Deputatdan qalmaqallı açıqlama: "Xalq Hərəkatına Kommunist Partiyası dəstək verirdi" - VİDEO

20 oktyabr, 2021 12:25

Millət vəkili, Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının sədri Qüdrət Həsənquliuyev İTV-də müstəqilliyin bərpası gününə həsr olunmuş verilişdə müzakirələrə səbəb ola biləcək fikirlər səsləndirib.

Millət vəkili bildirib ki, xalq hərəkatının başlamasına Kommunist Partiyası dəstək olub:

“İlk dəfə insanlar meydana Sovet Azərbaycanının bayraqları ilə çıxmışdılar. Leninin, Qorbaçovun plakatları ilə çıxmışdılar.

Bunun əsas səbəbi ondan ibarət idi ki, bizdə o dövrdə Kommunist Partiyasının rəhbərliyi açıq bir mövqe ortaya qoya bilməsə də, dolayısı ilə hərəkat dəstəklənirdi.

Onda Kommunist Partiyasının rəhbərliyinin bu Tələbə Hərəkatının alovlanmasında, insanların meydana çıxmasında rolu olub.

Bizdə xalq hərəkatı müstəqillik mübarizəsi kimi başlamayıb. Bizdə torpaqlarımızı, Qarabağı qorumaq üçün başlayıb. Sonradan o milli azadlıq xarakteri alıb. Onda da mən açıq söyləyirəm ki, hətta ilk dəfə fevral ayında biz o küçəyə çıxanda, məsələn mən yataqxanada qalmırdım, səhər gəldim yataqxanaya, Azərbaycan komsomolundan gəlmişdilər dedilər görmürsüz Qarabağ gedir, nə oturmusuz?

Biz çıxdıq gəldik, gördük ki, artıq Politexnik, İnşaat universitetinin tələbələri çıxdı. Halbuki onlarla birgə küçəyə çıxmaqla bağlı bir iş aparılmamışdı. Bu da onu göstərirdi ki, rəhbərlikdən də bu məsələdə bir xeyir-dua var idi”.

Q.Həsənquliyev deyib ki, hakim partiya təkcə tələbələrlə deyil, bütün müəssisələrlə bu şəkildə işləyib, hərəkatın alovlanmasına çalışıblar:

“Sonrakı dövrlərdə özüm bir çox iri müəssisələrin partiya təşkilat katibləri ilə söhbətlərim olub. Hansı ki, həmin müəssisələrdə 4,5,7 min insan işləyirdi. Onların hamısı deyirdi ki, bizə Mərkəzi Komitədən göstəriş verilmişdi ki, özünüz durun bir az arxa planda, amma şərait yaradın insanlar çıxsınlar meydanlara. Ona görə də həmin o bayraqlar, həmin o Leninin, Qarbaçovun plakatları insanların əllərində var idi. Amma sonradan o ədalətsizliyi xalq görəndən sonra, məsələnin mahiyyətini başa düşəndən sonra, görəndən sonra ki, bizə ikili vətəndaş kimi baxırlar, ondan sonra bəli, insanlar artıq başladılar mərkəzin əleyhinə çıxış etməyə. Azərbaycanın müstəqilliyi məsələsi gəldi gündəmə. Qeyd etmək istəyirəm ki, həmin ərəfədə indi bir çox hallarda deyirik ki, o dövrdə Kommunist Partiyasının rəhbərliyi çox qorxaq mövqe ortaya qoymuşdu, hərəkatın önündə deyildilər. Amma həm də dəstək verirdilər o prosesə. Bunu da istəyirəm xüsusi vurğuluyaq. Bəzən siyasi konyunktura naminə bizdə indi o dövrlə bağlı heç kim bunu açıq formada demir, istəmirlər ki, o dövrdəki o insanların da hansısa bir xidmətinin olduğu qeyd olunsun”.

Millət vəkilinin bu fikirlərinə verilişdə qonaq qismində iştirak edən VHP sədri, millət vəkili Sabir Rüstəmxanlı və Milli Azadlıq hərəkatının liderlərindən biri olan Etibar Məmmədov etiraz ediblər. Onlar bildirib ki, sonradan xalqın ütünə qoşun yeridən də, xalq hərəkatını boğan da, 20 Yanvar faciəsini törədən də həmin Kommunist Partiyasının rəhbərliyi olub.

