"İran Azərbaycana qarşı addım atsa, nə baş verəcək?  - MÜSAHİBƏ

11 oktyabr, 2021 22:01

“Azərbaycan dövləti Ocaqnejadın kim və hansı işlərlə məşğul olduğunu yaxşı bilirdi. İslam Partiyasının üzvləri və digər İranyanlıların həbs edilməsi də bu baxımdan anlaşılandır. Yəni Azərbaycan bunların hamısından xəbərdarıdı. Amma münasibətləri korlamamağa çalışırdı. Ocaqnejad elə bilirdi ki, çox ağıllıdır, nə iş gördüyünü kimsə bilmir. Ocaqnejadın yanında Azərbaycanın təhlükəsizlik orqanlarının kifayət qədər adamları vardı. Buna görə də o, Azərbaycan dövlətinin əleyhinə gizli siyasət apara bilmədi. Mollaları ancaq yaslarda-zadda boş-boş danışırdılar”.

"Azsiyaset" politoloq Cümşüd Nuriyevin müsahibəsini təqdim edir.

- İran Azərbaycana qarşı hədələyici və təxribat xarakterli açıqlamalarını və addımlarını davam etdirir. İrandan verilən son açıqlamaya görə, Azərbaycanla sərhəd bölgələrinə və Xəzər dənizinə yeni qüvvələr göndərilib. Maraqlıdır ki, o bu qüvvələrlə nə etməyi düşünür?

- Əslində, İran heç vaxt Azərbaycanı sevməyib. İranın bu gün Azərbaycana olan mənfi münasibətinin arxasında təkcə bu yox, həm də ordumuzun Ermənistan silahlı qüvvələrini darmadağın etməsi dayanır. Çünki İran 30 ilə yaxındır Qarabağda böyük bir “biznes” qurmuşdu. Orada həm narkoticarətlə məşğul idi, həm də Qarabağda sökülən evlərin hamısını İrana daşımışdılar.

İranın xarici siyasət doktrinasında iki maddə var. Bu maddələrin ikisi də Azərbaycanın əleyhinədir. Həmin maddələrdən birinə görə, onlar Azərbaycan Respublikasının mövcudluğunu qəbul edə bilmirlər. Bu da Cənubi Azərbaycana görədir, bundan çox qorxurlar. Onları qorxudan ikinci məsələ Azərbaycan və Türkiyə arasında quru əlaqəsinin ola biləcəyi ilə bağlıdır. İndi də çalışırlar ki, bu olmasın. İndiyədək də Ermənistan tərəfindən Zəngəzur dəhlizinə razılığın verilməməsinin səbəbkarı İrandır.

İran 44 günlük müharibənin gedişatında Azərbaycana xəyanət etmişdi. Azərbaycan Zəngilanı azad etmək istəyəndə İran qoşunlarımıza maneə yaratdı. Bunun nəticəsində Azərbaycan ordusu 35 kilometr dolandıqdan sonra Zəngilanı azad edə bildi. Demək, İranın orada nələrisə var imiş ki, həmin müddətdə bunları çıxarıb. Məlum olur ki, İran müharibə vaxtı orada xüsusi lokasiya sistemi yerləşdirib. Həmin sistem vasitəsilə Azərbaycan ordusunun həm mövqeləri, həm komandirlərimizin bir-birlərinin aralarındakı danışıqları, həm də digər hərbi məsələlərlə bağlı məlumatları Ermənistana ötürüb.

İran bu günədək maskalana bilmişdi. Azərbaycan dövləti də çalışır ki, İranın təxribatları ilə bağlı məlumatlar açıq müstəviyə çıxmasın. Amma İranın həyasızlığı, Amili və Xameneyinin feodal düşüncəli açıqlamaları Azərbaycanı məcbur etdi ki, bunları açsın. İran siyasi cəhətdən quduzlaşıb. Öz aləmlərində Azərbaycanı təhdid edirlər. Amma bir şeyi anlasınlar ki, İran atacağı hansısa addıma görə viran qalacaq, sonra da Turan olacaq. İran bunu başa düşməlidir.

- İranın Ermənistanla Zəngəzur dəhlizinə alternativ yaratmağa çalışdığı bildirilir. Sizcə, İran bu məsələdə Rusiya və Türkiyə səddini keçə biləcəkmi, nəzərdə tutduğu layihənin reallaşması nə qədər mümkündür?

