İşğaldan öncə Qarabağda qanunsuz fəaliyyət göstərən və separatçılara yardım edən İran şirkətləri - Avropa.info bu siyahını 4 il öncə yaymışdı

08 oktyabr, 2021 14:56

Avropa.info saytı 2017-ci ildə İranın Qarabağda qanunsuz olaraq fəaliyyət göstərən şikrətləri haqda sensasion yazı dərc etmişdi. 

Yazıda Ermənistandakı “İran Mellat Bankı”ının hüquq sektorunun keçmiş rəhbəri Hraçya Ovanisyanın sosial şəbəkələrin erməni seqmentində paylaşdığı sensasion etiraflar yer alırdı. 

Bildirilirdi ki, son günlər sosial şəbəkələrin Ermənistanla bağlı səhifələrində “İran Mellat Bankı” tərəfindən əvvəllər həmin bankın İrəvan filialının keçmiş şöbə müdiri, Ermənistan vətəndaşı Hraçya Ovanisyanın cinayət məsuliyyətinə cəlb edilməsi ilə əlaqədar narazılıqlar gündəmə gəlib.

Hraçya Talışi Ovanisyanın erməni xalqından dəstək istəməsi əvvəllər adi sosial problem kimi görünsə də, sonradan Ermənistan əhalisinin onun müdafiəsinə qalxması ilə nəticələnmişdi.

H.Ovanisyan erməni xalqına müraciətində 2016-cı ilin sonunda heç bir əsas olmadan, guya fəaliyyətində nöqsanlara (maliyyə fırıldağı) yol verməsi səbəbi ilə işdən azad olunduğunu, cinayət məsuliyyətinə cəlb edildiyini və bankın onun vətənpərvərliyindən sui-istifadə etdiyini qeyd edirdi.

O bildirirdi ki, bank öz işini gizlətmək naminə bütün qanunsuz əməllərə əl atır:

“Bütün dünyada fəaliyyət göstərən erməni təşkilatları, ürəyi ermənilər üçün döyünən şəxslərin etdiyi kimi, “İran Mellat Bankı”nın İrəvan filialı da növbəti dəfə 2016-cı ilin aprelində “Dağlıq Qarabağ Respublikasına” böyük miqdarda maliyyə yardımı göndərib. Lakin bank adının hər hansı rəsmi sənədlərdə hallanmaması üçün bank köçürməsi həyata keçirmir. Bank tərəfindən təşkil olunan bu tip yardımlar fərdi kuryer vasitəsilə reallaşdırılır. Növbəti dəfə bank rəhbərliyi tərəfindən kuryer olaraq mən seçildim. Kuryer olaraq “Dağlıq Qarabağ Respublikası”na aparılan yardımı “ünvanına” çatdırıb, geri dönməli idim, ancaq Gorisdə olarkən könüllülərlə birlikdə Dağlıq Qarabağ ərazisində qalıb 4-7 aprel tarixlərində Qarabağın cənub-şərqində Azərbaycana qarşı aparılan döyüş əməliyyatlarında iştirak etdim. 7 apreldə hərbi əməliyyatların dayandırılmasına baxmayaraq, Ermənistana qayıda bilmədim. Sonradan Ermənistana qayıtdığım zaman iş yerimdə Qarabağda olduğum dövr ərzində məsuliyyətsizlik edərək işə qayıtmamağım və bankın imicinə zərər yetirməyimlə bağlı əsassız bəhanələrlə mənə xəbərdarlıq olundu Elə bu əsassız xəbərdarlıqlara görə məni hüquq şöbəsinin rəisi vəzifəsindən azad edib, bankın şəxsi işlər şöbəsində ehtiyat-arxivçi təyin etdilər. Bankın bu təklifini qəbul etmədiyimdən mənə qarşı təzyiqlər başlandı. Bank rəhbərliyi ilə görüşlərdə dəfələrlə Qarabağda olduğum zaman vətən uğrunda hərbi əməliyyatlara qatılmağımı diqqət önünə çəksəm də, rəhbərlik bunları nəzərə almadı və bu zaman bütün baş verənlərin əsil səbəbi məlum oldu. Nəticədə işdən azad olundum”.

