Dövlət rusca təhsilə niyə pul xərcləyir? - Azərbaycan MDB ölkələrindən nümunə götürəcəkmi?

18 sentyabr, 2021 10:47

Azərbaycanda dövlət təhsil müəssisələrində rus dilinin tədris edilməsi zaman-zaman tənqid olunur. Sosial şəbəkələrdə, KİV-də çıxış edən ekspertlər digər postsovet ölkələrinin təcrübəsini örnək gətirərək, rus dilində təhsilin ləğv olunmasını təklif edirlər.

Qeyd edək ki, MDB ölkələrindən Ermənistan, Gürcüstan, Ukrayna və Qazaxıstan artıq rus dilində təhsildən imtina ediblər.

Statistikaya görə, Azərbaycanda rus dilində təhsil alanların sayı ildən-ilə artır. Əgər 2019-cu ildə bu rəqəm 90 min nəfər idisə, hazırda 130 minə yaxındır. Bu il ilk dəfə məktəbə gedən şagirdlərin arasında rus dilində təhsilə başlayanların sayı isə 15 mindir. Bu, ölkə üzrə bütün birincilərin təxminən 10 faizini təşkil edir. Müraciətlərin sayı isə qəbuldan iki dəfə yüksək olub, rus bölməsində təhsil almaq üçün məkətəblərə 30 minə yaxın müraciət ünvanlanıb.

Rus dilinə dövlət tərəfindən bu qədər önəm verilməsi ölkədə ona olan tələbatla izah edilir. Bu gün əksər iş yerlərində ana dilindən başqa rus dilini bilmək də tələb olunur, iş tapmaq üçün rusca danışmaq vacib amilə çevrilib. Hatta beynəlxalq dil olan ingilis dilinə ehtiyac ondan sonra gəlir.

Rus və Azərbaycan sektorlarında dərs demiş Mərcan Vəliyeva deyir ki, Azərbaycan məktəblərində oxuyanlar daha savadlıdırlar. Müəllimin sözlərinə görə, sovet dövründə rus məktərində güclü təhsil verilirdi, amma indi bu belə deyil:

"İstər sovet dövründə, istərsə də hazırkı rusdilli məktəblərdə oxuyan uşaqların əksəriyyətində dövlət və millət sevgisi aşağıdır..."

21 ildir məktəblərdə hər iki sektorda dərs deyən Arzu İsmayılzadə də iki bölmədə oxuyan şagirlərin savad baxımından fərqləndiyini təsdiqləyir: "Azərbaycan dilində oxuyan savadlı uşaqlarımız çoxdu, amma umumi götürəndə rus dilində oxuyan uşaqların biliyi daha yüksəkdir".

Bu barədə vətəndaşların da fikirləri müəllimlərdə olduğu kimi müxtəlifdir.

Orxan Zeynalov azpolitika.info-ya bildirib ki, Azərbaycanda rus dilinin hər hansı xarici dildən zərrə qədər üstünlüyü olmamalıdır. O, belə məktəblərin sayının azaldılmasını arzulayır.

Pərvanə Hüseynova isə deyir ki, iş üçün CV göndərdiyi müəssisələrin əksəriyyəti rus dili biliyi tələb edir. "Bu gün valideyn bilmir ki, uşağını hansı bölmə üzrə məktəbə qoysun ki, gələcəkdə övladı onun kimi eyni problemlərlə qarşılaşmasın", - deyə o fikirlərinə əlavə edir.

Zərifə Quliyeva hesab edir ki, rus bölməsində təhsil almadan da o dili mükəmməl öyrənmək olar: "Evdə, küçədə, mağazalarda insanlar ana dilimizdə danışmalıdır. Rus dilində olan məktəblər özəlləşdirilməli və ödənişli olmalıdır".

Rəsul Əmiraslanov isə məsələyə fərqli yanaşır. Onun sözlərinə görə, ölkədə rus dilinin yaxşı mənimsənilməsi informasiya müharibəsində bizim xeyrimizə olub. O, rusdilli məktəblərin mövcudluğunun cəmiyyətdə normal qarşılanmalı olduğunu vurğulayır.