- İran bu qədər ağıllı idisə, 1948-ci ildə Fələstini qoruyardı. Fələstinin bu günədək dövlət ola bilməməsinin səbəbi farslarla yəhudilərin gizli razılaşmasıdır. Amma həmin razılaşmadan sonra İran orada terrora başladı və İsrail də onu cəzalandırdı. Buna görə də İranın ABŞ və İsraillə olan problemlərinin kökləri daha dərindir. Biz bunların sadəcə görünən tərəflərini qiymətləndiririk. Bir çox məsələlər var ki, bunlar çox mürəkkəbdir. Məslən, İran Azərbaycanla bağlı məsələlərdə ABŞ-la eyni statusdadır.

İranın yəhudilərlə bağlı söylədiklərinin hamısı yalandır. İran çox gözəl bilir ki, Milli Məclis qərar qəbul edib: Azərbaycan ərazisindən hansısa dövlətə qarşı istifadə oluna bilməz. Belədirsə, o zaman Azərbaycan niyə İsrail bazalarını öz ərazilərində yerləşdirməlidir? Orada yaşayış yoxdur, başqa ölkələrin hərbi qüvvələri haradan olsun. Bunu cənab prezident də bildirdi. Suyu İran bulandırıb, dərdi-azarı da bizik. İran qorxur, çünki orada cəmi 25 milyon fars, 45 milyon türk-azərbaycanlı yaşayır. İran ondan qorxur, başqa problemləri yoxdur.

- Bir neçə gündür gündəmdə müzakirə olunan məsələlərdən biri də İranın dini liderinin Azərbaycandakı nümayəndəsi Əli Əkbər Ocaqnejadın ölkəmizdən qaçmasıdır. Ocaqnejadın ölkəmizdə olduğu illər ərzində qaranlıq fəaliyyətlərinin olduğu deyilir. Sizcə, o, Azərbaycana qarşı hansı təxribatçı fəaliyyətləri həyata keçirə bilərdi?

- Bunların hamısı həqiqətdir. Məsələ budur ki, Azərbaycan dövləti Ocaqnejadın kim və hansı işlərlə məşğul olduğunu yaxşı bilirdi. İslam Partiyasının üzvləri və digər iranyanlıların həbs edilməsi də bu baxımdan anlaşılandır. Yəni Azərbaycan bunların hamısından xəbərdar idi. Amma münasibətləri korlamamağa çalışırdı. Ocaqnejad elə bilirdi ki, çox ağıllıdır, nə iş gördüyünü kimsə görmür.

Ocaqnejadın yanında Azərbaycanın təhlükəsizlik orqanlarının kifayət qədər adamları vardı. Buna görə də o, Azərbaycan dövlətinin əleyhinə gizli siyasət apara bilmədi. Mollaları ancaq yaslarda-zadda boş-boş danışırdılar.

- Xarici KİV-də (“The Middle East Monitor”) İranın Azərbaycana qarşı “Hüseynçilər”, “Azərbaycan Hizbullahı” kimi radikal terror qruplaşmaları yaratdığı iddia olunur. Ölkəmiz üçün belə bir təhlükə varmı?

- Yaratdıqları bu qrupların üzvlərinin mütləq əksəriyyəti Suriyada məhv oldu. Onların Azərbaycanda “Hizbullah” yox, ən kiçik nöqtə belə yaratmaq imkanları yoxdur. Düzdür, “Əl-Qüdsi” adlı bir terror təşkilatları var. “Hizbullah” da dünyada terror təşkilatı kimi tanınır. Amma onun Azərbaycanda hansısa işi görəcəyi mümkünsüzdür. Çünki Azərbaycan nə İraq, nə Suriya, nə də Livandır. Bunu yaddan çıxarmasınlar.

Onlar elə bilirlər ki, bizim təhlükəsizlik orqanlarımız yoxdur və bunu dəfələrlə ən yüksək səviyyədə sübut ediblər və edəcəklər. İran unutmasın ki, 80 milyonluq əhalisinin yarıdan çoxu azərbaycanlıdır.

- Azərbaycanı açıq dillə hədələyən, onu təxribata çəkməyə çalışan İran açıq savaşa keçmək gücündədirmi?

- Bu, İranın məhvi olardı. Keçirsin, onda nə olacağını görəcək. İran səkkiz il İraqla müharibə apardı. İraqın əhalisinin sayı İranın üçdə biri qədər idi, imkanları da ondan azdı. Amma İraq İranın yarısını ələ keçirmişdi. İran özündən dəfələrlə kiçik İraqa gücü çatmadı. İran bizə qarşı da bu addımı ata bilər, amma atsa, məhv olacaq.

