Ermənilər Rusiya kontingentindən Azərbaycan ordusunu 5 km geri çəkməyi tələb etdi?

11 oktyabr, 2021 10:58

“Əgər erməni traktorçunun qətlindən öncə dəfələrlə atəş açılıbsa, Rusiya hərbçiləri nədən dərhal tarlada işləri dayandırmayıb və ermənilərdən təhlükəsiz yerlərə çəkilməyi tələb etməyib...”

Xəbər verdiyimiz kimi, oktyabrın 9-da Ermənistan mətbuatında  Qarabağda - Tərtər rayonunun Ağdərə şəhəri (“Mardakert”-erm.) ərazisində yerli sakinin  guya Azərbaycan ordusu snayperi tərəfindən öldürüldüyü iddia edilib. Elə həmin gün – oktyabrın 9-da  Azərbaycan Müdafiə Nazirliyi mətbuat xidmətindən AZƏRTAC-a verilən məlumatda  ermənilərin yaydığı informasiyaların həqiqəti əks etdirmədiyi bildirilib.

Bundan sonra Ermənistan və Qarabağdakı separatçı-terrorçu rejim bütün dünyaya hay qaldırmağa çalışıb.  Və təəssüf ki, Rusiya sülhməramlı(?) hərbi kontingentinin 10 oktyabr Bakı vaxtilə saat 20:00-da Rusiya Müdafiə Nazirliyinin rəsmi saytında yayılmış məlumatında sözügedən mövzuda Azərbaycan MN-in yox, erməni saytlarının yaydığı informasiyaları təsdiqləyib. 

"Azsiyaset" xəbər verir ki, dünən – 10 oktyabr axşam saatlarından isosial şəbəkələrin erməni seqmentində dərc edilmiş materiallarda  Rusiya sülhməramlı(?) hərbi kontingenti komandanlığı qarşısında konkret tələblər qoyulur:

“Yaxın gələcəkdə Azərbaycan Silahlı Qüvvələrinin dinc erməni sakinlərinin yaşadığı Artsax yaşayış məntəqələrinin bütün sərhədlərindəki mövqelərindən ən azı 5 km məsafədə geri çəkilməsini təmin edin. Ərazini 5 km məsafədə bir bufer bölgə halına gətirin, yəni yalnız sülhməramlıların və ya sülhməramlıların müşayiəti ilə silahsız insanların hərəkət edə biləcəyi təhlükəsizlik zolağı yaradın. Azərbaycan Silahlı Qüvvələrinin ermənilərin dinc yaşayış məntəqələrinin sərhədlərində və ya bu sərhədlərin yaxınlığında 5 km -dən yaxın məsafədə dayanması qəbuledilməzdir. Belə bir məsafə dinc erməni sakinlərini ölüm riski ilə üz -üzə qoyur və Artsaxın erməni əhalisi üçün təhlükəsizlik zəmanəti vermir”. 

Və maraqlıdır ki, bu tələblərin ardınca Moskva vaxtilə saat 00:35-də  -aparıcı erməni saytlarından öncə Rusiyaya məxsus “Kavkazskiy uzel” nəşri sözügedən olaydan sonra ermənilərin Rusiya hərbi kontingentindən Azərbaycan ordu bölmələrinin hazırda Yuxarı Qarabağ və Laçın rayonu ərazilərində ermənilərin məskunlaşdığı məntəqələrə yaxınlığında yerləşdikləri mövqelərdən geri çəkilməsini tələb etdiyi material təqdim olunur.

Bu informasiyalar yayıldıqdan bir az keçmiş isə - saat 22:41-də Ermənistanın “Hrapak” nəşri guya Rusiya hərbi kontingenti komandanlığının tələbi ilə “erməni traktorçu Aram Tepnantsı güllələyən Azərbaycan snayperçinin həbs olunması haqda şayiə yayır.

O da diqqətəlayiqdir ki, Rusiyanın “Kavkazskiy uzel” nəşrində bu mövzuda verilmiş materialda hadisənin şahidi olan Ağdərə sakini kimi təqdim edilən Slavik Santroyan rusiyalı müxbirlə söhbətində bildirir ki, guya erməni traktorçu vurulmamışdan öncə Azərbaycan tərəfdən bir neçə atəş açılıb. Və S.Santroyan Rusiya hərbçilərindən tələb edib ki, atəş açılır, tarlada işləri dayandırmaq gərəkdir. Lakin rusiyalı hərbçilər cavab verib ki, “təhlükəli bir şey yoxdur, sadəcə, qorxutmağa çalışırlar”. Bundan sonra Rusiya hərbçilərindən biri  traktorçunun yanına əyləşib və o, işləməkdə davam  edib. Az sonra isə S.Santroyan aydın şəkildə 4 güllə səsi eşidib və traktorçu vurulub.  Maraqlıdır, əgər erməni traktorçunun qətlindən öncə dəfələrlə atəş açılıbsa, Rusiya hərbçiləri nədən dərhal tarlada işləri dayandırmayıb və ermənilərdən təhlükəsiz yerlərə çəkilməyi tələb etməyib...

