"Qarabağın azadlığı uğrunda torpağı Vətən edənlər" adlı tədbir keçirilib - FOTOLAR

21 oktyabr, 2021 10:14

20 oktyabr Azərbaycan Milli Elmlər Akademiyası Mərkəzi Elmi Kitabxanasının Azərbaycanşünaslıq və Milli Rəqəmsal Yaddaş (MRY) şöbəsinin təşkil etdiyi “Qarabağın azadlığı uğrunda torpağı Vətən edənlər” adlı tədbir keçirilib.

Tədbiri giriş sözü ilə açan MEK-in baş direktoru, professor Məmməd Əliyev öncə Zəngilanın işğaldan azad olunmasının bir ili münasibətilə tədbir iştirakçılarını təbrik edib. Baş direktor xatırladıb ki, Ali Baş Komandan, Prezident İlham Əliyev başda olmaqla, 44 günlük Vətən müharibəsi zamanı dövlət-xalq-ordu birliyinin vəhdəti Zəfərə doğru irəli addımlamağa, torpaqlarımızı azad etməyə imkan yaradıb.

Məmməd Əliyev bildirib ki, MEK-in Azərbaycanşünaslıq və Milli Rəqəmsal Yaddaş şöbəsi Azərbaycanşünaslıq üzrə sənədlərin toplanması, e-kataloqa işlənməsi, ölkəmizin siyasi, milli, mədəni, elmi irsinin əsaslı formatda mərkəzləşdirilmiş şəkildə qorunub saxlanılaraq Azərbaycan və dünya tədqiqatçılarının istifadəsinə verilməsi, eləcə də gələcək nəsillərə ötürülməsi istiqamətində mühüm işlər həyata keçirir. Qeyd olunub ki, MEK-də daim yenilənən vahid rəqəmsal baza böyük əhəmiyyətə malikdir.


Əsas missiyası azərbaycançılıq olan şöbənin baş mütəxəssisi Günel Əhədova slaydla təqdimat zamanı qeyd edib ki, azərbaycanşünaslıq elminin, milli-ictimai təfəkkürünün etibarlı və ciddi elmi informasiya bazasının, eləcə də ədəbiyyat siyahılarının formalaşması və qiymətləndirilməsi, MEK-ə yeni daxil olan ədəbiyyatların MRY-a aid edilməsi işinin icrası, Azərbaycana aid qəzet, jurnal məqalələrinin, e-resursların, ND-lərdəki müxtəlif dillərdə elmi məqalələrin kitabxananın e-kataloquna (İRBİS proqramına) daxil edilməsi, AMEA İnstitutlarından göndərilən MRY ədəbiyyatların elektronlaşması istiqamətində işləri detallı şəkildə həyata keçirir.

Vurğulanıb ki, şöbə son bir ildə 8000-ə yaxın “Qarabağ Azərbaycandır!”, “44 günün salnaməsi”, “Azərbaycan Ordusu”, “Nizami Gəncəvi”, “Torpağı Vətən edənlər”, “Milli Qəhrəmanlar”, “Türkiyə-Azərbaycan birliyi”, “Azərbaycan Respublikasında Anım günü” və s. mövzularda məqalələri MEK-in e-kataloquna daxil edilib və 2000-dən çox sənəd MRY bazasına aid edilib.

AMEA-nın elmi-tədqiqat institutlarından məktubla müraciət əsasında göndərilən 100-ə yaxın materialın müəllif hüquqları qorunaraq MRY bazasına daxil edilib, 1000-ə yaxın ənənəvi kartoçka İRBİS proqramından çap olunaraq kartotekaya yerləşdirilib.

Daha sonra Azərbaycan Respublikasının xalq şairi, millət vəkili Sabir Rüstəmxanlı çıxışında erməni faşistlərinin torpaqlarımızda törətdikləri vəhşiliklərdən, 44 günlük Vətən müharibəsi zamanı arxa cəbhədə alovlanan informasiya savaşında qələm əhlinin, kitabın, mədəniyyətin önəmini vurğulayıb. “Ermənilər Şuşanı dağıtsa da ruhunu dağıda bilməyiblər. O ruhun bir hissəsi də elə mədəniyyətdir, elmdir, kitabxanadır!”- deyə millət vəkili Sabir Rüstəmxanlı bildirib və professor Məmməd Əliyevin rəhbərliyi ilə kitabxananın gördüyü işləri təqdirəlayiq hesab edib. Həmçinin Sabir Rüstəmxanlı müəllifi olduğu “Qarabağa dönüş” kitabının elektron variantının MEK oxucularının istifadəsinə verilməsi üçün razılıq verib.

Millət vəkili Jalə Əhmədova da öz növbəsində, Vətən müharibəsində şəhidlik zirvəsinə ucalmış qəhrəman oğullarımızın, qazilərimizin və digər hərbi qulluqçularımızın adlarının əbədiləşdirilməsi istiqamətində MEK-in gördüyü işləri yüksək qiymətləndirib.