H.Ovanisyanın bildirirdi ki, bank onun işdən azad olunmasını fəaliyyətində olan nöqsanlarla əlaqələndirsə də, əsas səbəb “bank sirrinin yayılması” ilə bağlıdır:

“2016-ci ilin aprel hadisələri zamanı mən “İran Mellat Bankı”ının tapşırığı ilə “Dağlıq Qarabağ Respublikası” üçün növbəti dəfə maliyyə yardımı aparmaq məqsədilə Dağlıq Qarabağa səfər etmişəm. Səfər zamanı əvvəlcə Gorisə, daha sonra isə orada toplanan könüllülərə qoşularaq onlarla birgə Qarabağa getmişəm. Qarabağda olarkən bir sıra dövlət məmurları ilə, o cümlədən, general Manvel Qiqoryanla görüşdüm və bankın Qarabağa göndərdiyi maliyyə yardımları barədə müzakirələr apararaq fikirlərimi paylaşdım. Nəticədə Ermənistana qayıdarkən “İran Mellat Bankı”nın İrəvan şöbəsinin rəhbəri Seyid Qulamreza Musavini tərəfindən “bank sirinin yayılmasında” günahlandırılaraq tutduğum vəzifədən azad edilərək, məhkəməyə verilmişəm”.

Ovanisyan müraciətində bankda işlədiyi zaman Qarabağda fəaliyyət göstərən və separatçılara yardım edən bir sıra İran şirkətlərinin siyahısını yayımlayıb, ancaq həmin şirkətdə işləyən ermənilərin problemlərlə üzləşmədiyini də vurğulayıb:

"Qarabağda yüzlərlə İran şirkəti fəaliyyət göstərir. Bankda olan qeydiyyatlara görə, bunlar “Mona Qrup” (Rəhmani, Rəşidi, Azərban Həddad), “Kankar”(Seyid Nur Eyni), “Şərifli” (Rza Şərifi), “Süleymani” (İzzət Süleymanpur), “Arya Filiz Nab” (Rəsul Ənzari), Araz Mühacir Ticarət” (Kazım Səfərzadə), “Aftab” (Əzimi Əhmədpur), “Arazfud” (Cavad və Məhəmməd Bimeqdar), “Nüsrəti” (Rza Nüsrəti), “Pəyan-e Saderat” (Davud Cokar), “Vasif” (Məhəmməd Cəfərpur Vasif), “Firuznejat” (Əhməd Firuznejat), “Nəcəfzadə” (Nəcəfzadə), “Kaimifa” (Əbülfəz Mətləbzadə), “Turac” (Məhəmmədhüseyin Yusifzadə), “Armen” (Əli Qüdrəti), “Ava” (Vahik Ohancanyan), “Kraun” (Hamu Davudi), “Şölə” (Seyidəli Hüseyni), “Suas” (Hüseyn Şadi), “AMO Kimya” (Nadir İrani, Vəhid Nəhavəndiyar), “Nahid” (Möhsüm Fərşbaf), “Səba Saha” (Rza Nafəzi), “Petrocəm” (Cəlil Heydəri), “Derəxşan” (İsmayıl İbrahimi), “Şahsuvari” (Rza Şahsuvari), “İzorof” (Təhmuraz İmani), “Rizşin” (Əli Əzhəri), “Elivoud” (Hüseyn Şeybani), “Tirkaran” (Məhəmməd Ənsari), “Mələki” (Hüseyn Mələki), “Luba” (Əli Azad Əfruz), “Nardino” (Siyamək Boləndi), “Kultrom” (Səda Allahverdiyan), “Şadan” (Şəhruz Hüseyni), “Sunesar” (Nasir Ətayi), “Suzan” (Behruz Caznəgu), “Növcavan qardaşları” (Cavad Növcavan), “Tatyo” (Arlen Davudyan), “Şahinans” (Vahik Şahinans), “Roberto” (Rubik Minasyan), “Arbi” (Varuj Ayvazyan), “Şahbaz” (Məhəmmədrza Baqeri), “Kyudot” (Rəhim Ali), “Ambret” (Pərviz Nüsrəti), “Bir” (Hadi Purradi Gərgəri), “Kondal” (Əsğər Fədai), “Aypeks Nur” (Əfşin Nəsiri), “Miyad” (Yunes Rezayi Əqdəm), “Paknam” (İsa İmami), “Marlik” (Əli Nəsirli Livarcani), “Şahab Səhənd” (Cavad Rəhimi Namdar), “Ərcümənd” (Əlirza Ərcümənd), “Livarcan” (Möhsün Cənabiyye), “Silis Şen” (Seyid Əbülfəz Səlili), “Minamesa” (Məhəmməd Eslami), “Nadir” (Nadir Kərimiyan Siyahrud), “Rand” (Rəhman Behruzi), “Trakliyan” (Həmid Xorrəmi), “Didar” (Əlirza Həlimi Təbrizi), “General Oil” (İbrahim Dadaşi Fərxəndi), “Aştarak” (Məhəmməd Əli Əsğəri), “Necati” (Yusif Necati), “Alişan” (Serjik), “Hadi” (Rza Hadi), “Zakeri” (Mənuçehr Zakeri), “Apada” (Əlirza Firuzməndi), “Olaks” (Yusif Çaleş), “Alfapetrolium” (Harut Aslanyan), “Sanir” (Katuziyan), “Biga” (Jerj Qədimi), “Arm Oil” (Hernik Darqukasyan), “Motoşop” (Rafiq Qarqusyan), “Raymond” (Raymond Tarverdiyan), “Harmik motor” (Harmin Manaseryan), “Şin Ezgim” (Əmir Əzhəri), “Əndişeyi İraniyan” (Əli Əlicanduxt), “Tun tun” (Serj Əmirxanyan), “Zöhrabyan” (Zöhrabyan qardaşları) və “Edko” (Armen Xodobəxşiyan) kimi şirkətlərdir. Bu şirkətlərin adından tez-tez Dağlıq Qarabağa bizim bank yolu pul köçürmələri olur. Ancaq bu günə qədər həmin müəssisələrdə hansısa sirrin yayılmasına görə işdən azad olunub cinayət məsuliyyətinə cəlb olunan görməmişəm”.

