Tanınmış hərbi-siyasi ekspert Folklor İnstitutunda Zəfər savaşının sirlərindən danışdı - FOTOLAR

20 sentyabr, 2021 19:19

20 sentyabr 2021-ci il tarixində AMEA Folklor İnstitutunda 27 sentyabr – II Qarabağ savaşında həyatını itirən şəhidlərin Anım Günü ilə bağlı “Dastanlaşan şanlı zəfər” adlı tədbir keçirilib.

"Azsiyaset" xəbər verir ki, tədbirə qonaq qismində Azərbaycan Müdafiə Nazirliyinin Hərbi Kəşfiyyat Baş İdarəsinin təqaüddə olan əməkdaşı, “Elmi araşdırmalar” İctimai Birliyinin sədri, hərbi-siyasi ekspert Telman Qasımov dəvət olunub.

Tədbir iştirakçıları öncə Qarabağ savaşında canlarını fəda edən bütün şəhidlərin xatirəsini bir dəqiqəlik sükutla yad ediblər.

Folklor İnstitutunun direktoru, akademik Muxtar Kazımoğlu-İmanov  tədbiri açaraq, 44 günlük savaşın, bu savaşın sonunda əldə edilən şanlı qələbənin əhəmiyyətindən danışıb.

Alim vurğulayıb ki, Azərbaycan dövləti bu qələbəni ilk öncə şəhidlərin qanı, canı hesabına əldə edib. Azərbaycan tərəfi uzun illər məsələnin siyasi həlli üçün çalışıb, diplomotik danışıqlar aparıb. Bütün dünya qurumları – BMT, ATƏT-in Minsk qrupu və s. bu hadisələrin içində olub. BMT-nin Ermənistanın işğalçılıq siyasəti ilə bağlı dörd qətnaməsi olub, lakin qarşı tərəf bu qətnamələrin heç birini yerinə yetirməyib.

Akademik Muxtar Kazımoğlu-İmanov daha sonra bildirib ki, Anım Günündən başlayan bu qələbə Azərbaycan tarixində yeni bir mərhələnin başlanğıcı olub, ölkəmizin siyasi nüfuzunu, iqtisadi və hərbi güçünü artırmaq üçün geniş imkanlar açıb. 

Sonra söz tədbirə qonaq qismində qatılan hərbi-siyasi ekspert Telman Qasımova verilib.

Dəvət üçün təşəkkürünü bildirən ekspert bildirib ki, ziyalıların qarşısında çıxış etmək və o dövrü əhatə etmək özü də böyük bir məsuliyyət tələb edir. 44 günlük bu müharibəni analiz etdikdə görürük ki, bu prosesdə yaşananların hamısı dövrü mətbuatda öz əksini tapmayıb və tapa da bilməz, çünki bəzi şeylər məxfi saxlanılmalıdır. Qarabağın azadlığı uğrunda müharibəyə hazırlıq işlərinin illər öncədən aktiv şəkildə həyata keçirildiyini vurğulayan Telman Qasımov bildirib ki, qısa müddətdə Azərbaycan ordusu kifayət qədər yeni nəsil silah-sursat və texnika ilə təmin olunub, bütün düşmən postları nəzarətə götürülüb. Hərbi texnika ilə yanaşı, Azərbaycan tərəfinin yüksək döyüş bacarığı, Ali Baş Komandanın iradəsi, gənclərin vətən sevgisi bu müharibədə zəfəri təmin edib.

Ekspert çıxışı zamanı onu da nəzərə çatdırıb ki, bu müharibədə bizim işimiz daşkəsən erməniylə deyil, başkəsən erməniylə olub. O, erməni millətinin genetik baxımdan  torpağa bağlı olmadığını, tarix boyu xaricə köçməyə meyil göstərdiyini də xüsusilə qeyd edib. 
Daha sonra tədbir iştirakçıları mövzu ilə bağlı qonağa çoxsaylı suallar ünvanlayıblar.

Hərbi-siyasi ekspert Telman Qasımov ona verilən sualları ətraflı cavablandıraraq maraqlı məqamları üzə çıxarıb.

07 oktyabr

11:09 - "Neftin qiyməti 200 dollar olacaq" - "Financial Times"11:06 - Azad edilmiş ərazilərimizdə 32 kütləvi məzarlıq tapılıb11:05 - Azərbaycanı təhqir edən hesablar bağlanmalıdır

01 oktyabr

09:52 - Qondarma rejimin "televiziyası" bağlandı09:45 - Sumqayıtda 13 tibb işçisi bir gündə işdən çıxarılıb - Ölkədə ixtisar müəmması davam edir

29 sentyabr

19:07 - Döyüşdə iştirak edən hərbçilərə ikiqat ödəniş müddəası çıxarılır

27 sentyabr

17:24 - "Onun arvadını hamı tanıyır" - Zaxarova17:14 - Azərbaycana qarşı kampaniyaya qoşulan türkiyəli professor üzr istədi17:11 - ABŞ-nin daha bir məxfi silahı İranın əlinə keçdi17:09 - Husilərə görə Ər-Riyadda məktəblər bağlandı

21 sentyabr

13:05 - Veysəloğlu Şirkətlər Qrupu Qarabağda təhsilin inkişafına dəstək verəcək - FOTOLAR11:22 - Təhsildəki mafiya - Bu dəfə 3 milyonluq olimpiada biznesini araşdırdıq11:18 - Azərbaycana yük gətirib, yük aparan ölkələrin siyahısı

14 sentyabr

13:55 - Polşa da müharibəyə cəlb olunur? 13:43 - İranda minlərlə insan ölkənin müdafiəsinə qoşulur13:28 - İrəvan Azərbaycan qazından asılı qalacaq13:25 - Vüsal Şilderin qətli ilə bağlı məhkəmə başladı

09 sentyabr

11:21 - Avropanın yeni sağını kim formalaşdırır: Tramp, Bannon və İsrail detalı gündəmdə - "Milliyet"11:16 - İran F-35-lərin olduğu bazanı vurdu 11:14 - "Paşinyan qorxduğu üçün..." - Zatulindən açıqlama

17 avqust

12:03 - "Türkiyəni satın alaram" deyən iş adamı həbs edildi - Evindən narkotik tapıldı12:00 - Ermənistan Azərbaycana 17 milyon dollar ödədi

13 avqust

17:56 - Avtomobil idxalı kəskin azaldı, qiymətlər isə artdı

10 avqust

19:43 - "Avropa Rusiyadan qaz idxalını artırır" - "Welt am Sonntag"19:37 - "Azərbaycan bizə kömək oldu" - Pezeşkian19:35 - 10 milyon dövriyyəsi olan mərc şəbəkəsi ifşa edildi - VIDEO

03 avqust

11:52 - Kimin evində varsa, varlanacaq - Heç belə qiymətə olmamışdı11:49 - Azərbaycan ən güclü hərbi donanmaya sahib olub - "Forbes"11:46 - Azərbaycan Rusiyadan kibrit idxalını artırıb - Qiymət 21% bahalaşıb

30 iyul

11:35 - Veysəloğlu Şirkətlər Qrupunun sponsorluğu ilə şəhid övladları üçün keçirilən "Zəfər" Amerika Yay Düşərgəsi uğurla başa çadı - FOTOLAR