Birincisi, ordusunun yarısı türkdür. İkincisi, əhalisinin yarısı türkdür. Üçüncüsü, Azərbaycanın yanında Türkiyədən başqa Pakistan, Pakistanın yanında da Əfqanıstan var. İraq bu boyda cəbhəyə qarşı heç nə edə bilməz.

Həmişə qorxan adam çox danışır. İranın da çox danışması bundandır. Onların təhdidlərinə fikir vermək lazım deyil. Azərbaycan kifayət qədər güclü dövlətdir və özünü öz imkanları ilə qoruya bilir və qoruyur. Ola bilsin ki, İran hansısa addım atsın, amma bu onu bitirəcək.

13 aprel

12:22 - Azərbaycana gəlmiş ermənilərlə görüşdən nə əldə edildi? 12:18 - 300 milyonluq uyğunsuzluq12:12 - Paşinyan və Qarabağ ermənisinin söhbəti - "Belə də davam edin"12:07 - ABŞ-də səssiz çevriliş olub

06 aprel

12:38 - Tehran bütün ölkələrə müraciət etdi12:34 - "Bu təhlükəli və psixi problemli adam..." - Məşhur senator Trampa qarşı12:31 - Prezidentin rəsmi qarşılanma mərasimi oldu - FOTOLAR

01 aprel

12:18 - ran raketləri türk siyasətçinin adı ilə bəzədildi12:15 - BƏƏ Hörmüzə görə İranla müharibəyə hazırlaşır - "The Wall Street Journal"12:12 - "Onlar Hörmüzdən keçə bilməz" - Pezeşkian12:10 - Bu qurumların istintaq orqanları birləşir - Nə yenilik olacaq?

24 mart

15:53 - "Bəzi ölkələrdə iqtisadi çöküş qaçılmaz olacaq" - Hörmüz boğazı bağlı qalarsa...15:51 - "Euronews" Qlobal Bakı Forumu ilə bağlı reportaj yayımladı15:49 - Pezeşkianın fərmanı ilə yeni təyinat - Laricaninin yerinə o gətirildi

21 mart

20:22 - Ya Donbasdan geri çəkil, ya da yardım kəsiləcək!20:19 - İran müharibənin bitməsi üçün şərtlərini açıqladı

18 mart

13:09 - Vaşinqtonda istefalar başladı: Antiterror Mərkəzinin direktorundan Trampa ittihamlar - "İsraillilərin bizi minlərlə amerikalının həyatına başa gələn fəlakətli..."13:02 - DTX-nın ifşa etdiyi şəxsin arxasında xaricdəki qüvvələr dayanır - Komitə sədri12:59 - "İran atəşkəsə razı deyil, amma..." - Əraqçi sülh şərtlərini açıqladı

05 mart

19:31 - İlham Əliyev İrandan tələb edir - "İran Azərbaycana izahat verməlidir, üzr istəməlidir"19:25 - Yaxın Şərqdəki müharibəni kim dayandıra bilər? 19:23 - PUA-ların sayı 4 imiş: "İran dərs vaxtı məktəbi hədəf alıb" - Müdafiə Nazirliyi19:22 - "Silahlı Qüvvələrimiz bir nömrəli səfərbərlik vəziyyətinə gətirilib" - İlham Əliyev

16 fevral

12:33 - Postsovet ölkəsinə xəbərdarlıq olundu - Ukraynanın aqibəti ilə üzləşəcəksiniz12:29 - "Müharibə olsa, İrana köməyə hazırıq..." - Taliban sözçüsü12:27 - "Müharibə bu il bitməyəcək" - Amerikalı general ABŞ-ı ittiham etdi

11 fevral

11:30 - "Rusiya ilə bizi qarşıdurmaya sürükləyə bilməzlər" - Paşinyan11:27 - "Bakı və İrəvan arasında sülh anlaşması pozularsa..." - Pol Qobl11:22 - "Azərbaycan Ermənistan mallarının öz dəmir yolu ilə ixracı imkanını təsdiqləyib" - Paşinyan

09 fevral

15:13 - Peskov Ankoriç ruhunun sirrini açdı - Ukrayna müharibəsində böyük sıçrayışın 28 gizli bəndi