Bir sözlə, hadisədə şübhəli məqamlar çoxdur və “Qarabağda tarlada işləyən dinc erməninin” Azərbaycan ordusu yerləşən istiqamətdən açılan atəşlə öldürülməsinin Rusiya və Ermənistandakı müəyyən qüvvələr tərəfindən təşkil edilmiş təxribat olması versiyasını ortaya çıxarır...

Ümumiyyətlə, son aylar Rusiya hərbi birləşmələrinin Azərbaycanın məlum ərasisindəki məsuliyyət zonasının genişləndirilməsinə şərait yaratmaq məqsədi güdən oxşar təxribatlar  tez-tez törədilməkdədir..

07 oktyabr

11:09 - "Neftin qiyməti 200 dollar olacaq" - "Financial Times"11:06 - Azad edilmiş ərazilərimizdə 32 kütləvi məzarlıq tapılıb11:05 - Azərbaycanı təhqir edən hesablar bağlanmalıdır

01 oktyabr

09:52 - Qondarma rejimin "televiziyası" bağlandı09:45 - Sumqayıtda 13 tibb işçisi bir gündə işdən çıxarılıb - Ölkədə ixtisar müəmması davam edir

29 sentyabr

19:07 - Döyüşdə iştirak edən hərbçilərə ikiqat ödəniş müddəası çıxarılır

27 sentyabr

17:24 - "Onun arvadını hamı tanıyır" - Zaxarova17:14 - Azərbaycana qarşı kampaniyaya qoşulan türkiyəli professor üzr istədi17:11 - ABŞ-nin daha bir məxfi silahı İranın əlinə keçdi17:09 - Husilərə görə Ər-Riyadda məktəblər bağlandı

21 sentyabr

13:05 - Veysəloğlu Şirkətlər Qrupu Qarabağda təhsilin inkişafına dəstək verəcək - FOTOLAR11:22 - Təhsildəki mafiya - Bu dəfə 3 milyonluq olimpiada biznesini araşdırdıq11:18 - Azərbaycana yük gətirib, yük aparan ölkələrin siyahısı

14 sentyabr

13:55 - Polşa da müharibəyə cəlb olunur? 13:43 - İranda minlərlə insan ölkənin müdafiəsinə qoşulur13:28 - İrəvan Azərbaycan qazından asılı qalacaq13:25 - Vüsal Şilderin qətli ilə bağlı məhkəmə başladı

09 sentyabr

11:21 - Avropanın yeni sağını kim formalaşdırır: Tramp, Bannon və İsrail detalı gündəmdə - "Milliyet"11:16 - İran F-35-lərin olduğu bazanı vurdu 11:14 - "Paşinyan qorxduğu üçün..." - Zatulindən açıqlama

17 avqust

12:03 - "Türkiyəni satın alaram" deyən iş adamı həbs edildi - Evindən narkotik tapıldı12:00 - Ermənistan Azərbaycana 17 milyon dollar ödədi

13 avqust

17:56 - Avtomobil idxalı kəskin azaldı, qiymətlər isə artdı

10 avqust

19:43 - "Avropa Rusiyadan qaz idxalını artırır" - "Welt am Sonntag"19:37 - "Azərbaycan bizə kömək oldu" - Pezeşkian19:35 - 10 milyon dövriyyəsi olan mərc şəbəkəsi ifşa edildi - VIDEO

03 avqust

11:52 - Kimin evində varsa, varlanacaq - Heç belə qiymətə olmamışdı11:49 - Azərbaycan ən güclü hərbi donanmaya sahib olub - "Forbes"11:46 - Azərbaycan Rusiyadan kibrit idxalını artırıb - Qiymət 21% bahalaşıb

30 iyul

11:35 - Veysəloğlu Şirkətlər Qrupunun sponsorluğu ilə şəhid övladları üçün keçirilən "Zəfər" Amerika Yay Düşərgəsi uğurla başa çadı - FOTOLAR