"Davam"ın sədri Şuşa səfərindən yazdı - FOTOLAR

13 sentyabr, 2021 12:48

Azərbaycan Respublikasının Gənclər Fondu və Azərbaycan Respublikası Gənclər Təşkilatları Milli Şurasının təşkilatçılığı ilə ölkənin aparıcı gənclər təşkilatlarının Şuşa şəhərinə səfəri baş tutub.

Azsiyaset.com xəbər verir ki, səfərdə "Davam" Gənclər Hərəkatının sədri Nihad Allahyarlı da iştirak edib.

O, öz səfər təəssüratlarını "Facebook" səhifəsində izləyiciləri ilə bölüşüb:

"Şuşaya gedən yol və gəzib gördüklərim Şuşaya gedəndə nəyi gördüm, bir xalqa olan nifrətin dağıdıcı və ürək ağrıdan nəticələrini, qüdrətli Azərbaycan dövlətinin sürətli və çevik yanaşmalarını, dayanmadan uzanıb gedən təzə yolları, yeni qurulmuş elektrik təsərrüfatını, ən yüksək səviyyədə təşkil olunmuş təhlükəsizlik tədbirlərini, bərpa olunan tariximizi və yenidən sürətlə dirçələn Şuşamızı. Cıdır düzündə gəzdim, sal qayaları dırmanan igidlərimizin süngü-bıçaq və tapança ilə fəthinin izlərini gördüm. Qayalardakı güllə izlərini görəndə bir anlıq o videokadrlar gözümdə canlandı, bu hisslər insanın tüklərini biz-biz edir. Gözümü yumdum və Şuşanın xəfif mehində içimdən dərin ah çəkdim, burada qanı ilə vətən torpağını suvaran igidlərimizin ağrı-acısını bir anlıq köksümdə hiss elədim. Cıdır düzündə aşağı enib Vaqifin türbəsini, Yuxarı Gövhərağa məscidini ziyarət elədim, Şuşanın məhəllələrində gəzdim, bulaqlarından su içdim. Bir gün Şuşanı yaşadım, tanış oldum. Heç zaman ayağım dəyməyən bu torpaqları özümü dərk edəndən bəri sahiblənsəm də, ilk dəfə fiziki tanışlığımız baş tutdu. Mən Şuşaya, Şuşa mənə qarışdı. Bu gün səhər yeməyində süfrəmiz Şuşa çörəyi ilə daha bir fərqli idi. Bu səhər fərqli insan idim, uzun illər mənən aşiq olduğum arzum əyani gerçək olmuşdu. Allah bu günləri bizə yaşadan şəhid qardaşlarıma rəhmət eləsin, qazi qardaşlarıma can sağlığı versin. Allah dövlətimizi, xalqımızı və bu qələbənin uca memarı Ali Baş Komandanımızı qorusun."

07 oktyabr

11:09 - "Neftin qiyməti 200 dollar olacaq" - "Financial Times"11:06 - Azad edilmiş ərazilərimizdə 32 kütləvi məzarlıq tapılıb11:05 - Azərbaycanı təhqir edən hesablar bağlanmalıdır

01 oktyabr

09:52 - Qondarma rejimin "televiziyası" bağlandı09:45 - Sumqayıtda 13 tibb işçisi bir gündə işdən çıxarılıb - Ölkədə ixtisar müəmması davam edir

29 sentyabr

19:07 - Döyüşdə iştirak edən hərbçilərə ikiqat ödəniş müddəası çıxarılır

27 sentyabr

17:24 - "Onun arvadını hamı tanıyır" - Zaxarova17:14 - Azərbaycana qarşı kampaniyaya qoşulan türkiyəli professor üzr istədi17:11 - ABŞ-nin daha bir məxfi silahı İranın əlinə keçdi17:09 - Husilərə görə Ər-Riyadda məktəblər bağlandı

21 sentyabr

13:05 - Veysəloğlu Şirkətlər Qrupu Qarabağda təhsilin inkişafına dəstək verəcək - FOTOLAR11:22 - Təhsildəki mafiya - Bu dəfə 3 milyonluq olimpiada biznesini araşdırdıq11:18 - Azərbaycana yük gətirib, yük aparan ölkələrin siyahısı

14 sentyabr

13:55 - Polşa da müharibəyə cəlb olunur? 13:43 - İranda minlərlə insan ölkənin müdafiəsinə qoşulur13:28 - İrəvan Azərbaycan qazından asılı qalacaq13:25 - Vüsal Şilderin qətli ilə bağlı məhkəmə başladı

09 sentyabr

11:21 - Avropanın yeni sağını kim formalaşdırır: Tramp, Bannon və İsrail detalı gündəmdə - "Milliyet"11:16 - İran F-35-lərin olduğu bazanı vurdu 11:14 - "Paşinyan qorxduğu üçün..." - Zatulindən açıqlama

17 avqust

12:03 - "Türkiyəni satın alaram" deyən iş adamı həbs edildi - Evindən narkotik tapıldı12:00 - Ermənistan Azərbaycana 17 milyon dollar ödədi

13 avqust

17:56 - Avtomobil idxalı kəskin azaldı, qiymətlər isə artdı

10 avqust

19:43 - "Avropa Rusiyadan qaz idxalını artırır" - "Welt am Sonntag"19:37 - "Azərbaycan bizə kömək oldu" - Pezeşkian19:35 - 10 milyon dövriyyəsi olan mərc şəbəkəsi ifşa edildi - VIDEO

03 avqust

11:52 - Kimin evində varsa, varlanacaq - Heç belə qiymətə olmamışdı11:49 - Azərbaycan ən güclü hərbi donanmaya sahib olub - "Forbes"11:46 - Azərbaycan Rusiyadan kibrit idxalını artırıb - Qiymət 21% bahalaşıb

30 iyul

11:35 - Veysəloğlu Şirkətlər Qrupunun sponsorluğu ilə şəhid övladları üçün keçirilən "Zəfər" Amerika Yay Düşərgəsi uğurla başa çadı - FOTOLAR