"Xankəndidə yaşayan erməniləri kommunal xidmətlərlə təmin etməliyik"

16 sentyabr, 2021 13:25

“Rusməramlıların Xankəndi və ətrafından yaxın illərdə çəkilməsini təmin etmək üçün əzəli torpaqlarımızda yaşayan erməni əsilli azərbaycanlılarla, bizim vətəndaşlarla birbaşa təmasa keçməliyik, onların ölkəyə inteqrasiyası üçün çalışmalıyıq. Bunun yollarından biri də Xankəndi və ətrafında yaşayan erməni əsilli vətəndaşlarımızı kommunal xidmətlərlə təmin etməkdir”.

“Azsiyaset” xəbər verir ki, bu fikirləri "Respublikaçı Alternativ" (REAL) partiyasının icra katibi Natiq Cəfərli sosial şəbəkədə paylaşıb.

O bildirib ki, bu gün həmin bölgəyə işıq, qaz Ermənistandan, su isə ətraf bölgələrdən gəlir:

“Bizim Ermənistanla hələ ki, heç bir rəsmi münasibətlərimiz, müqavilələrimiz yoxdur. Faktiki olaraq Ermənistan qaçaq yolla ərazimizə elektrik enerjisi və qaz ötürür.

Yəni, heç bir rəsmi müqavilələr olmadan ərazimizdə kommunal xidmət göstərir. Bu yolverilməzdir. Azərbaycan dövləti Xankəndi və ətrafında yaşayan vətəndaşlarımızı elektrik enerjisi, qaz və su ilə təminatını öz üzərinə götürməlidir.

Ermənistandan gələn xətlər kəsilməli, əvəzində bizim “Azəriqaz”, “Azərsu”, “Azərenerji” Xankəndi və ətrafına yeni kommunikasiya xətləri çəkməli, erməni əsilli vətəndaşlarımızı həmin xətlərə qoşmalıdır. Sayğacların quraşdırılması və əhalinin siyahıya alınması baş verməlidir, ödənişlər üçün Xankəndi və digər yaşayış məntəqələrimizdə ödəniş aparatları qurulmalı, manatla ödənişlərin qəbuluna başlanmalıdır. Hətta, Xankəndi və ətrafında yaşayan təqaüd yaşında olan erməni əsilli vətəndaşlarımıza pensiya ayrılmalı, onlara bank kartları paylanılmalı, ərazidə bankomatlar quraşdırılmalıdır”.

Belə addımlarla Xankəndi və ətrafında yaşayan erməni əsilli vətəndaşların ölkənin kommunikasiya xətlərinə və maliyyə sisteminə inteqrasiya edilməsinin başlanğıcı olacağını deyən Natiq Cəfərli, əgər Ermənistandan qeyri-qanuni gələn xətlər kəsiləcəksə, orada yaşayan insanların bizim sistemə inteqrasiya olmaqdan başqa çarələri qalmayacağını deyir:

“Hə, sual yaranacaq ki, Kreml buna imkan verəcək?! Bu imkanın əldə edilməsinin də yolları var – nəticə etibarı ilə Moskvaya fərq etmir ki, o elektriki, qazı kim təmin edir. Hətta könüllərini pulla almaq üçün Rusiyadan aldığımız qazın, enerjinin həcmini bir az da artıra bilərik. Başqa yollar da var, hər şeyi açıq yazmaq da olmur.

Bunları demişəm və görürəm ki, şərhlərdə pofos qusanlar söyməyə, təhqir etməyə başlayıb, “biz indi erməniyə işıq-qaz verək”, “bu nə danışır, ermənipərəstdir”, “bunun başı xarab olub” - hələ mən mədəni şərhlərdən sitatlar gətirdim.

