Tağı Əhmədov ödənişi gecikdirdiyi üçün ondan borc alan şəxsi döyüb

13 sentyabr, 2021 16:40

“Bakı Metropoliteni”nin sabiq rəisi Tağı Əhmədovun 2 milyon manat pulunu sələmə verərək qazanc əldə etməkdə adı hallanır.

“Azsiyaset” xəbər verir ki, T.Əhmədovun mərmər biznesi ilə məşğul olan şəxslərə faizlə pul verdiyi iddia olunur.

Qazaxıstandan Azərbaycana mərmər gətirilməsi ilə məşğul olan Səadət Xəlilov, Sahil Abuşov və Qulu Muxtarov hazırda dələduzluqda ittiham olunurlar və onların işinə Bakı Ağır Cinayətlər Məhkəməsində baxılır.

Zərərçəkmiş şəxs isə Tağı Əhmədovun yaxın dostu, AMEA Riyaziyyat və Mexanika İnstitutunun direktor müavini, professor Soltan Əliyevdir.

Sahil Abuşov məhkəməyə ifadəsində bildirib ki, onlara sələm verən şəxs Tağı Əhmədov olub: “Biz mərmər biznesi ilə məşğul olurduq. Qazaxıstandan Azərbaycana mal gətirirdik. Bizə işləri görmək üçün pulu Səadət müəllim verirdi, o da pulları Tağı Əhmədovdan sələmə götürürdü. Tağı müəllim ona aylıq 1.5-2 faizlə pul verirdi. Üç dəfə ondan pul götürmüşük. Pulları Yasamalda YAP-ın binasının yanında götürürdük. Səadət və Soltan içəri girib pulları götürürdü, sonra çıxıb bizə verirdilər”.

Vaxtilə Bakı Şəhər Baş Polis İdarəsində əməliyyat müvəkkili olan Qulu Muxtarov Səadət Xəlilovla dost olduqlarını bildirib: “Səadət mərmər alveri edirdi. Bir dəfə mənə dedi ki, Tağı Əhmədovla yaxın əlaqəsi olan Soltan adında dostu var. Dedi ki, Tağı müəllim pul buraxacaq, onlar da böyük işlər görəcəklər. Soltanı da Səadətə görə tanımışam, onlar birlikdə iş görürdü. Arabir ofislərinə gedib-gəlirdim. Bir dəfə söhbət əsnasında eşitdim ki, onlara pul lazımdır. Həmin vaxtı Əli adında başqa bir dostum müalicəyə ehtiyacı olduğu üçün özündə olan qiymətli daşı satırdı. Daşın qiyməti isə 1 milyon dollar idi. Səadət təklif elədi ki, daşı almaqda vasitəçilik edim, arada mənim də xeyrim olacaqdı. Səadətgil daşı girov qoyub yenidən sələmə pul götürəcəkdilər. Daşın pulunu isə bir müddət sonra alverdən gələn qazancdan verəcəkdilər. Mən də razılaşıb dostumla danışdım. Dostum etibar edib daşı mənə verdi, mən də Səadətə verdim. Dedikləri kimi daşı girov qoyub pul götürdülər. Amma daşa görə cəmi 350 min manat pul ödədilər, qalan hissə ödənilmədi. Sonra daşın aqibətindən xəbərim olmayıb”.

Qulu Muxtarov bildirib ki, Səadət və Soltan Tağı Əhmədova verilməli olan faizləri gecikdirirdi, buna görə də aralarında problemlər yaranmışdı:

“Onların Tağı Əhmədovdan 3 dəfə pul götürdüklərini bilirəm, 200 min manat bir, 850 min manat bir, 750 min manat da bir. Bir dəfə faizi ödəməyə gedəndə mən də onlarla getdim. Tağı müəllim hər adamı qəbul eləməzdi, amma mən vaxtilə Beynəlxalq Bankın rəhbəri olmuş Cahangir Hacıyevin mühafizəçisi olmuşdum.

Tağı Əhmədovun onunla arası yaxşı olduğu üçün məni içəri buraxdı. Bir müddət sonra Səadətin işlərində problemlər yarandı və Tağı müəllimin faizlərini ödəyə bilmədilər. Soltan deyirdi ki, bunlar məni Tağı müəllimin yanında biabır ediblər”.

