Sülhməramlılar Xankəndiyə 10 ton humanitar yardım çatdırıb
19 oktyabr, 2021 11:15

Rus sülhməramlıları Xankəndi sakinləri üçün Qarabağa 10 ton humanitar yardım çatdırıb.
Bu barədə Rusiyanın Müdafiə Nazirliyindən jurnalistlərə məlumat verilib.
Hərbi yol polisi və Rusiya sülhməramlı kontingentinin hərbçilərinin müşayiəti ilə humanitar yardım karvanı Erebuni aerodromundan İrəvana, oradan da Laçın dəhlizindən Xankəndiyə oğru irəliləyib.
Bildirilib ki, humanitar yardım ayaqqabı, paltar, məktəb ləvazimatları, məişət kimyəvi maddələr və qaz sobalarından ibarət olub.