18 ilə gedilən bir əsrlik yol - Tarixi Zəfərin izi ilə...

18 oktyabr, 2021 16:04

44 günlük tarixi Zəfərin ideoloqu və müəllifi, Müzəffər Ali Baş Komandan İlham Əliyevin prezident kimi fəaliyyətə başlamasından 18 il ötür.

2003-cü ilin prezident seçkilərində hakim Yeni Azərbaycan Partiyası mərhum prezident, Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin yenidən namizədliyini irəli sürdü. O dövrdə Ulu Öndərin səhhətində müəyyən problemlər var idi və Naxçıvan Muxtar Respublikası seçicilərinin təşəbbüs qrupu Yeni Azərbaycan Partiyası sədrinin birinci müavini İlham Əliyevin də namizədliyini irəli sürdü. 2003-cü il oktyabrın 15-də keçirilən prezident seçkilərində Heydər Əliyev səhhətində yaranmış problemlərlə əlaqədar namizədliyini İlham Əliyevin xeyrinə geri götürdü. Və Azərbaycan xalqına tarixi müraciət etdi. O müraciətində deyirdi ki, İlham Əliyev kifayət qədər praqmatik və rasional düşüncə tərzinə malik, cəsarətli və milli maraqları hər şeydən üstün tutan bir siyasətçidir və Azərbaycan xalqı onun rəhbərliyi altında böyük uğurlara imza atacaq. Bununla da İlham Əliyev mövcud iqtidarın və Azərbaycan xalqının vahid namizədi oldu.

Seçkilərin nəticələrinə görə isə gələcək prezident 80 faizə yaxın səslə dövlət başçısı seçilir. İnaqurasiya mərasimində İlham Əliyev bildirir ki, Azərbaycanın milli maraqlarının qorunmasını, tarixi dəyələrə bağlılığı özünün əsas siyasətinə çevirəcək. Ölkəmizin böyük regional iqtisadi layihələrə ev sahibliyi edəcəyini vurğulayan dövlətimizin başçısı qarşıdakı beş ildə 600 min yeni iş yerini açılacağını anons edir. O dövrün şahidləri də təsdiq edər ki, 2003-cü ilə qədər ölkədə dərin işsizlik hökm sürürdü. Xüsusən gənc nəsil iş tapmaqda çətinlik çəkir, yeganə çıxış yolu olaraq müxtəlif beynəlxalq koporasiyalara müraciət etsələr də, bir nəticəsi olmurdu. Cəmi beş il keçmir ki, dövrün ən ciddi problemi olan işsizlik aradan qalxır. Gənclər peşə sahibi olur, müxtəlif sahələrdə canlanma yaranır. İqtisadi sektorlar formalaşmağa başlayır.

2008-ci ilin prezident seçkilərində isə İlham Əliyev yenidən Azərbaycanın prezidenti seçilir. Xalqın ümummilli hədəflərə çatmaq arzusu İlham Əliyevin növbəti prezident seçkisindən də qalib çıxmasını şərtləndirir. O, bu dəfə daha yüksək nəticə göstərir və 90 faizə yaxın seçici səsi qazanır. Dövlətimizin başçısı qarşıdakı illərdə Azərbaycanı idarə etməyin növbəti strategiyasını bəyan etməklə yanaşı, xalqımızda siyasi və sosial-iqtisadi uğurlar seriyasının davamlı xarakter alacağına əminlik yaratdı. Azərbaycan böyük mənada beynəlxalq birliyə çıxışı təmin etdi. Ordumuz sürətlə gücləndirilməyə başladı. Regionun şəriksiz liderliyi məhz bu illərdə Azərbaycana məxsus oldu. Təsadüfi deyildi ki, həmin illərdə həyata keçirilən bütün regional layihələrin müəllifi Azərbaycan idi. Bu isə gələcək möhtəşəm qələbələrin müşahidəçisi idi.

İlham Əliyevin rəhbərliyi dövründə Azərbaycanın BMT Təhlükəsizlik Şurasına qeyri-daimi üzv seçilməsi, ABŞ-dan estafeti alaraq BMT Təhlükəsizlik Şurasına sədrlik etməsi, dünyanın yarıdan çox dövlətlərini – 120 ölkəni öz ətrafında birləşdirən Qoşulmama Hərəkatına sədrliyi, “Şərq tərəfdaşlığı” layihəsində fəal iştirakı və digər beynəlxalq iştirakçılığı ölkəmizin qarşısında böyük imkanlar açır. Azərbaycan bütün sahələrdə öz üstünlüyünü davam etdirir: İqtisadi, siyasi, hərbi, beynəlxalq və s. Və bütün bunlar sanki bir məqsədə hesablanmışdı. O məqsəd isə illərdir anons edilirdi – Cənab Prezident İlham Əliyevin söylədiyi kimi, “Laızm gələrsə, torpaqlarımızı işğaldan azad edəcəyik”. Bu böyük eyham idi və nəhayət ötən ilin sentyabr-noyabr aylarında öz məntiqi sonluğuna çatdı.