İlqar Hüseyinov bildirir ki, Azərbaycan vətəndaşlarının vergisi hesabına maliyyələşən rusdilli məktəbləri xalqın əksər hissəsi istəmir. "Bu da Rusiyanın bizə qarşı olan qərəzli siyasətindən irəli gəlir. Nəyə görə Rusiyada yaşayan 1 milyondan çox azərbaycanlı üçün məktəb yoxdur?" - o sual edir.

Sözügedən məsələylə bağlı Təhsil Nazirliyindən azpolitika.info-nun sorğusuna cavab olaraq bildirildi ki, hazırda cari il üçün rusdilli məktəblərdə 1-ci sinifə qəbul aparılır. Növbəti illərdə bununla bağlı hər hansısa qərar olarsa, ictimaiyyətə açıqlama veriləcək.

Təhsil eksperti Kamran Əsədov problemi azpolitika.info-ya şərh edərkən deyib ki, hazırda rus dilində təhsilə dəb kimi yanaşanlar az deyil. "Onların çoxu elə bilir ki, rus dilində təhsil alsalar, daha intellektual olacaqlar. Ancaq bu belə deyil. Əvvəla, indi intellektli müəllimlərin sayı çox azdır. Məncə, uşaqların rus dilində təhsil almalarındansa, ingilis dilinə üstünlük vermələri daha məqsədəuyğundur. Rus dilini əlavə dil bilmək xətrinə öyrənmək olar. Ümumi tədrisi rus dilində almağa can atmaq düzgün deyil. Xüsusən, əgər uşaq Azərbaycanda yaşayıb işləyəcəksə, öz dilində təhsil almalıdır. Ancaq əlavə dilləri mənimsəsə, gələcəyi üçün yaxşı olar", -deyə ekspert vurğulayıb.

K.Əsədov xatırladır ki, hazırda ümumilikdə orta məktəblərin 7,6%-də təhsil rus dilindədir, yəni 4472 orta məktəbin 340-ı rus məktəbidir: "Bu məktəblərdə 90 min şagird oxuyur. Bu isə o deməkdir ki, ümumilikdə təhsil alan uşaqların 6,3%-i rus dilində təhsil alır. Doğrudur, orta məktəblərdə 450 min uşağa rus dili xarici dil kimi tədris edilir. Bu isə ümumi şagirdlərin 32%-i deməkdir. Valideynlər hər zaman övladları üçün daha yaxşı mühit axtarırlar. Onlar istəmirlər ki, uşaqları təhsilini keyfiyyətsiz kitablardan alsın. Ruslarda həm illüstrasiya, həm də məna baxımından kitab məsələsinə daha ciddi yanaşma var. Bu amillər də tədrisin keyfiyyətinə böyük təsir edir".

Həmsöhbətimiz sonda qeyd edir ki, öncə Azərbaycan dilində tədrisin keyfiyyətini yüksəltməliyik. Həmçinin rus sektorunda Azərbaycan dilinin tədrisinə nəzarət olunmalıdır: "Rus bölməsində oxuyan şagirdlər də Azərbaycan dilini mükəmməl bilməlidirlər. Rus bölməsinin sayının artmasını faciəyə çevirməyə ehtiyac yoxdur. Hər bir insan nə qədər çox dil bilirsə, bir o qədər də onun üçün yaxşıdır. İnformasiya məkanında da bu dildə məlumat kifayət qədər çoxdur. Ona görə də düşünürəm ki, tam vətəndaş yetişdirmək üçün rus bölməsində də təhsilə ehtiyac var".

Milli Məclisin deputatı Vahid Əhmədov məsələylə bağlı mediaya açıqlamasında rusdilli məktəblərin ölkədə çoxalmasının tərəfdarı olmadığını bildirib: “Düzdür, Azərbaycan-Rusiya münasibətlərində bu məktəblərin olmasının da müəyyən qədər rolu olub. Ancaq artıq zaman dəyişib. Biz gördük ki, 30 ildə Rusiya faktiki olaraq Azərbaycanın Qarabağ problemini həll etməyə mane oldu, ancaq biz onlarla həmişə yaxşı münasibətdə olmuşuq. Cənab Prezident onları yüksək səviyyədə qəbul edib, sazişlər, strateji müqavilələr imzalanıb. Onlar bizim qonşumuzdur. Amma bizim milli mənsubiyyətimiz, Konstitusiyamız var. Bizdə əsas olan dövlət dilidir. Ola bilsin rus dilinə, ingilis dilinə də maraq olsun. Ancaq dövlət səviyyəsində burada ehtiyatlı olmaq lazımdır. Əgər Rusiya Qarabağ probleminin həllində bizə yardım edən dövlət deyilsə, onun məktəblərinin sayını burada niyə genişləndirməliyik ki?"

