha çox virusun özünü aparmasından asılıdır. Lakin Təhsil Nazirliyinin üzbəüz dərs keçmək haqqında verdiyi qərar çox sevindirici haldır. Koronavirus nə qədər qorxunc olsa da, bizim üçün təhlükə törətsə belə biz bu cinayətkarın üzərinə gedirik. Biz təhsilə qayıtmaq istəyirik. Bu çox yaxşı haldır. Alqışlamaq lazımdır”.

Ekspertin sözlərinə görə, valideynlər tədris müəssisələrinin açılmasına inanmamaqda haqlıdırlar: “Valideynlərin inanmaması məsələsi də var. Onlar da haqlıdırlar. Sabah elə situasiya yarana bilər ki, Təhsil Nazirliyinin qəbul etdiyi bu qərarlar dayandırılar.

Allah bizi o haldan uzaq etsin. Ona görə də valideynlər, vətəndaşlar hamısı çalışmalıdır ki, koronavirusun yayılma imkanlarını məhdudlaşdırsınlar”.

Ş.Əsgərovun fikrincə, kontakların sayını minimuma endirmək lazımdır:

“Bir sözlə kontaktların sayını minimuma endirmək lazımdır. Dostlarla, qohum-əqraba ilə kontaktı azaltmaq, qaydalara riayət etmək lazımdır. Maska, distansiya, bunların hamısına əməl olunmalıdır. Düzgün əməl olunsa, biz koronavirusu cilovlaya bilərik. Nəinki biz dünya koronavirusu hələ də cilovlaya bilmir”.

07 oktyabr

11:09 - "Neftin qiyməti 200 dollar olacaq" - "Financial Times"11:06 - Azad edilmiş ərazilərimizdə 32 kütləvi məzarlıq tapılıb11:05 - Azərbaycanı təhqir edən hesablar bağlanmalıdır

01 oktyabr

09:52 - Qondarma rejimin "televiziyası" bağlandı09:45 - Sumqayıtda 13 tibb işçisi bir gündə işdən çıxarılıb - Ölkədə ixtisar müəmması davam edir

29 sentyabr

19:07 - Döyüşdə iştirak edən hərbçilərə ikiqat ödəniş müddəası çıxarılır

27 sentyabr

17:24 - "Onun arvadını hamı tanıyır" - Zaxarova17:14 - Azərbaycana qarşı kampaniyaya qoşulan türkiyəli professor üzr istədi17:11 - ABŞ-nin daha bir məxfi silahı İranın əlinə keçdi17:09 - Husilərə görə Ər-Riyadda məktəblər bağlandı

21 sentyabr

13:05 - Veysəloğlu Şirkətlər Qrupu Qarabağda təhsilin inkişafına dəstək verəcək - FOTOLAR11:22 - Təhsildəki mafiya - Bu dəfə 3 milyonluq olimpiada biznesini araşdırdıq11:18 - Azərbaycana yük gətirib, yük aparan ölkələrin siyahısı

14 sentyabr

13:55 - Polşa da müharibəyə cəlb olunur? 13:43 - İranda minlərlə insan ölkənin müdafiəsinə qoşulur13:28 - İrəvan Azərbaycan qazından asılı qalacaq13:25 - Vüsal Şilderin qətli ilə bağlı məhkəmə başladı

09 sentyabr

11:21 - Avropanın yeni sağını kim formalaşdırır: Tramp, Bannon və İsrail detalı gündəmdə - "Milliyet"11:16 - İran F-35-lərin olduğu bazanı vurdu 11:14 - "Paşinyan qorxduğu üçün..." - Zatulindən açıqlama

17 avqust

12:03 - "Türkiyəni satın alaram" deyən iş adamı həbs edildi - Evindən narkotik tapıldı12:00 - Ermənistan Azərbaycana 17 milyon dollar ödədi

13 avqust

17:56 - Avtomobil idxalı kəskin azaldı, qiymətlər isə artdı

10 avqust

19:43 - "Avropa Rusiyadan qaz idxalını artırır" - "Welt am Sonntag"19:37 - "Azərbaycan bizə kömək oldu" - Pezeşkian19:35 - 10 milyon dövriyyəsi olan mərc şəbəkəsi ifşa edildi - VIDEO

03 avqust

11:52 - Kimin evində varsa, varlanacaq - Heç belə qiymətə olmamışdı11:49 - Azərbaycan ən güclü hərbi donanmaya sahib olub - "Forbes"11:46 - Azərbaycan Rusiyadan kibrit idxalını artırıb - Qiymət 21% bahalaşıb

30 iyul

11:35 - Veysəloğlu Şirkətlər Qrupunun sponsorluğu ilə şəhid övladları üçün keçirilən "Zəfər" Amerika Yay Düşərgəsi uğurla başa çadı - FOTOLAR