Ölkədə cəmiyyəti düşünməyə imkan verməyən iqtidar, digər tərəfdə isə boğazdan yuxarı pülüyən “siyasətçilər” var. Bu böyük təhlükədir. Başa salırsan ki, a bala, Xankəndində yaşayan erməni əsilli insanlar bizim vətəndaş deyil? Demirsiz ki, Xankəndinə nəzarət etməliyik? Dövlət öz vətəndaşına kommunal xidmət göstərməli deyil, təqaüd ödəməli deyil?! İstəmirsiz rusməramlılar oradan çıxsın?! Bunun tək yolu erməni əsilli vətəndaşlarımızın ölkəyə inteqrasiyasıdır! Başqa nə yol təklif edirsiz?! Siyasət məsuliyyətli işdir, bacarıq, elm, analitik düşüncə tələb edir. Bəziləri elə bilir ki, siyasət qışqırmaqdır, pafos qusmaqdır, yekə-yekə danışmaqdır".

07 oktyabr

11:09 - "Neftin qiyməti 200 dollar olacaq" - "Financial Times"11:06 - Azad edilmiş ərazilərimizdə 32 kütləvi məzarlıq tapılıb11:05 - Azərbaycanı təhqir edən hesablar bağlanmalıdır

01 oktyabr

09:52 - Qondarma rejimin "televiziyası" bağlandı09:45 - Sumqayıtda 13 tibb işçisi bir gündə işdən çıxarılıb - Ölkədə ixtisar müəmması davam edir

29 sentyabr

19:07 - Döyüşdə iştirak edən hərbçilərə ikiqat ödəniş müddəası çıxarılır

27 sentyabr

17:24 - "Onun arvadını hamı tanıyır" - Zaxarova17:14 - Azərbaycana qarşı kampaniyaya qoşulan türkiyəli professor üzr istədi17:11 - ABŞ-nin daha bir məxfi silahı İranın əlinə keçdi17:09 - Husilərə görə Ər-Riyadda məktəblər bağlandı

21 sentyabr

13:05 - Veysəloğlu Şirkətlər Qrupu Qarabağda təhsilin inkişafına dəstək verəcək - FOTOLAR11:22 - Təhsildəki mafiya - Bu dəfə 3 milyonluq olimpiada biznesini araşdırdıq11:18 - Azərbaycana yük gətirib, yük aparan ölkələrin siyahısı

14 sentyabr

13:55 - Polşa da müharibəyə cəlb olunur? 13:43 - İranda minlərlə insan ölkənin müdafiəsinə qoşulur13:28 - İrəvan Azərbaycan qazından asılı qalacaq13:25 - Vüsal Şilderin qətli ilə bağlı məhkəmə başladı

09 sentyabr

11:21 - Avropanın yeni sağını kim formalaşdırır: Tramp, Bannon və İsrail detalı gündəmdə - "Milliyet"11:16 - İran F-35-lərin olduğu bazanı vurdu 11:14 - "Paşinyan qorxduğu üçün..." - Zatulindən açıqlama

17 avqust

12:03 - "Türkiyəni satın alaram" deyən iş adamı həbs edildi - Evindən narkotik tapıldı12:00 - Ermənistan Azərbaycana 17 milyon dollar ödədi

13 avqust

17:56 - Avtomobil idxalı kəskin azaldı, qiymətlər isə artdı

10 avqust

19:43 - "Avropa Rusiyadan qaz idxalını artırır" - "Welt am Sonntag"19:37 - "Azərbaycan bizə kömək oldu" - Pezeşkian19:35 - 10 milyon dövriyyəsi olan mərc şəbəkəsi ifşa edildi - VIDEO

03 avqust

11:52 - Kimin evində varsa, varlanacaq - Heç belə qiymətə olmamışdı11:49 - Azərbaycan ən güclü hərbi donanmaya sahib olub - "Forbes"11:46 - Azərbaycan Rusiyadan kibrit idxalını artırıb - Qiymət 21% bahalaşıb

30 iyul

11:35 - Veysəloğlu Şirkətlər Qrupunun sponsorluğu ilə şəhid övladları üçün keçirilən "Zəfər" Amerika Yay Düşərgəsi uğurla başa çadı - FOTOLAR