Xatırladaq ki, "Dövlət dili haqqında" Qanunun 5.1, 5.2, 5.3-cü maddələrinə əsasən, Azərbaycanda təhsil dövlət dilində aparılır. Ölkədə başqa dillərdə təhsil müəssisələrinin fəaliyyəti qanunvericiliklə müəyyən edilmiş qaydada həyata keçirilir. Belə müəssisələrdə dövlət dilinin tədrisi məcburidir. Ali və orta peşə-ixtisas təhsili müəssisələrinə qəbul zamanı "Azərbaycan dili" fənnindən imtahan verilməlidir.

25 iyun

19:16 - "ABŞ memorandumun iki bəndini pozub" - İran

19 iyun

11:29 - "Veysəloğlu" nümayəndə heyəti "Şölen"in Qaziantepdəki yeni zavodunun açılışında iştirak edib

16 iyun

17:17 - Veysəloğlu Şirkətlər Qrupu "Süni Zəka Dövründə Liderlik" mövzusunda forum keçirib - FOTOLAR

12 iyun

14:14 - Veysəloğlu Şirkətlər Qrupu AYİB-in 35-ci İllik Toplantısı və Biznes Forumunda təmsil olunub - FOTO

06 iyun

19:24 - "Ermənistan Rusiyasız mövcud ola bilməz" - Samvel Ayvazyan19:20 - "Azərbaycanda sülh sazişi imazalanmalı, Türkiyə ilə sərhəd açılmalıdır"19:17 - Azərbaycanda bank rəhbərləri nə qədər qazanır: İllik 20 milyonu keçir - SİYAHI19:15 - Paşinyanın partiyası seçkilərdə qalib gəldi

30 may

13:27 - Neft bazarında kəskin eniş - Bakı neftinin qiyməti belə dəyişdi13:23 - İranın Trampdan tələb etdiyi şərt..13:20 - Rusiyanın Ermənistandakı səfiri Moskvaya çağırıldı

18 may

19:12 - "Araz" supermarketlər şəbəkəsi yeni nəsil Tədarükçü Əməkdaşlıq Platformasını təqdim edib - FOTOLAR

16 may

18:42 - Azərbaycanın neft ixrac etdiyi ölkələr - SİYAHI18:37 - Avropa texnologiyaları gizli yollarla Rusiyaya ötürülüb?18:31 - Prezident WUF13-də çıxış edir - VİDEO/FOTOLAR

12 may

14:15 - "Azərbaycanla zəifləyən mədəni əlaqələri yenidən canlandırmağın vaxtıdır" - Rusiya XİN14:13 - Anklavlarla bağlı bir neçə variant nəzərdən keçirilir14:12 - Azərbaycan iqtisadiyyatı cüzi böyüdü14:10 - Veysəloğlu Şirkətlər Qrupunun rəhbər heyəti Fəxri xiyabanda Ümummilli Liderin xatirəsini anıb - FOTOLAR

28 aprel

15:04 - Ölkə başçısı Bəxtiyar Allahverdini "Tərəqqi" medalı ilə təltif edib14:56 - Prezidentdən 5 dövlət qurumuna tapşırıq - SİYAHI14:54 - Ermənistan bu kəndi Gürcüstana verib?14:47 - Zelenski İsraili sanksiyalarla hədələyib14:28 - "Senior Talks" layihəsinin davamı: Aydın Veysəloğlu ADA tələbələri ilə yenidən görüşdü - FOTOLAR

27 aprel

13:10 - İranın gizli gücü - Rusiya sabitliyin əsas səbəbini açıqladı13:05 - Pakistan və İrandan mühüm iqtisadi addım - Yeni tranzit dəhlizi açıldı13:01 - Azərbaycanla sərhədin delimitasiyası tezliklə davam etdiriləcək - Paşinyan

13 aprel

12:22 - Azərbaycana gəlmiş ermənilərlə görüşdən nə əldə edildi? 12:18 - 300 milyonluq uyğunsuzluq12:12 - Paşinyan və Qarabağ ermənisinin söhbəti - "Belə də davam edin"