İranın narkotik terroru davam edir: Yarım tondan çox heroin aşkarlandı - FOTOLAR

20 sentyabr, 2021 17:01

Gömrükçülərin keçirdiyi əməliyyat nəticəsində 527 kiloqramdan artıq narkotik vasitə - heroinin ölkənin gömrük sərhədindən qaçaqmalçılıq yolu ilə keçirilməsi cəhdinin qarşısı alınıb.

Belə ki, Biləsuvar gömrük postunda Azərbaycan ərazisindən tranzit keçməklə İran İslam Respublikasından Latviya Respublikasına “kimyəvi maddə və quruducu qatqı” yükü aparan İran İslam Respublikası vətəndaşı Sıasatı Ashkan Bahmanın idarə etdiyi “Renault” markalı “JJ056WW/FF106T” dövlət nömrə nişanlı yük avtomobili saxlanılıb və gömrük nəzarətinə cəlb edilib.

Sürücü idarə etdiyi nəqliyyat vasitəsində gömrük orqanına bəyan edilməli hər hansı predmetin, o cümlədən narkotik və psixotrop maddələrin olmadığını bildirsə də kinoloji xidmət iti xüsusi işarələrlə avtomobilin qoşqusuna reaksiya verib və yük avtomobilində əsaslı yoxlama aparılıb.

Nəticədə, avtomobildə olan paletlərdəki 105 ədəd 10 litrlik metal qabların hər birinin içərisində 1 ədəd olmaqla, ümumilikdə 105 ədəd şəffaf paketə qablaşdırılmış maye halında, tünd qəhvəyi rəngli, spesifik qoxu ilə müşayiət olunan narkotik vasitə - heroin aşkar edilib. Baxış zamanı paketlər elektron tərəzidə çəkilib və təqribi çəkisinin 527 kq 600 qram olduğu müəyyənləşib.

Aparılan təhlillər onu göstərir ki, narkotik qaçaqmalçılığı ilə məşğul olan cinayətkar qruplar əvvəllər Azərbaycanın işğal altında olan nəzarətsiz torpaqlarından rahat şəkildə tranzit marşrut kimi istifadə edərək məqsədlərinə çatırdılar. Azərbaycan öz ərazi bütövlüyünü təmin etdikdən sonra “rahat marşrut”ları əldən çıxan cinayətkarlar  öz çirkin əməllərini gerçəkləşdirmək üçün narkotikləri digər marşrutlardan-dövlət sərhədinin mühafizə olunan hissəsindəki gömrük-sərhəd buraxılış məntəqələrindən keçirməyə cəhd göstərirlər. Lakin gömrükçülərin sayıqlığı nəticəsində bu kimi cəhdlərin qarşısı qətiyyətlə alınır və narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə tədbirləri davam etdirilir.

Faktla bağlı araşdırma aparılır.

07 oktyabr

11:09 - "Neftin qiyməti 200 dollar olacaq" - "Financial Times"11:06 - Azad edilmiş ərazilərimizdə 32 kütləvi məzarlıq tapılıb11:05 - Azərbaycanı təhqir edən hesablar bağlanmalıdır

01 oktyabr

09:52 - Qondarma rejimin "televiziyası" bağlandı09:45 - Sumqayıtda 13 tibb işçisi bir gündə işdən çıxarılıb - Ölkədə ixtisar müəmması davam edir

29 sentyabr

19:07 - Döyüşdə iştirak edən hərbçilərə ikiqat ödəniş müddəası çıxarılır

27 sentyabr

17:24 - "Onun arvadını hamı tanıyır" - Zaxarova17:14 - Azərbaycana qarşı kampaniyaya qoşulan türkiyəli professor üzr istədi17:11 - ABŞ-nin daha bir məxfi silahı İranın əlinə keçdi17:09 - Husilərə görə Ər-Riyadda məktəblər bağlandı

21 sentyabr

13:05 - Veysəloğlu Şirkətlər Qrupu Qarabağda təhsilin inkişafına dəstək verəcək - FOTOLAR11:22 - Təhsildəki mafiya - Bu dəfə 3 milyonluq olimpiada biznesini araşdırdıq11:18 - Azərbaycana yük gətirib, yük aparan ölkələrin siyahısı

14 sentyabr

13:55 - Polşa da müharibəyə cəlb olunur? 13:43 - İranda minlərlə insan ölkənin müdafiəsinə qoşulur13:28 - İrəvan Azərbaycan qazından asılı qalacaq13:25 - Vüsal Şilderin qətli ilə bağlı məhkəmə başladı

09 sentyabr

11:21 - Avropanın yeni sağını kim formalaşdırır: Tramp, Bannon və İsrail detalı gündəmdə - "Milliyet"11:16 - İran F-35-lərin olduğu bazanı vurdu 11:14 - "Paşinyan qorxduğu üçün..." - Zatulindən açıqlama

17 avqust

12:03 - "Türkiyəni satın alaram" deyən iş adamı həbs edildi - Evindən narkotik tapıldı12:00 - Ermənistan Azərbaycana 17 milyon dollar ödədi

13 avqust

17:56 - Avtomobil idxalı kəskin azaldı, qiymətlər isə artdı

10 avqust

19:43 - "Avropa Rusiyadan qaz idxalını artırır" - "Welt am Sonntag"19:37 - "Azərbaycan bizə kömək oldu" - Pezeşkian19:35 - 10 milyon dövriyyəsi olan mərc şəbəkəsi ifşa edildi - VIDEO

03 avqust

11:52 - Kimin evində varsa, varlanacaq - Heç belə qiymətə olmamışdı11:49 - Azərbaycan ən güclü hərbi donanmaya sahib olub - "Forbes"11:46 - Azərbaycan Rusiyadan kibrit idxalını artırıb - Qiymət 21% bahalaşıb

30 iyul

11:35 - Veysəloğlu Şirkətlər Qrupunun sponsorluğu ilə şəhid övladları üçün keçirilən "Zəfər" Amerika Yay Düşərgəsi uğurla başa çadı - FOTOLAR