Gorus-Qafan yolunda vəziyyət necədir?
“Gorus-Qafan yolunda vəziyyət nisbətən sabitdir”.
“Azsiyaset” “aysor.am” saytına istinadən xəbər verir ki, bunu Gorus merinin müavini Kamo Koçaryan deyib.
O bildirib ki, İrana məxsus yük maşınları ilə bağlı tıxac və yaxud bənzər hal barədə məlumat daxil olmayıb.
Qeyd edək ki, son zamanlar İranın Qarabağa qanunsuz yük daşımaları Azərbaycanı ciddi narahat edib. Bakının etirazına baxmayaraq, bir ay sonra İran yük maşınlarının Azərbaycanın Qarabağ bölgəsinə qanunsuz daxil olmağı ilə bağlı görüntülər də yayılmışdı. Eyni zamanda, məsələ ilə bağlı Azərbaycan Müdafiə Nazirliyi tərəfindən Rusiya Federasiyası Müdafiə Nazirliyi və Sülhməramlı qüvvələrin komandanlığına məktublar ünvanlanıb. Bununla bağlı Azərbaycanın Gorus-Qafan yolunun Qubadlının Eyvazlı kəndi yaxınlığından keçən hissəsində polis postu qoyulub. Burada İrandan Ermənistana, oradan isə Azərbaycanın Qubadlı rayonunun ərazisindən keçən yük maşınlarına nəzarət olunur.