Eyyub Hüseynov deputatın şirkətini boykota çağırdı

20 oktyabr, 2021 15:49

Mürəkkəb texniki mallardan, o cümlədən “Kontak Home”un satdığı mallardan və istehlakçılarla davranışlarından şikayət dayanmadan, yağış kimi yağır.

"Azsiyaset" xəbər verir ki, bu sözləri axar.az-a Azad İstehlakçıları Birliyinin sədri Eyyub Hüseynov “Kontak Home” mağazalar şəbəkəsi barədə yayılan şikayətlərə fikir bildirərkən deyib.

“Sanki bu sahədə 2 şirkət yarışır. Birinci yerdə əksər hallarda “Kontakt Home”, ikinci yerdə “Baku Electronics” dayanır. “Optimal” və digərlərindən də şikayətlər gəlir. Lakin “Kontakt Home”dan gələn şikayətlər həddən artıq əcaibdir. Elə hallar var ki, vətəndaş malı istifadə etmədən servisə qaytarıb. 1 il sonra ona məhkəmə iddiası gəlib ki, mağazaya pul ödəməlisən. Sonuncu şikayətlə bağlı isə artıq dövlət orqanlarına müraciət etmişəm. “Kontakt Home”da bir prinsip işləyir: pulunu ver mənə, itil cəhənnəmə. Reklamlarla qapıdan vətəndaşı içəri salırlar, menecerlər, satıcılar insanın başına dolanır. Hər şey pulunu alana qədərdir”, - sədr bildirib.

E.Hüseynov qeyd edib ki, “Kontakt Home” öz alqoritmi üzrə işləyir:

“Bir neçə saatdır telefon alan vətəndaş mağazaya müraciət edir. Satıcı malı vətəndaşın əlindən alır. Özləri telefona cızıq və ya su salırlar. Vətəndaşa deyirlər ki, telefonu işlətmisən. İstehlakçı sübut edə bilmir. Bütün hallarda telefonu servisə göndərirlər. O servisə ki, “Kontak Home”un sözünü təkrarlayır. Servis bildirir ki, mal qaytarıla bilməz, düzəldəcəyik. İstehlakçı qalır çarəsiz. Bundan sonra yazıq istehlakçı bizə müraciət edir”.

Ekspert bildirib ki, problemi danışıq yolu ilə həll etməyə çalışsalarda, istehlakçı haqlı olduğu halda belə bu, mümkün olmur:

“Bundan sonra isə proses bu cür davam edir: biz İqtisadiyyat Nazirliyinə məktub yazırıq, nazirlik onu Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinə göndərir, xidmət “şikayətə uyğun Kontakt Home”a məktub yazır, “Kontakt Home” vətəndaşa nə demişdisə, eynisini yazıb, nazirliyə göndərir, nazirlik də mənə və şikayətçiyə “Kontakt Home”un cavabını təqdim edib bildirir ki, istehlakçı məhkəməyə müraciət edə bilər. Məhkəmə də ekspertiza aparmır. Belə bir anormal vəziyyət var. İnsanlar “Kontakt Home”un əməllərindən zinhara gəliblər. Ola bilsin ki, şirkətin sahibinin güvəndiyi kimlərsə var. Çox gərgin bir vəziyyətdir. Ona görə də istehlakçıları “Kontakt Home”u boykot eləməyə çağırıram. İnsanları aldadan bu şəbəkədən əl çəksinlər”.

Qeyd edək ki, alıcıların vaxtaşırı olaraq şikayət etdiyi “Kontakt Home” mağazalar şəbəkəsi deputat Elnur Allahverdiyevin himayəsindədir.

07 oktyabr

11:09 - "Neftin qiyməti 200 dollar olacaq" - "Financial Times"11:06 - Azad edilmiş ərazilərimizdə 32 kütləvi məzarlıq tapılıb11:05 - Azərbaycanı təhqir edən hesablar bağlanmalıdır

01 oktyabr

09:52 - Qondarma rejimin "televiziyası" bağlandı09:45 - Sumqayıtda 13 tibb işçisi bir gündə işdən çıxarılıb - Ölkədə ixtisar müəmması davam edir

29 sentyabr

19:07 - Döyüşdə iştirak edən hərbçilərə ikiqat ödəniş müddəası çıxarılır

27 sentyabr

17:24 - "Onun arvadını hamı tanıyır" - Zaxarova17:14 - Azərbaycana qarşı kampaniyaya qoşulan türkiyəli professor üzr istədi17:11 - ABŞ-nin daha bir məxfi silahı İranın əlinə keçdi17:09 - Husilərə görə Ər-Riyadda məktəblər bağlandı

21 sentyabr

13:05 - Veysəloğlu Şirkətlər Qrupu Qarabağda təhsilin inkişafına dəstək verəcək - FOTOLAR11:22 - Təhsildəki mafiya - Bu dəfə 3 milyonluq olimpiada biznesini araşdırdıq11:18 - Azərbaycana yük gətirib, yük aparan ölkələrin siyahısı

14 sentyabr

13:55 - Polşa da müharibəyə cəlb olunur? 13:43 - İranda minlərlə insan ölkənin müdafiəsinə qoşulur13:28 - İrəvan Azərbaycan qazından asılı qalacaq13:25 - Vüsal Şilderin qətli ilə bağlı məhkəmə başladı

09 sentyabr

11:21 - Avropanın yeni sağını kim formalaşdırır: Tramp, Bannon və İsrail detalı gündəmdə - "Milliyet"11:16 - İran F-35-lərin olduğu bazanı vurdu 11:14 - "Paşinyan qorxduğu üçün..." - Zatulindən açıqlama

17 avqust

12:03 - "Türkiyəni satın alaram" deyən iş adamı həbs edildi - Evindən narkotik tapıldı12:00 - Ermənistan Azərbaycana 17 milyon dollar ödədi

13 avqust

17:56 - Avtomobil idxalı kəskin azaldı, qiymətlər isə artdı

10 avqust

19:43 - "Avropa Rusiyadan qaz idxalını artırır" - "Welt am Sonntag"19:37 - "Azərbaycan bizə kömək oldu" - Pezeşkian19:35 - 10 milyon dövriyyəsi olan mərc şəbəkəsi ifşa edildi - VIDEO

03 avqust

11:52 - Kimin evində varsa, varlanacaq - Heç belə qiymətə olmamışdı11:49 - Azərbaycan ən güclü hərbi donanmaya sahib olub - "Forbes"11:46 - Azərbaycan Rusiyadan kibrit idxalını artırıb - Qiymət 21% bahalaşıb

30 iyul

11:35 - Veysəloğlu Şirkətlər Qrupunun sponsorluğu ilə şəhid övladları üçün keçirilən "Zəfər" Amerika Yay Düşərgəsi uğurla başa çadı - FOTOLAR