"İdarədə məni döydülər, Səfər Əbiyevin əleyhinə ifadə istədilər" - Polkovnik

14 oktyabr, 2021 17:33

Ləğv edilmiş Milli Təhlükəsizlik Nazirliyinin (MTN) Hərbi əks-Kəşfiyyat Baş İdarəsinin sabiq rəisi general Nizami Şirinov, digər idarə rəisləri Elcan Abdullayev, Elman Tahirov və əməliyyat müvəkkili işləmiş Nadir Nəzirovun cinayət işi üzrə məhkəmə prosesi keçirilib.

“Azsiyaset” xəbər verir ki, Bakı Hərbi Məhkəməsində hakim Camal Ramazanovun sədrliyi ilə keçirilən prosesdə zərərçəkən, ehtiyatda olan Milli Ordu polkovniki Mirzəli Yusifov ifadə verib. O, bildirib ki, uzun müddət zabit kimi Müdafiə Nazirliyində çalışıb. 2009-2013-cü illərdə Azərbaycan Ali Hərbi Məktəbinin (AAHM) rəisi olub.

M.Yusifov qeyd edib ki, 2007-ci ildə Hərbi əks-Kəşfiyyat Baş İdarəsinə dəvət edilərək şantaj olunub: “Orada mənə qarşı saxta ittihamla cinayət işi açacaqlarını və məni həbs edəcəkləri ilə təhdid etdilər. Məndən 3 dəfəyə 315 min dollar pul aldılar. Vəzifədən gedəndən sonra yenidən mən Hərbi əks-Kəşfiyyat Baş İdarəsinə dəvət olundum. Orada məni döydülər, qulaqlarımın pərdəsi deşildi. Həmin vaxt Elcan Abdullayev və Nadir Nəzirov da orada idi. Məndən 300 min dollar pul tələb etdilər. Müdafiə naziri Səfər Əbiyevin əleyhinə ifadə verməyimi istədilər. Hətta orada dedilər ki, “səni tutacağıq, Səfər Əbiyevlə eyni kamerada qalacaqsan. O biri kamerada isə general Məmməd Beydullayev və kontr-admiral Şahin Sultanov olacaq”. Mən qəti şəkildə bundan imtina etdim. Dedilər ki, səni tutduracağıq, elə də oldu. Rüşvət almaqda ittiham olunaraq saxlanıldım. 2 il 2 ay həbs cəzası çəkmişəm”.

Proses oktyabrın 21-də davam etdiriləcək.

Qeyd edək ki, M.Yusifov təqsirləndirilən şəxslərə qarşı mülki iddia qaldırıb. Polkovnik ona dəymiş 315 min dollar real ziyanın, 300 min manat isə mənəvi ziyanın ödənilməsini tələb edib. İddia məhkəmə icraatına qəbul edilib. Mirzəli Yusifov Azərbaycan Ali Hərbi Məktəbinin rəisi olub. Ondan əvvəl isə Müdafiə Nazirliyinin 112 saylı alayının komandiri olub. Zakir Həsənov müdafiə naziri təyin olunduqdan sonra polkovnik M. Yusifov işdən azad edilib. 2014-cü ildə M.Yusifov rüşvət almaqda ittiham edilərək həbs edilib.

07 oktyabr

11:09 - "Neftin qiyməti 200 dollar olacaq" - "Financial Times"11:06 - Azad edilmiş ərazilərimizdə 32 kütləvi məzarlıq tapılıb11:05 - Azərbaycanı təhqir edən hesablar bağlanmalıdır

01 oktyabr

09:52 - Qondarma rejimin "televiziyası" bağlandı09:45 - Sumqayıtda 13 tibb işçisi bir gündə işdən çıxarılıb - Ölkədə ixtisar müəmması davam edir

29 sentyabr

19:07 - Döyüşdə iştirak edən hərbçilərə ikiqat ödəniş müddəası çıxarılır

27 sentyabr

17:24 - "Onun arvadını hamı tanıyır" - Zaxarova17:14 - Azərbaycana qarşı kampaniyaya qoşulan türkiyəli professor üzr istədi17:11 - ABŞ-nin daha bir məxfi silahı İranın əlinə keçdi17:09 - Husilərə görə Ər-Riyadda məktəblər bağlandı

21 sentyabr

13:05 - Veysəloğlu Şirkətlər Qrupu Qarabağda təhsilin inkişafına dəstək verəcək - FOTOLAR11:22 - Təhsildəki mafiya - Bu dəfə 3 milyonluq olimpiada biznesini araşdırdıq11:18 - Azərbaycana yük gətirib, yük aparan ölkələrin siyahısı

14 sentyabr

13:55 - Polşa da müharibəyə cəlb olunur? 13:43 - İranda minlərlə insan ölkənin müdafiəsinə qoşulur13:28 - İrəvan Azərbaycan qazından asılı qalacaq13:25 - Vüsal Şilderin qətli ilə bağlı məhkəmə başladı

09 sentyabr

11:21 - Avropanın yeni sağını kim formalaşdırır: Tramp, Bannon və İsrail detalı gündəmdə - "Milliyet"11:16 - İran F-35-lərin olduğu bazanı vurdu 11:14 - "Paşinyan qorxduğu üçün..." - Zatulindən açıqlama

17 avqust

12:03 - "Türkiyəni satın alaram" deyən iş adamı həbs edildi - Evindən narkotik tapıldı12:00 - Ermənistan Azərbaycana 17 milyon dollar ödədi

13 avqust

17:56 - Avtomobil idxalı kəskin azaldı, qiymətlər isə artdı

10 avqust

19:43 - "Avropa Rusiyadan qaz idxalını artırır" - "Welt am Sonntag"19:37 - "Azərbaycan bizə kömək oldu" - Pezeşkian19:35 - 10 milyon dövriyyəsi olan mərc şəbəkəsi ifşa edildi - VIDEO

03 avqust

11:52 - Kimin evində varsa, varlanacaq - Heç belə qiymətə olmamışdı11:49 - Azərbaycan ən güclü hərbi donanmaya sahib olub - "Forbes"11:46 - Azərbaycan Rusiyadan kibrit idxalını artırıb - Qiymət 21% bahalaşıb

30 iyul

11:35 - Veysəloğlu Şirkətlər Qrupunun sponsorluğu ilə şəhid övladları üçün keçirilən "Zəfər" Amerika Yay Düşərgəsi uğurla başa çadı - FOTOLAR