Azərbaycanda tikinti sahəsində bahalaşma 2022-ci ilin mart ayında - Pik həddə çatacaq

18 oktyabr, 2021 22:05

Son vaxtlar daşınmaz əmlakda, xüsusilə tikinti sektorunda bahalaşma müşahidə olunur. Artıq yeni tikilən binaların (novostroykalardakı), təmir işlərinin orta statistik qiyməti əvvəlki ilə müqayisədə böyük rəqəm nisbətilə bahalaşıb. Bu bahalaşmasının müxtəlif səbəbləri var.

Azərbaycan Qiymətləndiricilər Cəmiyyətinin (AQC) sədr müavini, Consulting “VECON CONSULTING ” qiymətləndirmə şirkətinin direktoru Vüqar Oruc FED.az-a bildirib ki, tikinti sektorunda bahalaşmasına təsir göstərən səbəblərdən birincisi ölkənin əsas xammalı olan neftin bahalaşmasıdır. Buna görə bir sıra dövlətin müəyyən etdiyi tikinti layihələrində canlanma olur. Bu canlanmaya görə də təbii ki, bazarda dinamizm yaranır, qiymətlərə də müsbət mənada təsir edə bilir. Əgər tikinti sahəsində aktivləşmə olursa, bu, qiymətlərin artımı ilə nəticələnir". 

V.Oruc FED.az-a açıqlamasında bildirib ki, bahalaşmanın ikinci səbəbi işğaldakı torpaqlarımızın azad olunmasıdır. Çünki ermənilərin dağıtdığı infrastruktur - binaların, evlərin tikilmə zəruriliyi yaranıb: 

"Hazırda Şuşa şəhərində yenidənqurma işlərindəki fəaliyyət tikinti bazarına təsir göstərir. Əslində təsir cüzi olsa da bunun psixoloji tərəfi daha böyükdür. Yəni artıq bazarda aktivləşmə yaranır, müəyyən planlamalar formalaşır, bu da yaxın vaxtlarda tikinti materiallarına tələbatın artacağını göstərir. Bu artım isə təbii olaraq qiymətlərin də artmasına səbəb olur. Qarşıdan qış ayları gəlir, bu dövrdə tikinti prosesi adətən aktiv olmur, lakin 2022- ci ilin mart ayına tikintinin geniş vüsət alacağı dövrü planlaşdırırıq. Bu dövrdə tikinti materiallarında çox ciddi qiymət dəyişməsini proqnozlaşdırırıq. Bu, tikinti avadanlıqlarının da qiymətinə təsir göstərəcək. Bunu indidən hiss etmək olar. Hətta icarə qiymətlərində təqribən 25 - 35 % civarında müxtəlif ağır və digər qurğulara müəyyən qiymət artımının şahidi oluruq". 

V.Oruc qeyd edib ki, əsas idxal etdiyimiz Rusiya bazarlarında yaradılmış süni problemlərin yaranması tikinti materiallarının ölkəmizə fasilələrlə gətirilməsinə səbəb oldu və bu da qiymət artımı ilə nəticələndi:

"Rusiya bazarlarındakı süni problemlərlə yanaşı digər amillərdən biri ölkədəki iqtisadi vəziyyətlə bağlıdır. Belə ki, yanacağın, neft məhsullarının ölkə bazarında qiymətinin artırılması müəyyən inflyasiyaya və manatın alıcılıq qabiliyyətinə öz təsirini göstərir. Bu proses də tikinti materiallarının qiymətinə təsirsiz ötüşə bilməz. Ümumiyyətlə, son bir ildə baş verən prosesləri təhlil etsək görərik ki, tikinti bazarlarında ortalama 15 - 20 % civarında artımın olduğunu müşahidə edirik. 2 il əvvəllə müqayisə edəndə görürük ki, elə tikinti məhsulları var ki, onların qiyməti 50 - 60 % civarında artıb". 