Qulu Muxtarovun sözlərinə görə, hətta Tağı Əhmədov ödənişi gecikdirdiyi üçün Səadət Xəlilovu yanına çağıraraq döyüb:

“Bir dəfə ofisə getdim. Soltan tək oturmuşdu, dedi ki, “Səadət Tağı müəllimlə görüşməyə gedib, zəng elə gör, haradadır”. Səadətə zəng vurub harada olduğunu soruşdum. Dedi, “harada olacam, cəhənnəmdə, Tağı müəllim məni döyüb biabır elədi”.

Növbəti proses sentyabrın 17-ə təyin olunub.

Qeyd edək ki, Tağı Əhmədov 1998-2014-cü ildə “Bakı Metropoliteni”nin rəisi olub. Uzun müddət YAP-ın Yasamal rayon təşkilatına rəhbərlik edən Əhmədov sentyabrın 10-da bu vəzifədən azad edilib. 

07 oktyabr

11:09 - "Neftin qiyməti 200 dollar olacaq" - "Financial Times"11:06 - Azad edilmiş ərazilərimizdə 32 kütləvi məzarlıq tapılıb11:05 - Azərbaycanı təhqir edən hesablar bağlanmalıdır

01 oktyabr

09:52 - Qondarma rejimin "televiziyası" bağlandı09:45 - Sumqayıtda 13 tibb işçisi bir gündə işdən çıxarılıb - Ölkədə ixtisar müəmması davam edir

29 sentyabr

19:07 - Döyüşdə iştirak edən hərbçilərə ikiqat ödəniş müddəası çıxarılır

27 sentyabr

17:24 - "Onun arvadını hamı tanıyır" - Zaxarova17:14 - Azərbaycana qarşı kampaniyaya qoşulan türkiyəli professor üzr istədi17:11 - ABŞ-nin daha bir məxfi silahı İranın əlinə keçdi17:09 - Husilərə görə Ər-Riyadda məktəblər bağlandı

21 sentyabr

13:05 - Veysəloğlu Şirkətlər Qrupu Qarabağda təhsilin inkişafına dəstək verəcək - FOTOLAR11:22 - Təhsildəki mafiya - Bu dəfə 3 milyonluq olimpiada biznesini araşdırdıq11:18 - Azərbaycana yük gətirib, yük aparan ölkələrin siyahısı

14 sentyabr

13:55 - Polşa da müharibəyə cəlb olunur? 13:43 - İranda minlərlə insan ölkənin müdafiəsinə qoşulur13:28 - İrəvan Azərbaycan qazından asılı qalacaq13:25 - Vüsal Şilderin qətli ilə bağlı məhkəmə başladı

09 sentyabr

11:21 - Avropanın yeni sağını kim formalaşdırır: Tramp, Bannon və İsrail detalı gündəmdə - "Milliyet"11:16 - İran F-35-lərin olduğu bazanı vurdu 11:14 - "Paşinyan qorxduğu üçün..." - Zatulindən açıqlama

17 avqust

12:03 - "Türkiyəni satın alaram" deyən iş adamı həbs edildi - Evindən narkotik tapıldı12:00 - Ermənistan Azərbaycana 17 milyon dollar ödədi

13 avqust

17:56 - Avtomobil idxalı kəskin azaldı, qiymətlər isə artdı

10 avqust

19:43 - "Avropa Rusiyadan qaz idxalını artırır" - "Welt am Sonntag"19:37 - "Azərbaycan bizə kömək oldu" - Pezeşkian19:35 - 10 milyon dövriyyəsi olan mərc şəbəkəsi ifşa edildi - VIDEO

03 avqust

11:52 - Kimin evində varsa, varlanacaq - Heç belə qiymətə olmamışdı11:49 - Azərbaycan ən güclü hərbi donanmaya sahib olub - "Forbes"11:46 - Azərbaycan Rusiyadan kibrit idxalını artırıb - Qiymət 21% bahalaşıb

30 iyul

11:35 - Veysəloğlu Şirkətlər Qrupunun sponsorluğu ilə şəhid övladları üçün keçirilən "Zəfər" Amerika Yay Düşərgəsi uğurla başa çadı - FOTOLAR