Sülhməramlılar yenə humanitar fəaliyyətlə məşğuldur
08 oktyabr, 2021 11:51
Rusiya sülhməramlıları əsas vəzifələrinin icrasını kənara qoyaraq, Qarabağdakı ermənilərə humanitar yardım etməkdə davam edir.
"Azsiyaaet" xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyi məlumat yayıb.
Məlumatda qeyd edilib ki, hərbçilər xeyriyyə fondunun nümayəndələri ilə birlikdə 48 yoxsul və çoxuşaqlı ailəyə yardım ediblər.
Onlara ayaqqabı və isti paltar paylanılıb.
Yardım alanların gənc qızlar olması diqqət çəkib.