"Daxildəki İranpərəst qüvvələri yavaş-yavaş təmizləməliyik" - Vəzifədə olanlar da var...

09 oktyabr, 2021 11:53

"Biz daxildə çox ciddi işlər görməliyik, daxildə iranpərəst qüvvələr var, onları yavaş-yavaş təmizləməliyik. Vəzifədə olanlar da var..." 

"Azsiyaset.com"-un məlumatına görə, bu fikirləri deputat, Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Vahid Əhmədovun musavat.com-a müsahibəsində bildirib. 

V.Əhəmədov qeyd edib ki, 44 günlük müharibədən sonra qonşu ölkələrin Azərbaycana münasibətləri aşkar şəkildə ortaya çıxıb:

"Əvvəlki illərdə düşünməzdilər ki, Azərbaycan bu qədər qısa müddətdə işğalçıya qalib gələ bilər. Çünki əksər dövlətlər Ermənistana yardım edirdi, həmçinin bəzi qonşu dövlətlər, o cümlədən İran. İran faktiki olaraq 44 günlük müharibənin 43 günündə Ermənistana yardım elədi. Hələ mən müharibədən əvvəlki yardımları demirəm. Müharibə günlərində həm silah-sursat verdi, həm də digər məsələlərlə bağlı işğalçı Ermənistana yardım etdi. Amma 44-cü gün gördülər ki, vəziyyət tamamilə dəyişib, Azərbaycan qalib dövlətdir, ondan sonra Azərbaycan barədə bir-iki kəlmə dedilər. 44 günlük müharibədən sonrakı müddətdə də Ermənistana müəyyən qədər yardım etdilər. Sonra isə dövlət başçımızın göstərişinə uyğun olaraq sərhəddə Daxili İşlər Nazirliyi, Sərhəd Xidməti, Gömrük Komitəsi sərhəddə nəzarəti təmin etdi və yük maşınlarının yoxlanışı həyata keçirildi. Çünki həmin maşınlarla silah-sursat, digər qanunsuz yüklər daşınırdı. Bundan sonra İran Cəbrayıl istiqamətində, sərhəd boyunca hərbi təlimlər keçirdi.

Çox təəssüf olsun! Yadınızdadırsa, cənab prezident müharibədən sonra ilk səfərini elə Cəbrayıl bölgəsinə etmişdi və ordan bəyanat verdi ki, İran bizim qonşumuzdur, həmişə yaxşı münasibətimiz var və s. Cənab prezidentin həmişə qeyd etdiyi kimi, Azərbaycan dövlətinin öz qonşularına münasibəti - təbii ki, Ermənistan xaric - həmişə müsbət olub, açıq siyasət yürüdüb. Ancaq görünür dövlət başçımızın mövqeyini anlamadılar, başa düşmədilər və hərbi təlim keçirməyə, Azərbaycan əleyhinə artıq-əskik danışmağa başladılar. Əvvəlcə bir molla danışdı, ona əhəmiyyət verilməyəndə rəsmilər danışmağa başladılar. Hətta Xamnei “şapalaq” və sairdən danışdı. Mən deyərdim ki, vəzifəsinə yaraşmayan söhbətlər ortaya atdı. Cənab prezident də bu günlərdə Cəbrayılda olarkən onların cavabını verdi. Açıq şəkildə dedi ki, heç kim Azərbaycanla təhdid dilində danışa bilməz, Azərbaycan kifayət qədər güclü dövlətdir. Dəmir yumruq da öz yerindədir və istənilən vaxt işə düşə bilər. Mən hesab edirəm ki, artıq indi bu, dəmir yox, polad yumruqdur. Çünki Azərbaycan ötən 1 il müddətində öz ordusunu daha da möhkəmləndirib, sərhədlərinə nəzarəti təmin edib, bu işlər davam edir. Ancaq bu, faktdır ki, ayrı-ayrı qüvvələr Azərbaycanın Qarabağda gördüyü işləri həzm edə bilmir. Artıq Qarabağda aeroport açılıb, yollar çəkilir, digər işlər görülür.

Deputat İran çox təşviş içində olduğunu vurğulayıb: " İran da Qarabağda həyata keçirilən böyük quruculuq işlərində iştirak etmək istəyirdi. Cənab prezident xarici mediaya müsahibələrinin birində qeyd etmişdi ki, 44 günlük müharibədə Azərbaycanın yanında olan dövlətlər Qarabağdakı quruculuq işlərində iştirak edəcək. Faktiki belə də oldu. Qarabağda işlər çox böyük sürətlə gedir və İran narahatdır. Özü də sərhədyanı ərazilərdə də böyük işlər görülür".

