"Regionda gənclərin və medianın sülhə dəstəyi": Beynəlxalq forum öz işinə başladı - FOTOLAR

16 oktyabr, 2021 00:35

Azərbaycan Gənclər Fondunun maliyyə dəstəyi, “Gənclərin Təşəbbüsünə və İnkişafına Dəstək” İctimai Birliyinin təşkilatçılığı ilə Gürcüstanda keçirilən “Regionda gənclərin və medianın sülhə dəstəyi” adlı beynəlxalq forum öz işinə başlayıb.

Foruma qatılmaq üçün Azərbaycandan Gürcüstana gedən nümayəndə heyəti öncə Ulu Öndər Heydər Əliyevin Tiflisdəki büstünü ziyarət edib, büstün önünə gül dəstələri qoyaraq dualar oxuyublar.

Daha sonra forum Axundov adına Azərbaycan Mədəniyyət Mərkəzində öz işinə başlayıb.

Tədbiri giriş sözü ilə açan “Gənclərin Təşəbbüsünə və İnkişafına Dəstək” İctimai Birliyinin sədri Toğrul Allahverdili Gənclər Fonduna lahiyəyə dəstəklərindən dolayı təşəkkürünü bildirib. Toğrul Allahverdili qeyd edib ki, hər iki ölkənin media və gənclərinin inteqrasiyası üçün çoxlu çalışmaların reallaşdırılmasına ehtiyac var. Gürcüstandakı soydaşlarımız və səfirliyimizin fəaliyyətinə də toxunan birlik sədri son illərdə yaşanan müsbət dəyişikliyinə görə səfir Faiq Quliyevə minnətdarlığını ifadə edib.

Daha sonra Gürcüstandakı səfirliyimizin katibi Tamerlan Tağıyev, Gürcüstan Parlamentinin deputatı Zaur Darğalı, Azərbaycan Gənclər Fondunun nümayəndəsi Zaur Osmanov, Diasporla İş üzrə Dövlət Komitəsi şöbə müdiri Vüsal Məmmədov, Suxumi Dövlət Universitetinin professoru Quram Marxuliya, Qarabağ qazisi, jurnalist Nahid Canbaxışlı məsələnim aktuallığı ilə bağlı çıxışlar ediblər.

Rəsmi çıxışlardan sonra “Yeni Çağ” Media Qrupunun baş direktoru Aqil Ələsgərin moderatorluğu ilə Birinci Panel – “Medianın sülhə dəstəyi” işə başlayıb. Paneldə “Real” TV-nin əməkdaşı, Qarabağ qazisi İsmayıl Hüseynov, “Oxu.az” saytının köşə yazarı Kübra Məhərrəmova, Report.ge saytının əməkdaşı Anano Nikoladze və Gürcüstan Orta Şərq və Qafqaz Araşdırmalar İnstitutunun direktoru Vasily Papava Azərbaycan-Gürcüstan media əlaqələrindən, görülən və görülməsi vacib olan işlərdən danışıblar. Qarabağ zəfərinin regiona müsbət təsiri və informasiya savaşı da panelçilərin əsas müzakirə mövzusu olub.

İkinci – “Gənclərin sülhə dəstəyi” paneli “Davam” Gənclər Hərəkatının sədri Nihad Allahyarlının moderatorluğu ilə keçib.

1 kanalın (dövlət televiziyası) əməkdaşı və “Qırmızıkörpü”təşkilatının həmtəsisçisi Natali Jalağonia, təhsil məsələləri üzrə ekspert, jurnalist Roland Xocanaşvili, Azərbaycan Gənclər Fondunun rəsmisi Zaur Osmanov və ASAP-ın baş katibi Ülkər Qurbanova Azərbaycan-Gürcüstan gənclərinin əməkdaşlıq perspektivlərini və bununla bağlı aktual məsələləri müzakirə ediblər.

Daha sonra panel müzakirələri keçirilib və forum “Gənclərin Təşəbbüsünə və İnkişafına Dəstək” İctimai gürcüstanlı qonaqlar üçün hazırlatdığı “Xarı bülbül”lü hədiyyələrin təqdimat mərasimi ilə başa çatıb.

