Əhməd Obalı "VECON CONSULTING"i ziyarət edib - FOTOLAR

12 oktyabr, 2021 22:51

“Günaz TV”nin qurucusu, azərbaycanlı fəal, siyasi mühacir Əhməd Obalı “VECON CONSULTING” şirkətini ziyarət edib.

"Azsiyaset" xəbər verir ki, hazırda ABŞ-da yaşayan siyasi dissidenti salamlayan “VECON CONSULTING”in təsisçisi və direktoru Vüqar Oruc şirkətin fəaliyyəti barədə qonağa ətraflı məlumat verib. 

O deyib ki, rəhbəri olduğu şirkət 2010-cu ildə dövlət qeydiyyatından keçib. Hazırda ölkəmizin 11 regionunda nümayəndəliyi olan “VECON CONSULTING” Azərbaycanın aparıcı maliyyə təsisatları, dövlət qurumları, özəl qurumları ilə partnyordur. Eyni zamanda şirkət Mərkəzi Bankın, Aqrar Kredit və İnkişaf Agentliyinin, eləcə də Azərbaycan Respublikası Kredit Zəmanəti və İpoteka Fondunun müvəkkil təşkilatıdır.

“VECON CONSULTING”in fəaliyyəti ilə yaxından tanış olan Ə.Obalı Vüqar Orucu hələ gənc yaşlarından tanıdığını, fəaliyyət göstərdiyi bütün sahələrdə yüksək nəticələr əldə etdiyini diqqətə çatdırıb. SİTAT: “Vüqar bəy də əslən Güney Azərbaycanlıdır. Bütün şüurlu fəaliyyətini millətçiliyin təbliğinə, Güney Azərbaycan davasına həsr edib. Çox şadam ki, belə bir peşəkar şirkət qurmusunuz. Qısa tanışlıqdan gəldiyim qənaət budur ki, bu şirkət yaşadığım ABŞ-da fəaliyyət göstərən şirkətlərlə rəqabət aparacaq bir mühitə sahibdir”.

Daha sonra qonaq İranın Azərbaycana qarşı təzyiqləri, Cənubi Azərbaycanda yaşayan soydaşlarımızın problemləri barədə ətraflı məlumat verib. 44 günlük Vətən müharibəsində əldə etdiyimiz qələbənin bütün azərbaycanlılar tərəfindən qürurla qarşılandığını söyləyib. Ə.Obalı əmin olduğunu bildirib ki, Azərbaycan bütün tarixi torpaqlarını geri qaytaracaq: “Necə ki, Qarabağda buna nail olduq, Təbrizdə, Ərdəbildə, digər torpaqlarımıza da qovuşacağıq. O gün elə də uzaqda deyil”.

Göstərdiyi diqqət və ehtirama görə, qonağa təşəkkür edən V.Oruc və şirkətin kollektivi yekunda xatirəsi fotosu çəkdirib.

Xatırladaq ki, Əhməd Obalı  Ərdəbil ostanına bağlı Meşkinşəhrdə dünyaya gəlib. O, gənc yaşlarından şah rejiminə qarşı olan etiraz aksiyalarında iştirak edib, tələbə hərəkatlarına qoşulub. İranda şah devrildikdən sonra yeni gələn siyasi-islamçı hökumətə qarşı da siyasi aktivizmini davam etdirən Obalı 19 yaşında həbs edilib. Obalı 1998-ci ildə Dünya Azərbaycanlıları Konqresinin ikinici qurultayına təşkilatçılıq edib və Konqresin İdarə heyətinə seçilib. BMT-nin İnsan Hüquqları qrupları ilə də əməkdaşlıq edən milli fəal İran azərbaycanlılarının problemlərindən bəhs edən “Günaz TV”nin təsisçisidir. Hazırda TV-nin Almaniya, Hollandiya və Kanadada yerli büroları fəaliyyət göstərir. Onun özü isə hazırda ABŞ-ın Çikaqo şəhərində yaşayır.

07 oktyabr

11:09 - "Neftin qiyməti 200 dollar olacaq" - "Financial Times"11:06 - Azad edilmiş ərazilərimizdə 32 kütləvi məzarlıq tapılıb11:05 - Azərbaycanı təhqir edən hesablar bağlanmalıdır

01 oktyabr

09:52 - Qondarma rejimin "televiziyası" bağlandı09:45 - Sumqayıtda 13 tibb işçisi bir gündə işdən çıxarılıb - Ölkədə ixtisar müəmması davam edir

29 sentyabr

19:07 - Döyüşdə iştirak edən hərbçilərə ikiqat ödəniş müddəası çıxarılır

27 sentyabr

17:24 - "Onun arvadını hamı tanıyır" - Zaxarova17:14 - Azərbaycana qarşı kampaniyaya qoşulan türkiyəli professor üzr istədi17:11 - ABŞ-nin daha bir məxfi silahı İranın əlinə keçdi17:09 - Husilərə görə Ər-Riyadda məktəblər bağlandı

21 sentyabr

13:05 - Veysəloğlu Şirkətlər Qrupu Qarabağda təhsilin inkişafına dəstək verəcək - FOTOLAR11:22 - Təhsildəki mafiya - Bu dəfə 3 milyonluq olimpiada biznesini araşdırdıq11:18 - Azərbaycana yük gətirib, yük aparan ölkələrin siyahısı

14 sentyabr

13:55 - Polşa da müharibəyə cəlb olunur? 13:43 - İranda minlərlə insan ölkənin müdafiəsinə qoşulur13:28 - İrəvan Azərbaycan qazından asılı qalacaq13:25 - Vüsal Şilderin qətli ilə bağlı məhkəmə başladı

09 sentyabr

11:21 - Avropanın yeni sağını kim formalaşdırır: Tramp, Bannon və İsrail detalı gündəmdə - "Milliyet"11:16 - İran F-35-lərin olduğu bazanı vurdu 11:14 - "Paşinyan qorxduğu üçün..." - Zatulindən açıqlama

17 avqust

12:03 - "Türkiyəni satın alaram" deyən iş adamı həbs edildi - Evindən narkotik tapıldı12:00 - Ermənistan Azərbaycana 17 milyon dollar ödədi

13 avqust

17:56 - Avtomobil idxalı kəskin azaldı, qiymətlər isə artdı

10 avqust

19:43 - "Avropa Rusiyadan qaz idxalını artırır" - "Welt am Sonntag"19:37 - "Azərbaycan bizə kömək oldu" - Pezeşkian19:35 - 10 milyon dövriyyəsi olan mərc şəbəkəsi ifşa edildi - VIDEO

03 avqust

11:52 - Kimin evində varsa, varlanacaq - Heç belə qiymətə olmamışdı11:49 - Azərbaycan ən güclü hərbi donanmaya sahib olub - "Forbes"11:46 - Azərbaycan Rusiyadan kibrit idxalını artırıb - Qiymət 21% bahalaşıb

30 iyul

11:35 - Veysəloğlu Şirkətlər Qrupunun sponsorluğu ilə şəhid övladları üçün keçirilən "Zəfər" Amerika Yay Düşərgəsi uğurla başa çadı - FOTOLAR