V. Əhmədov rəsmi Tehranın öz siyasəti ilə Qarabağdakı proseslərdə iştirak şansını itirdiyini bildirib: "Mən diqqət edirəm, İran apardığı siyasətin nəticəsində dünyada təklənib. Bu gün bütün dünyada, o cümlədən Qafqazda düzən dəyişib. Hətta Rusiya XİN rəhbəri də İranın addımlarını bəyənmədiyini bildirdi. Digər tərəfdən, İran bilir ki, Azərbaycan, Türkiyə, Pakistan, Əfqanıstan, İsrail dost dövlətlərdir. Bunlar dost dövlətlərdir, 44 gündə yanımızda oldular, bizi müdafiə etdilər. Yəni müəyyən birlik formatı yaradılır, çoxtərəfli sazişlər imzalanır, bunlar narahatdır. Azərbaycanın heç kimə qarşı ərazi iddiası yoxdur, öz ərazi bütövlüyünü təmin edir. Cənab prezident Qarabağ və Şərqi Zəngəzur iqtisadi zonalarını yaratdı, bununla bir daha bəyan etmiş oldu ki, bu ərazilər Azərbaycanındır. Ermənistanın mövcud olduğu ərazilər də bizim dədə-baba torpaqlarımızdır, bəzi dairələr bu tarixi həqiqəti də nəzərə almalıdırlar. Özü də mən fikir verirəm, İran yalnız Azərbaycana deyil, elə Rusiyaya da meydan oxuyur. Rusiya-Ermənistan münasibətləri bəllidir. Moskva Ermənistanı həmişə qoltuğunun altında saxlayırdı, yardımlar edirdi. Amma indi bölgədə vəziyyət müəyyən qədər dəyişdiyi üçün İran Ermənistanı qanadının altına almağa, ona yardımlar etməyə çalışır. Çünki dünya düzəni dəyişib, Türkiyə Qafqazda söz sahibinə çevrilib, Azərbaycan-Türkiyə-Pakistan-Əfqanıstan əlaqələri yüksək səviyyədə inkişaf edir, müəyyən müqavilələr imzalanıb. Ona görə də faktiki olaraq bölgədə təklənən İran özünə qardaş axtarır. Necə olur ki, müsəlman dövləti olan İran Azərbaycana yox, Ermənistana “qardaş” deyir? Bu, anlaşılan məsələdir. Onu da deyim ki, tarix boyu Azərbaycan-İran münasibətlərində müəyyən gərginliklər olub. İran heç vaxt bizim inkişafımızı istəməyib. Baxmayaraq ki, cənab prezident bu, çətin illərdə onlara çox yardım etdi, Azərbaycanda dərman preparatları zavodu tikməyə, o cümlədən gediş-gəlişin asanlaşdırılması, əmlak almaları üçün bütün şəraiti yaratdı. Amma görünür ki, onlar başa düşmür. Azərbaycan artıq güclü, dünyada tanınmış, lider dövlətdir. Bu da reallıqdır ki, Azərbaycan prezidentinin müstəqil siyasət aparması bunların xoşuna gəlmir. Ancaq hər kəs anlamalıdır ki, dövlət başçımız öz xalqının istəyini nəzərə alaraq öz siyasətini qurub, o, xalqa, xalq da ona arxayındır, xalqla prezident bir yerdədir".