Qeyd edək ki, bu siyahı hələ 2017-ci ildə Qarabağ azad olunmamışdan öncə yayılmışdı. Sonradan azad olunmuş ərazilərdə İran istehsalı olan məhsulların üzə çıxması və sairə bu faktları təsdiq edir. 

25 iyun

19:16 - "ABŞ memorandumun iki bəndini pozub" - İran

19 iyun

11:29 - "Veysəloğlu" nümayəndə heyəti "Şölen"in Qaziantepdəki yeni zavodunun açılışında iştirak edib

16 iyun

17:17 - Veysəloğlu Şirkətlər Qrupu "Süni Zəka Dövründə Liderlik" mövzusunda forum keçirib - FOTOLAR

12 iyun

14:14 - Veysəloğlu Şirkətlər Qrupu AYİB-in 35-ci İllik Toplantısı və Biznes Forumunda təmsil olunub - FOTO

06 iyun

19:24 - "Ermənistan Rusiyasız mövcud ola bilməz" - Samvel Ayvazyan19:20 - "Azərbaycanda sülh sazişi imazalanmalı, Türkiyə ilə sərhəd açılmalıdır"19:17 - Azərbaycanda bank rəhbərləri nə qədər qazanır: İllik 20 milyonu keçir - SİYAHI19:15 - Paşinyanın partiyası seçkilərdə qalib gəldi

30 may

13:27 - Neft bazarında kəskin eniş - Bakı neftinin qiyməti belə dəyişdi13:23 - İranın Trampdan tələb etdiyi şərt..13:20 - Rusiyanın Ermənistandakı səfiri Moskvaya çağırıldı

18 may

19:12 - "Araz" supermarketlər şəbəkəsi yeni nəsil Tədarükçü Əməkdaşlıq Platformasını təqdim edib - FOTOLAR

16 may

18:42 - Azərbaycanın neft ixrac etdiyi ölkələr - SİYAHI18:37 - Avropa texnologiyaları gizli yollarla Rusiyaya ötürülüb?18:31 - Prezident WUF13-də çıxış edir - VİDEO/FOTOLAR

12 may

14:15 - "Azərbaycanla zəifləyən mədəni əlaqələri yenidən canlandırmağın vaxtıdır" - Rusiya XİN14:13 - Anklavlarla bağlı bir neçə variant nəzərdən keçirilir14:12 - Azərbaycan iqtisadiyyatı cüzi böyüdü14:10 - Veysəloğlu Şirkətlər Qrupunun rəhbər heyəti Fəxri xiyabanda Ümummilli Liderin xatirəsini anıb - FOTOLAR

28 aprel

15:04 - Ölkə başçısı Bəxtiyar Allahverdini "Tərəqqi" medalı ilə təltif edib14:56 - Prezidentdən 5 dövlət qurumuna tapşırıq - SİYAHI14:54 - Ermənistan bu kəndi Gürcüstana verib?14:47 - Zelenski İsraili sanksiyalarla hədələyib14:28 - "Senior Talks" layihəsinin davamı: Aydın Veysəloğlu ADA tələbələri ilə yenidən görüşdü - FOTOLAR

27 aprel

13:10 - İranın gizli gücü - Rusiya sabitliyin əsas səbəbini açıqladı13:05 - Pakistan və İrandan mühüm iqtisadi addım - Yeni tranzit dəhlizi açıldı13:01 - Azərbaycanla sərhədin delimitasiyası tezliklə davam etdiriləcək - Paşinyan

13 aprel

12:22 - Azərbaycana gəlmiş ermənilərlə görüşdən nə əldə edildi? 12:18 - 300 milyonluq uyğunsuzluq12:12 - Paşinyan və Qarabağ ermənisinin söhbəti - "Belə də davam edin"