Tədbirdə AMEA Tarix İnstitutunun şöbə müdiri, dövlət mükafatı laureatı, tarixçi alim, dosent Hacı Həsənov və həmin institututun aparıcı elmi işçisi, ADPU-nun dosenti Mübariz Ağalarlı, Azərbaycan Respublikasının əməkdar jurnalisti, filologiya elmləri doktoru və Bakı Dövlət Universitetinin Jurnalistika fakültəsinin dekanı Vüqar Əliyev, yazıçı, “Qızıl qələm” mükafatı laureatı, “Aydın Fikir” qəzetinin baş redaktoru Subut Mehdiyev çıxışlarında Qarabağda quruculuq işləri zamanı məhv olmuş mədəniyyət ocaqlarının bərpasında ziyalılarımızın üzərinə düşən missiyadan danışıblar.


Qeyd olunub ki, tariximizi, mədəniyyətimizi faktlarla, mənbələrlə işıqlandırmaq hər birimizin üzərinə düşən yükdür. Bu mənada MEK öz zəngin qiymətli nəşrləri ilə mühüm işlərə imza atmaqda davam edir.

Tədbirdə həmçinin “Qızıl qələm” mükafatı laureatı, “Aydın Fikir” qəzetinin baş redaktoru Subut Mehdiyevin müəllifi olduğu Laçın rayonunun Mirkənd kəndinin toponimi, Birinci və İkinci Qarabağ müharibəsində iştirak etmiş qəhrəmanlar, həmçinin rayonda yerləşən və erməni vandalizminə məruz qalan tarixi, dini abidələr, ziyarətgahlar haqqında məlumatların geniş şəkildə əks olunduğu "Zəfər tarixinin qəhrəmanları" adlı dəyərli nəşr haqqında iştirakçılara geniş məlumat verilib, daha sonra müəllif digər kitablarını da MEK-ə hədiyyə edib.

İctimaiyyətlə əlaqələr və informasiya şöbəsinin
[email protected]
(012) 539-73-67 (daxili 14-14)

07 oktyabr

11:09 - "Neftin qiyməti 200 dollar olacaq" - "Financial Times"11:06 - Azad edilmiş ərazilərimizdə 32 kütləvi məzarlıq tapılıb11:05 - Azərbaycanı təhqir edən hesablar bağlanmalıdır

01 oktyabr

09:52 - Qondarma rejimin "televiziyası" bağlandı09:45 - Sumqayıtda 13 tibb işçisi bir gündə işdən çıxarılıb - Ölkədə ixtisar müəmması davam edir

29 sentyabr

19:07 - Döyüşdə iştirak edən hərbçilərə ikiqat ödəniş müddəası çıxarılır

27 sentyabr

17:24 - "Onun arvadını hamı tanıyır" - Zaxarova17:14 - Azərbaycana qarşı kampaniyaya qoşulan türkiyəli professor üzr istədi17:11 - ABŞ-nin daha bir məxfi silahı İranın əlinə keçdi17:09 - Husilərə görə Ər-Riyadda məktəblər bağlandı

21 sentyabr

13:05 - Veysəloğlu Şirkətlər Qrupu Qarabağda təhsilin inkişafına dəstək verəcək - FOTOLAR11:22 - Təhsildəki mafiya - Bu dəfə 3 milyonluq olimpiada biznesini araşdırdıq11:18 - Azərbaycana yük gətirib, yük aparan ölkələrin siyahısı

14 sentyabr

13:55 - Polşa da müharibəyə cəlb olunur? 13:43 - İranda minlərlə insan ölkənin müdafiəsinə qoşulur13:28 - İrəvan Azərbaycan qazından asılı qalacaq13:25 - Vüsal Şilderin qətli ilə bağlı məhkəmə başladı

09 sentyabr

11:21 - Avropanın yeni sağını kim formalaşdırır: Tramp, Bannon və İsrail detalı gündəmdə - "Milliyet"11:16 - İran F-35-lərin olduğu bazanı vurdu 11:14 - "Paşinyan qorxduğu üçün..." - Zatulindən açıqlama

17 avqust

12:03 - "Türkiyəni satın alaram" deyən iş adamı həbs edildi - Evindən narkotik tapıldı12:00 - Ermənistan Azərbaycana 17 milyon dollar ödədi

13 avqust

17:56 - Avtomobil idxalı kəskin azaldı, qiymətlər isə artdı

10 avqust

19:43 - "Avropa Rusiyadan qaz idxalını artırır" - "Welt am Sonntag"19:37 - "Azərbaycan bizə kömək oldu" - Pezeşkian19:35 - 10 milyon dövriyyəsi olan mərc şəbəkəsi ifşa edildi - VIDEO

03 avqust

11:52 - Kimin evində varsa, varlanacaq - Heç belə qiymətə olmamışdı11:49 - Azərbaycan ən güclü hərbi donanmaya sahib olub - "Forbes"11:46 - Azərbaycan Rusiyadan kibrit idxalını artırıb - Qiymət 21% bahalaşıb

30 iyul

11:35 - Veysəloğlu Şirkətlər Qrupunun sponsorluğu ilə şəhid övladları üçün keçirilən "Zəfər" Amerika Yay Düşərgəsi uğurla başa çadı - FOTOLAR