Deputat sonda rəsmi Bakının İran siyasətində ciddi dəyişikliklərin olacağını bildirib: "Mənə elə gəlir ki, müəyyən sərtliklər olacaq. O ki qaldı İranın Azərbaycana müəyyən həmlələri, müharibə ehtimalı, bu, mümkün deyil. İran buna gedən deyil. Çox şişirtsələr də, İranın elə də böyük gücü yoxdur. Azərbaycanın müttəfiqləri kifayət qədər güclüdür. Amma müəyyən təhdidlər ola bilər. Biz daxildə çox ciddi işlər görməliyik, daxildə iranpərəst qüvvələr var, onları yavaş-yavaş təmizləməliyik. Vəzifədə olanlar da var. Fikir verdinizsə, İran Mədəniyyət Mərkəzinə məxsus mərkəzin yerləşdiyi məscidin fəaliyyəti dayandırıldı. Çox düzgün addımdır. Onun burada fəaliyyət göstərməsinə nə ehtiyac var idi? Digər məsələlər də var, yəqin ki, dövlət başçımız onları müsbət həll edəcək. Heç kim bizimlə təhdid dilində danışa bilməz! İran elə bilirdi ki, Xudafərin ətrafı hamısı bunundur və daim onun ixtiyarında olacaq. Amma unutmuşdu ki, beynəlxalq qanunlarla Azərbaycanın tanınmış sərhədləri var. Ümumilikdə İran çox böyük riskə gedir. Unudur ki, daxildə 40 milyon türk var. Elə bu yaxınlarda İrandakı azərbaycanlılar ayağa qalxıb, mitinqlər keçiriblər. Unutmasın ki, Azərbaycana qarşı nə iş olsa, İrandakı soydaşlarımız hamısı ayaq üstə olacaq. Onu da unutmasın ki, bütün dünyada təklənib və bu siyasət ona uğur vəd etmir".

17 avqust

12:03 - "Türkiyəni satın alaram" deyən iş adamı həbs edildi - Evindən narkotik tapıldı12:00 - Ermənistan Azərbaycana 17 milyon dollar ödədi

13 avqust

17:56 - Avtomobil idxalı kəskin azaldı, qiymətlər isə artdı

10 avqust

19:43 - "Avropa Rusiyadan qaz idxalını artırır" - "Welt am Sonntag"19:37 - "Azərbaycan bizə kömək oldu" - Pezeşkian19:35 - 10 milyon dövriyyəsi olan mərc şəbəkəsi ifşa edildi - VIDEO

03 avqust

11:52 - Kimin evində varsa, varlanacaq - Heç belə qiymətə olmamışdı11:49 - Azərbaycan ən güclü hərbi donanmaya sahib olub - "Forbes"11:46 - Azərbaycan Rusiyadan kibrit idxalını artırıb - Qiymət 21% bahalaşıb

30 iyul

11:35 - Veysəloğlu Şirkətlər Qrupunun sponsorluğu ilə şəhid övladları üçün keçirilən "Zəfər" Amerika Yay Düşərgəsi uğurla başa çadı - FOTOLAR

13 iyul

13:08 - Hakan Fidanın müqayisəsi təəccüblüdür - İran XİN13:06 - Azərbaycanın potensial daxili riskləri yoxdur13:04 - "Etibar Pirverdiyevin mənə qəzəbinin səbəbini bilmirəm"

01 iyul

20:13 - Tramp Türkiyədən nə istəyir? - CNN20:09 - Kiyev "İsgəndər"lə vuruldu20:07 - Azərbaycanlılar ən çox bu ölkələrin vətəndaşları ilə evlənir20:05 - Prezident ABŞ Senatının Xarici Əlaqələr Komitəsinin üzvünü qəbul edib - FOTO

25 iyun

19:16 - "ABŞ memorandumun iki bəndini pozub" - İran

19 iyun

11:29 - "Veysəloğlu" nümayəndə heyəti "Şölen"in Qaziantepdəki yeni zavodunun açılışında iştirak edib

16 iyun

17:17 - Veysəloğlu Şirkətlər Qrupu "Süni Zəka Dövründə Liderlik" mövzusunda forum keçirib - FOTOLAR

12 iyun

14:14 - Veysəloğlu Şirkətlər Qrupu AYİB-in 35-ci İllik Toplantısı və Biznes Forumunda təmsil olunub - FOTO

06 iyun

19:24 - "Ermənistan Rusiyasız mövcud ola bilməz" - Samvel Ayvazyan19:20 - "Azərbaycanda sülh sazişi imazalanmalı, Türkiyə ilə sərhəd açılmalıdır"19:17 - Azərbaycanda bank rəhbərləri nə qədər qazanır: İllik 20 milyonu keçir - SİYAHI19:15 - Paşinyanın partiyası seçkilərdə qalib gəldi

30 may

13:27 - Neft bazarında kəskin eniş - Bakı neftinin qiyməti belə dəyişdi13:23 - İranın Trampdan tələb etdiyi şərt..13:20 - Rusiyanın Ermənistandakı səfiri Moskvaya çağırıldı

18 may

19:12 - "Araz" supermarketlər şəbəkəsi yeni nəsil Tədarükçü Əməkdaşlıq Platformasını təqdim edib - FOTOLAR

16 may

18:42 - Azərbaycanın neft ixrac etdiyi ölkələr - SİYAHI