Qeyd edək ki, Azərbaycan Gənclər Fondunun maliyyə dəstəyi, “Gənclərin Təşəbbüsünə və İnkişafına Dəstək” İctimai Birliyinin təşkilatçılığı ilə təşkil olunan tədbirin rəsmi tərəfdaşları Azərbaycanın Gürcüstandakı Səfirliyi və Azərbaycan Diasporuna Dəstək Fondudur.

17 avqust

12:03 - "Türkiyəni satın alaram" deyən iş adamı həbs edildi - Evindən narkotik tapıldı12:00 - Ermənistan Azərbaycana 17 milyon dollar ödədi

13 avqust

17:56 - Avtomobil idxalı kəskin azaldı, qiymətlər isə artdı

10 avqust

19:43 - "Avropa Rusiyadan qaz idxalını artırır" - "Welt am Sonntag"19:37 - "Azərbaycan bizə kömək oldu" - Pezeşkian19:35 - 10 milyon dövriyyəsi olan mərc şəbəkəsi ifşa edildi - VIDEO

03 avqust

11:52 - Kimin evində varsa, varlanacaq - Heç belə qiymətə olmamışdı11:49 - Azərbaycan ən güclü hərbi donanmaya sahib olub - "Forbes"11:46 - Azərbaycan Rusiyadan kibrit idxalını artırıb - Qiymət 21% bahalaşıb

30 iyul

11:35 - Veysəloğlu Şirkətlər Qrupunun sponsorluğu ilə şəhid övladları üçün keçirilən "Zəfər" Amerika Yay Düşərgəsi uğurla başa çadı - FOTOLAR

13 iyul

13:08 - Hakan Fidanın müqayisəsi təəccüblüdür - İran XİN13:06 - Azərbaycanın potensial daxili riskləri yoxdur13:04 - "Etibar Pirverdiyevin mənə qəzəbinin səbəbini bilmirəm"

01 iyul

20:13 - Tramp Türkiyədən nə istəyir? - CNN20:09 - Kiyev "İsgəndər"lə vuruldu20:07 - Azərbaycanlılar ən çox bu ölkələrin vətəndaşları ilə evlənir20:05 - Prezident ABŞ Senatının Xarici Əlaqələr Komitəsinin üzvünü qəbul edib - FOTO

25 iyun

19:16 - "ABŞ memorandumun iki bəndini pozub" - İran

19 iyun

11:29 - "Veysəloğlu" nümayəndə heyəti "Şölen"in Qaziantepdəki yeni zavodunun açılışında iştirak edib

16 iyun

17:17 - Veysəloğlu Şirkətlər Qrupu "Süni Zəka Dövründə Liderlik" mövzusunda forum keçirib - FOTOLAR

12 iyun

14:14 - Veysəloğlu Şirkətlər Qrupu AYİB-in 35-ci İllik Toplantısı və Biznes Forumunda təmsil olunub - FOTO

06 iyun

19:24 - "Ermənistan Rusiyasız mövcud ola bilməz" - Samvel Ayvazyan19:20 - "Azərbaycanda sülh sazişi imazalanmalı, Türkiyə ilə sərhəd açılmalıdır"19:17 - Azərbaycanda bank rəhbərləri nə qədər qazanır: İllik 20 milyonu keçir - SİYAHI19:15 - Paşinyanın partiyası seçkilərdə qalib gəldi

30 may

13:27 - Neft bazarında kəskin eniş - Bakı neftinin qiyməti belə dəyişdi13:23 - İranın Trampdan tələb etdiyi şərt..13:20 - Rusiyanın Ermənistandakı səfiri Moskvaya çağırıldı

18 may

19:12 - "Araz" supermarketlər şəbəkəsi yeni nəsil Tədarükçü Əməkdaşlıq Platformasını təqdim edib - FOTOLAR

16 may

18:42 - Azərbaycanın neft ixrac etdiyi ölkələr - SİYAHI