Qüdrət Həsənquliyev isə israrla öz mövqeyini müdafiə edib:

“Xalq hərəkatı torbaqların işğalına qarşı başlamışdı. Sonradan vəziyyət dəyişdi. Onlar heç gözləmirdilər ki, bu cür xarakter alacaq, proseslər onların nəzarətindən çıxacaq. Amma ilkin dövrlərdə orada bizim Kommunist Partiyasının Azərbaycanın siyasi rəhbərliyinin xidmətləri var idi.

Millət vəkili vurğulayıb ki, o vaxt nə Çənlibelin varlığını, nə digərini xalq o səviyyədə tanımırdı ki, onun çağırışı ilə milyonlarla insan küçəyə çıxsın:

"Açıq deyirəm ki, axşam komsomoldan gəlmişdilər, demişdilər ki, çıxın Qarabağ əldən gedir. Amma küçəyə çıxan tələbələr bu demək deyildi ki, bunlar komsomolun və yaxud Mərkəzi Komitənin adamları idi. Qətiyyən. Kommunist Partiyasının içərisində nə qədər vətənpərvər var idi. Onu qeyd etmək istəyirəm ki, bəzən müttəfiq respublikalarda SSRİ-nin dağılmasındakı xalq hərəkatının rolu ilə bağlı çox da obyektiv olmayan məlumatlar verilir”.

 

07 oktyabr

11:09 - "Neftin qiyməti 200 dollar olacaq" - "Financial Times"11:06 - Azad edilmiş ərazilərimizdə 32 kütləvi məzarlıq tapılıb11:05 - Azərbaycanı təhqir edən hesablar bağlanmalıdır

01 oktyabr

09:52 - Qondarma rejimin "televiziyası" bağlandı09:45 - Sumqayıtda 13 tibb işçisi bir gündə işdən çıxarılıb - Ölkədə ixtisar müəmması davam edir

29 sentyabr

19:07 - Döyüşdə iştirak edən hərbçilərə ikiqat ödəniş müddəası çıxarılır

27 sentyabr

17:24 - "Onun arvadını hamı tanıyır" - Zaxarova17:14 - Azərbaycana qarşı kampaniyaya qoşulan türkiyəli professor üzr istədi17:11 - ABŞ-nin daha bir məxfi silahı İranın əlinə keçdi17:09 - Husilərə görə Ər-Riyadda məktəblər bağlandı

21 sentyabr

13:05 - Veysəloğlu Şirkətlər Qrupu Qarabağda təhsilin inkişafına dəstək verəcək - FOTOLAR11:22 - Təhsildəki mafiya - Bu dəfə 3 milyonluq olimpiada biznesini araşdırdıq11:18 - Azərbaycana yük gətirib, yük aparan ölkələrin siyahısı

14 sentyabr

13:55 - Polşa da müharibəyə cəlb olunur? 13:43 - İranda minlərlə insan ölkənin müdafiəsinə qoşulur13:28 - İrəvan Azərbaycan qazından asılı qalacaq13:25 - Vüsal Şilderin qətli ilə bağlı məhkəmə başladı

09 sentyabr

11:21 - Avropanın yeni sağını kim formalaşdırır: Tramp, Bannon və İsrail detalı gündəmdə - "Milliyet"11:16 - İran F-35-lərin olduğu bazanı vurdu 11:14 - "Paşinyan qorxduğu üçün..." - Zatulindən açıqlama

17 avqust

12:03 - "Türkiyəni satın alaram" deyən iş adamı həbs edildi - Evindən narkotik tapıldı12:00 - Ermənistan Azərbaycana 17 milyon dollar ödədi

13 avqust

17:56 - Avtomobil idxalı kəskin azaldı, qiymətlər isə artdı

10 avqust

19:43 - "Avropa Rusiyadan qaz idxalını artırır" - "Welt am Sonntag"19:37 - "Azərbaycan bizə kömək oldu" - Pezeşkian19:35 - 10 milyon dövriyyəsi olan mərc şəbəkəsi ifşa edildi - VIDEO

03 avqust

11:52 - Kimin evində varsa, varlanacaq - Heç belə qiymətə olmamışdı11:49 - Azərbaycan ən güclü hərbi donanmaya sahib olub - "Forbes"11:46 - Azərbaycan Rusiyadan kibrit idxalını artırıb - Qiymət 21% bahalaşıb

30 iyul

11:35 - Veysəloğlu Şirkətlər Qrupunun sponsorluğu ilə şəhid övladları üçün keçirilən "Zəfər" Amerika Yay Düşərgəsi uğurla başa çadı - FOTOLAR