V.Oruc bildirib ki, tikinti sahəsində qiymət artımı ilə yanaşı, işçi haqlarında da müvafiq dəyişiklər olub: 

"Təqribən 25 - 30 % civarında işçilik haqlarında artımın olduğunu müşahidə edirik. Bu tikinti bazarında baş verən qiymət artımı tikintinin maya dəyərinin artırımasına səbəb olur. Bu da yeni binaların təklif qiymətlərində artımla nəticələnir. Tikinti bazarına da yeni binalar birbaşa təsir edir. Tikinti bizneslərinin sahibləri əgər tikinti materialları bahalaşırsa, yeni tikililərin 1 kv m - nin başa gəlmə mayasının da artımını əsas götürərək təklif qiymətində müəyyən dəyişiklər edirlər".

07 oktyabr

11:09 - "Neftin qiyməti 200 dollar olacaq" - "Financial Times"11:06 - Azad edilmiş ərazilərimizdə 32 kütləvi məzarlıq tapılıb11:05 - Azərbaycanı təhqir edən hesablar bağlanmalıdır

01 oktyabr

09:52 - Qondarma rejimin "televiziyası" bağlandı09:45 - Sumqayıtda 13 tibb işçisi bir gündə işdən çıxarılıb - Ölkədə ixtisar müəmması davam edir

29 sentyabr

19:07 - Döyüşdə iştirak edən hərbçilərə ikiqat ödəniş müddəası çıxarılır

27 sentyabr

17:24 - "Onun arvadını hamı tanıyır" - Zaxarova17:14 - Azərbaycana qarşı kampaniyaya qoşulan türkiyəli professor üzr istədi17:11 - ABŞ-nin daha bir məxfi silahı İranın əlinə keçdi17:09 - Husilərə görə Ər-Riyadda məktəblər bağlandı

21 sentyabr

13:05 - Veysəloğlu Şirkətlər Qrupu Qarabağda təhsilin inkişafına dəstək verəcək - FOTOLAR11:22 - Təhsildəki mafiya - Bu dəfə 3 milyonluq olimpiada biznesini araşdırdıq11:18 - Azərbaycana yük gətirib, yük aparan ölkələrin siyahısı

14 sentyabr

13:55 - Polşa da müharibəyə cəlb olunur? 13:43 - İranda minlərlə insan ölkənin müdafiəsinə qoşulur13:28 - İrəvan Azərbaycan qazından asılı qalacaq13:25 - Vüsal Şilderin qətli ilə bağlı məhkəmə başladı

09 sentyabr

11:21 - Avropanın yeni sağını kim formalaşdırır: Tramp, Bannon və İsrail detalı gündəmdə - "Milliyet"11:16 - İran F-35-lərin olduğu bazanı vurdu 11:14 - "Paşinyan qorxduğu üçün..." - Zatulindən açıqlama

17 avqust

12:03 - "Türkiyəni satın alaram" deyən iş adamı həbs edildi - Evindən narkotik tapıldı12:00 - Ermənistan Azərbaycana 17 milyon dollar ödədi

13 avqust

17:56 - Avtomobil idxalı kəskin azaldı, qiymətlər isə artdı

10 avqust

19:43 - "Avropa Rusiyadan qaz idxalını artırır" - "Welt am Sonntag"19:37 - "Azərbaycan bizə kömək oldu" - Pezeşkian19:35 - 10 milyon dövriyyəsi olan mərc şəbəkəsi ifşa edildi - VIDEO

03 avqust

11:52 - Kimin evində varsa, varlanacaq - Heç belə qiymətə olmamışdı11:49 - Azərbaycan ən güclü hərbi donanmaya sahib olub - "Forbes"11:46 - Azərbaycan Rusiyadan kibrit idxalını artırıb - Qiymət 21% bahalaşıb

30 iyul

11:35 - Veysəloğlu Şirkətlər Qrupunun sponsorluğu ilə şəhid övladları üçün keçirilən "Zəfər" Amerika Yay Düşərgəsi uğurla başa çadı - FOTOLAR