"Rusiya niyə Qarabağa öz sülhməramlılarını göndərdi?.." - Kerri Kavano, keçmiş amerikalı həmsədr bəzi məqamları açıqladı

13 sentyabr, 2021 17:05

10 noyabr 2020-ci il üçtərəfli bəyanatında yer alan qalan bütün elementlərdən fərqli olaraq Qarabağda Rusiya sülhməramlı qüvvələrinin yerləşdirilməsi ATƏT-in Minsk Qrupu çərçivəsində əvvəllər aparılan danışıqların tərkib hissəsi olmayıb.  

Azsiyaset.com virtualaz.org-a istinadla xəbər verir ki, bunu Minsk Qrupunun keçmiş amerikalı həmsədri Kerri Kavano (1999-2001) “Azadlıq” radiosunun erməni xidmətinə müsahibəsində deyib.

Kerri Kavano Azərbaycan və Ermənistanın sülh razılaşmasına yaxınlaşdıqları 2001-ci il Ki-Uest danışıqlarında iştirak edib. Habelə 1999-cu ilin sentyabrında Yerevanda parlament binasında törədilmiş terror aktı zamanı ABŞ dövlət katibinin köməkçisi Stroub Telbottla birlikdə Qarabağa dair sülh planını müzakirə etmək üçün regiona səfər etmişdi.

Keçmiş diplomat deyir ki, o vaxt parlamentdə törədilən terror aktı ictimai etimadı sarsıdan əsas amil oldu. “Qarabağa dair sülh planının gələcəkdə reallaşması işində mühüm rol oynaya biləcək bir neçə mühüm şəxs öldürüldü”,-Kavano xatırladıb.

“Həmin gün mən Amerika nümayəndə heyətinin tərkibində Ermənistanda idim. Səhər saatlarında biz prezident iqamətgahında prezidentlə, baş nazirlə, xarici işlər naziri ilə görüşdük. Oradan aeroporta getdik və Ankaraya uçduq. Ankaraya çatanda eşitdik ki, erməni parlamentini gülləbaran ediblər, baş nazir və parlamentin spikeri öldürülüb”,-keçmiş amerikalı həmsədr bildirib.

Onun sözlərinə görə, həmin gün Azərbaycan və Ermənistan liderləri arasında ciddi müzakirələr gedirdi. Lakin bu müzakirələrin detalları ictimaiyyətə qapalı idi. Amma Kavano həmin müzakirələrin təfərrüatlarını açıqlamaq istəməyib, deyib ki, bunun üçün yaxşı məqam deyil, çünki tərəflər danışıqlar masası arxasında mümkün kompromislərə qayıda bilərlər.

“Minsk Qrupunda müzakirələr bu yöndə gedirdi ki, əgər sülhməramlılar və ya müşahidəçilər nə qonşu ölkələri, nə həmsədr ölkələri təmsil etməsələr bu ən yaxşı həll yolu olacaq. Fikrimcə Rusiya bununla tam razı idi, çünki məsələyə siyasi baxımdan ən sərfəli yanaşma bu idi. Rusiya ötən ilin payızında niyə öz sülhməramlılarını göndərdi? Fikrimcə bu, təhlükənin dərəcəsi, erməni tərəfinin nəzarətində olan əraziləri itirmə sürəti və Şuşa ətrafında hadisələrin sürətlə inkişaf etməsi ilə bağlı idi”,-Kerri Kavano qeyd edib.

07 oktyabr

11:09 - "Neftin qiyməti 200 dollar olacaq" - "Financial Times"11:06 - Azad edilmiş ərazilərimizdə 32 kütləvi məzarlıq tapılıb11:05 - Azərbaycanı təhqir edən hesablar bağlanmalıdır

01 oktyabr

09:52 - Qondarma rejimin "televiziyası" bağlandı09:45 - Sumqayıtda 13 tibb işçisi bir gündə işdən çıxarılıb - Ölkədə ixtisar müəmması davam edir

29 sentyabr

19:07 - Döyüşdə iştirak edən hərbçilərə ikiqat ödəniş müddəası çıxarılır

27 sentyabr

17:24 - "Onun arvadını hamı tanıyır" - Zaxarova17:14 - Azərbaycana qarşı kampaniyaya qoşulan türkiyəli professor üzr istədi17:11 - ABŞ-nin daha bir məxfi silahı İranın əlinə keçdi17:09 - Husilərə görə Ər-Riyadda məktəblər bağlandı

21 sentyabr

13:05 - Veysəloğlu Şirkətlər Qrupu Qarabağda təhsilin inkişafına dəstək verəcək - FOTOLAR11:22 - Təhsildəki mafiya - Bu dəfə 3 milyonluq olimpiada biznesini araşdırdıq11:18 - Azərbaycana yük gətirib, yük aparan ölkələrin siyahısı

14 sentyabr

13:55 - Polşa da müharibəyə cəlb olunur? 13:43 - İranda minlərlə insan ölkənin müdafiəsinə qoşulur13:28 - İrəvan Azərbaycan qazından asılı qalacaq13:25 - Vüsal Şilderin qətli ilə bağlı məhkəmə başladı

09 sentyabr

11:21 - Avropanın yeni sağını kim formalaşdırır: Tramp, Bannon və İsrail detalı gündəmdə - "Milliyet"11:16 - İran F-35-lərin olduğu bazanı vurdu 11:14 - "Paşinyan qorxduğu üçün..." - Zatulindən açıqlama

17 avqust

12:03 - "Türkiyəni satın alaram" deyən iş adamı həbs edildi - Evindən narkotik tapıldı12:00 - Ermənistan Azərbaycana 17 milyon dollar ödədi

13 avqust

17:56 - Avtomobil idxalı kəskin azaldı, qiymətlər isə artdı

10 avqust

19:43 - "Avropa Rusiyadan qaz idxalını artırır" - "Welt am Sonntag"19:37 - "Azərbaycan bizə kömək oldu" - Pezeşkian19:35 - 10 milyon dövriyyəsi olan mərc şəbəkəsi ifşa edildi - VIDEO

03 avqust

11:52 - Kimin evində varsa, varlanacaq - Heç belə qiymətə olmamışdı11:49 - Azərbaycan ən güclü hərbi donanmaya sahib olub - "Forbes"11:46 - Azərbaycan Rusiyadan kibrit idxalını artırıb - Qiymət 21% bahalaşıb

30 iyul

11:35 - Veysəloğlu Şirkətlər Qrupunun sponsorluğu ilə şəhid övladları üçün keçirilən "Zəfər" Amerika Yay Düşərgəsi uğurla başa çadı - FOTOLAR