Ondan cəmi bir il öncə Azərbaycanın işğal altında olan torpaqlarını azad edəcəyini, Şuşanın mədəniyyət paytaxtı olacağını bəlkə də, xəyal saymaq olardı. Lakin Müzəffər Ali Baş Komandan böyük qələbənin əsasını qoydu. O, təkcə hərbi cəbhədə döyüşlərə rəhbərlik etmirdi, informasiya cəbhəsində də savaşırdı. Azərbaycanın haqlı məğlubiyyətini həzm edə bilməyən, xristian təəssübkeşliyi, islamafobiya kimi azara düçar olan dairələrə yerində layiqli cavabını verirdi. 44 günlük Vətən müharibəsində əldə olunan tarixi Zəfər isə Azərbaycanın üzərində olan ləkəni sildi. 30 ildir torpaqlarımızı işğal altında saxlayan, bir milyondan artıq soydaşımızı doğma yurd-yuvasından didərgin salan, Xocalıda, Gəncədə, Bərdədə, Tərtərdə insanlıq əleyhinə görünməmiş terror cinayətinə qol qoyan Ermənistan rəhbərliyi və ordusu darmadağın edildi.

Azərbaycan daxilində dərin islahatlar dövrünün əsası qoyuldu. Bu instusional islahatlar hakimiyyətin bütün qollarını əhatə edirdi. İcraedici, qanunverici, məhkəmə və bütün sahələr bu islahatların təsir zolağındadır. Vəzifəyə var-dövlətini artırmaq mənbəyi, dədə-baba mülkü kimi məmurlarla yollar ayrıldı, onlardan bəziləri haqq etdikləri yerə, zindana qovuşdular, geridə qalanlarına isə sərt xəbərdarlıq olundu. Prezident açıq deyirdi: “Kim yeni şərtlərə uyğunlaşmaq istəmirsə, özünü bədbəxt etməsin, çıxıb getsin”.

Möhtərəm Prezident İlham Əliyev qızğın döyüşlərin getdiyi dövrdə açıq eyham vururdu: “Bu müharibədən sonra hər şey dəyişəcək. Daha heç nə əvvəlki kimi olmayacaq”. Dəyişən, güclənən, qüdrətlənən Azərbaycan uğrunda qalib Azərbaycan – İlham Əliyevin şah əsəridir.

Mikayıl Mirzəzadə

Hokm.az

17 avqust

12:03 - "Türkiyəni satın alaram" deyən iş adamı həbs edildi - Evindən narkotik tapıldı12:00 - Ermənistan Azərbaycana 17 milyon dollar ödədi

13 avqust

17:56 - Avtomobil idxalı kəskin azaldı, qiymətlər isə artdı

10 avqust

19:43 - "Avropa Rusiyadan qaz idxalını artırır" - "Welt am Sonntag"19:37 - "Azərbaycan bizə kömək oldu" - Pezeşkian19:35 - 10 milyon dövriyyəsi olan mərc şəbəkəsi ifşa edildi - VIDEO

03 avqust

11:52 - Kimin evində varsa, varlanacaq - Heç belə qiymətə olmamışdı11:49 - Azərbaycan ən güclü hərbi donanmaya sahib olub - "Forbes"11:46 - Azərbaycan Rusiyadan kibrit idxalını artırıb - Qiymət 21% bahalaşıb

30 iyul

11:35 - Veysəloğlu Şirkətlər Qrupunun sponsorluğu ilə şəhid övladları üçün keçirilən "Zəfər" Amerika Yay Düşərgəsi uğurla başa çadı - FOTOLAR

13 iyul

13:08 - Hakan Fidanın müqayisəsi təəccüblüdür - İran XİN13:06 - Azərbaycanın potensial daxili riskləri yoxdur13:04 - "Etibar Pirverdiyevin mənə qəzəbinin səbəbini bilmirəm"

01 iyul

20:13 - Tramp Türkiyədən nə istəyir? - CNN20:09 - Kiyev "İsgəndər"lə vuruldu20:07 - Azərbaycanlılar ən çox bu ölkələrin vətəndaşları ilə evlənir20:05 - Prezident ABŞ Senatının Xarici Əlaqələr Komitəsinin üzvünü qəbul edib - FOTO

25 iyun

19:16 - "ABŞ memorandumun iki bəndini pozub" - İran

19 iyun

11:29 - "Veysəloğlu" nümayəndə heyəti "Şölen"in Qaziantepdəki yeni zavodunun açılışında iştirak edib

16 iyun

17:17 - Veysəloğlu Şirkətlər Qrupu "Süni Zəka Dövründə Liderlik" mövzusunda forum keçirib - FOTOLAR

12 iyun

14:14 - Veysəloğlu Şirkətlər Qrupu AYİB-in 35-ci İllik Toplantısı və Biznes Forumunda təmsil olunub - FOTO

06 iyun

19:24 - "Ermənistan Rusiyasız mövcud ola bilməz" - Samvel Ayvazyan19:20 - "Azərbaycanda sülh sazişi imazalanmalı, Türkiyə ilə sərhəd açılmalıdır"19:17 - Azərbaycanda bank rəhbərləri nə qədər qazanır: İllik 20 milyonu keçir - SİYAHI19:15 - Paşinyanın partiyası seçkilərdə qalib gəldi

30 may

13:27 - Neft bazarında kəskin eniş - Bakı neftinin qiyməti belə dəyişdi13:23 - İranın Trampdan tələb etdiyi şərt..13:20 - Rusiyanın Ermənistandakı səfiri Moskvaya çağırıldı

18 may

19:12 - "Araz" supermarketlər şəbəkəsi yeni nəsil Tədarükçü Əməkdaşlıq Platformasını təqdim edib - FOTOLAR

16 may

18:42 - Azərbaycanın neft ixrac etdiyi ölkələr - SİYAHI